Muğam ifaçılığında idiofonlu alətlər
Muğam ifaçılığında idiofonlu alətlər - Tədqiqatda əlvah, çini kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, xromatik laqquti, çınqıraq dəsti və zınqırov kimi idiofonlu alətlərimizin muğam ifaçılığında, həmçinin muğamlarımızın inkişafı və formalaşmasında digər çalğı alətlərindən heç də az əhəmiyyəti olmadığı aşkarlanır. Əsrlər boyu xalqımızın estetik zövqünün formalaşması və inkişafında tar, kamança, balaban, saz, qanun və s. alətlərlə yanaşı, bir sıra idiofonlu alətlərimizin də böyük rolu olmuşdur.
== İdiofonlu alətlərin səsləndirilməsi ==
İdiofonlu alətlərin muğam ifaçılığında heç bir rolu yoxdur. Lakin ifaçılıq sənətinə dərindən diqqət yetirdikdə idiofonlu alətlərin də muğam ifaçılığının inkişafında heç də az əhəmiyyət daşımadığının şahidi oluruq. Məsələn, bir sıra idiofonlu alətlərdən (laqquti, qaşığek, çaharparə, şax¬şax, xalxal və s.) muğamların şöbə və guşələri arasında çalınan dəraməd, rəng, rəqs, diringə və ya təsniflər, eləcə də zərbi-muğamlar ifa edilərkən geniş istifadə olunur. Hətta, bəzi idiofonlu – əlvah, çini kasa dəsti, nəlbəki dəsti, kuzə dəsti, xromatik laqquti kimi alətlərimizdə muğamları da səsləndirmək mümkündür. Bir sıra muğam guşələrinin adlarında da idiofonlu alətlər əks olunmuşdur:
== Əlvah aləti ==
Azərbaycanın böyük musiqişünas alimi Kamaləddin Əbdülqadir bin Qeybi əlHafiz Marağalının (1353-1435) icad etdiyi alətlərdən biri də əlvah adlanır. Əlvah Avropa aləti müasir ksilofona bənzəyir. Ksilofon haqqında yazılan mənbələrə görə XV əsrdə Şərqdə (Cənubi Asiyada) belə bir alətin mövcud olduğu bildirilir.