Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «Ü» – 151

ÜCƏ

(Cəlilabad) toyuğun beli. – Bişəndə mənə ücə ver

ÜCGÜR

(Salyan) ağıldanyüngül, kəmağıl. – Həsən ücgür adamdı

ÜCÖÜRRƏMƏG

(Yardımlı) təkrar etmək. – Bi sözi nə çox ücöürreysən, bəsdi daynə

ÜCÜLƏMAX

I (Şəki) bax ujulamax. – Sən də bi şeyi az ücülə II (Şəki) arzu etmək. – Heylə yerrəri ücüləmə

ÜCÜZ

(Gədəbəy) uzun

ÜÇDÜ

(Füzuli) üçqat, birə-üç. – Buğdanı qartofunan üçdü dəyişillər

ÜÇƏM

I (Culfa) aşıqla oynanılan qumar. – Üçəm oynallardı qabaxlar II (Kəlbəcər) qumrov. – Üçəm qoyunun boğazında olar III (Ağdam, Əli Bayramlı, Gədəbəy, Kürdəmir, Qazax, Naxçıvan, Ordubad) 1. bir dəfəyə üç bala doğmuş qoyun, keçi (Ağdam, Əli Bayramlı, Kürdəmir, Ordubad). – Bizim qalxozun qoyunnarının çoxu üçəm qoyunnardı (Ordubad) 2. üçqat (Gədəbəy, Kürdəmir, Qazax) – İpi üçəm əyir (Qazax) 3. üç cərgə (Naxçıvan) – Qatırı üçəm yüklə

ÜÇƏM-ÜÇƏM

(Ordubad) üç-üç. – Üçəm-üçəm yığ

ÜÇƏNƏ

(Cəlilabad, Yardımlı) böcək adı. – Üçənə bırda çox oley, cüci kimi bi şeydü; – Üçənə pambığın sofqasın yey

ÜÇƏR

(Dərbənd) bax uçar. – Ha bu kişinin toyun ələməsən, üçərdən taymaz, vallah; – Üçərdə çuxlu adam yığılıtdı axşamlar

ÜÇƏYAX

(Naxçıvan) üstündə xəmir yayılan taxta. – Üçəyax çörəx’ bişirməyə gərəx’di

ÜÇGÜL

(Qazax) üçkünc, üçbucaq şəkilli

ÜÇİLLİK

(Ucar) uşaq oyunu adı. – Üçillikdə iki dəssə olur, hər dəssənin baççısı olur

ÜÇMƏĞ

(Yardımlı) yıxılmaq. – Kişi üçüb əzildi

ÜÇÜÇ

(Qax) parabizən, kiçik xallı böcək. – Ho otdarın içində çox üçüç olıy

ÜÇÜMMƏX’

I (Göyçay) bax uçummax II. – O, salımçaxda üçünür II (Çənbərək) titrəmək, üşümək. – Beyjə soyuğudu deyn yorğanın altda üçündüm III (Çənbərək) qorxmaq, səksənmək. – Çağa beyqafıl bağırdı deyn üçündüm

ÜDƏLƏMƏG

(Kürdəmir) tez-tez yemək. – Üdələ qutar, dərsə gecikdüg

ÜDƏLƏMƏX’

(Kürdəmir, İrəvan) fasiləsiz olaraq boş-boşuna danışmaq. – Nə üdəliyirsəη, yaxşı danış (İrəvan)

ÜDÜLƏMƏX’

(Ağdam, Bərdə, Şuşa) bax üdələməx’. – Bəxdəvər üdüləməx’dən yorulmur, hey danışır ha: (Ağdam); – Ona nə qulağ asırsan, üdüləməx’ onun peşəsidi dana (Bərdə); – Sə:rdən üdülüyür, heş bilmirəm nə de:r (Şuşa)

ÜFLÜYƏ-ÜFLÜYƏ

I (Salyan) məc. əzizləyə- əzizləyə. – Badam xala nəvələrin üflüyə- üflüyə saxlıyır II (Salyan) üfürəüfürə. – Uşax çayı üflüyə-üflüyə içir