Диалектологический словарь азербайджанского языка.

  • ŞABAT

    (Xudat) köhnə ayaqqabı

    Полностью »
  • ŞABBADANXEYİR

    (Ağdam, Şuşa) qəflətən, gözlənilmədən. – Elə otumuşdux, şabbadanxeyir qapı açıldı (Ağdam); – Şabbadanxeyir budu ha, bir də gördüm gəlif çıxır kəndə (Ş

    Полностью »
  • ŞABBAXEYİR

    (Cəbrayıl) bax şabbadanxeyir

    Полностью »
  • ŞA:D

    (Ağdam, Cəlilabad, İsmayıllı, Şəki, Tovuz) üyüdülən dəndən dəyirmançıya verilən muzd. – Bığdanın şa:dını çıxıblar (İsmayıllı); – Bi put dənə bi girvən

    Полностью »
  • ŞAD-ŞADƏMƏR

    (Xaçmaz) şad, kefi kök ◊ Şad-şadəmər olmax – şad olmaq, kefi kök olmaq. – Arzu edirəm ki, həmişə şad-şadərəm olasız

    Полностью »
  • ŞA:DAQQİ

    (Salyan) üyüdülən dəndən dəyirmançıya verilən muzd. – Qabağlar şa:daqqiynan üydərdilər dəni

    Полностью »
  • ŞADARA

    (Balakən) süsəpən

    Полностью »
  • ŞADARAŞAVAŞ

    şadaraşavaş eləməx’: (Qazax) hər hansı bir xəbəri yaymaq, xəbərçilik etmək. – Bircə sa:tda şadaraşavaş eleyflər kin, Abbas o toydan gəlef

    Полностью »
  • ŞADARAY

    (Qax) işsiz, boş-boşuna, avara

    Полностью »
  • ŞADDAX

    (Zaqatala) şad, dərdsiz, qəmsiz. – Dostum, həmişə şaddaxsan, niyə?

    Полностью »
  • ŞADRA

    (Ucar) çolaq

    Полностью »
  • ŞAH-VƏZİR

    (Şuşa) uşaq oyunu adı

    Полностью »
  • ŞAHAD

    (Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Borçalı, Naxçıvan, Zəngilan) bax şa:d. – Dəyirmanın yə:si puta bir girvənkə şahad alırdı (Ağdam); – Dəyirmanda şahad

    Полностью »
  • ŞAHANDAZ

    (Salyan) məğrur, təkəbbürlü. – Mə:m bibim şahandaz arvadıydı

    Полностью »
  • ŞAHATDIX

    (Oğuz) dəyirmanda üyüdülən dən üçün verilən haqq

    Полностью »
  • ŞAHBACI

    (Naxçıvan, Ordubad) böyük baldız

    Полностью »
  • ŞAHDAMAĞ

    (Salyan) lovğa. – Sən də aton kimi şahdamağsan

    Полностью »
  • ŞAHDİ

    (Tabasaran) gavalı növü. – Şahdi şirin uladu

    Полностью »
  • ŞAHĞARDAŞDIX

    (Qazax) evlənən oğlanın sağdış və soldışı

    Полностью »
  • ŞAHI

    (Mingəçevir) ikiyaşar kəlçə

    Полностью »
  • ŞAHİ

    (Bakı) dəyirmanda üyüdülən dən üçün verilən haqq. – Dəyirmaçı u qədər tələsirdi ki, şahi alməgi də yadınnan çıxartdi

    Полностью »
  • ŞAHMƏHLƏMİ

    (Cəbrayıl) yabanı dərman bitkisi adı. – Əlimin yarasını şahməhləmi tez sağaltdı

    Полностью »
  • ŞAHMƏNƏBAX

    (Bakı) parça adı

    Полностью »
  • ŞAHNAMA

    (Borçalı, Daşkəsən, Gədəbəy, Tovuz) 1. lağ 2. təhqir 3. zarafat ◊ Şahnama eləməx’ (Borçalı, Daşkəsən, Gədəbəy, Tovuz) – 1

    Полностью »
  • ŞAHRAZ

    (Qazax) üzügülər, xoşsifət. – Çox şahraz oğlanıydı

    Полностью »
  • ŞAHTƏRƏ

    (Gədəbəy, İrəvan) yabanı dərman bitkisi adı. – Bizim tərəflərdə şahtərə çoxdu

    Полностью »
  • ŞAHVAR

    (Xaçmaz, Quba) dağ küləyi, Şah dağı tərəfdən əsən külək

    Полностью »
  • ŞAX

    I (Kəlbəcər) qədim asma tərəzinin qolu, tərəzinin gözləri asılan ağac. – Tərəzinin şaxı ağaşdandı II (Borçalı, Daşkəsən, Tərtər) 1

    Полностью »
  • ŞAXDA-ŞEYİD OLMAX

    (Şərur) yorulmaq, əldən-dildən düşmək. – Bı gün işdəməx’dən şaxda-şeyid oldum

    Полностью »
  • ŞAXLAMAX

    I (Ağdam, Bərdə, Göyçay, Mingəçevir, Şəki, Zəngilan) qurdun barama sarıması üçün üzərinə şax düzmək. – Qurdu də:də şaxlamışıx (Bərdə); – Qurd qaro:ul

    Полностью »
  • ŞAXŞAX

    (İmişli) xam atı öyrədərkən istifadə olunan enli ağac parçası. – Şaxşaxnan dögəllərdi boynına atın, boynı nə:zilərdi

    Полностью »
  • ŞAXŞAQQI

    (Ağdam, Ağcabədi, Tərtər) üzüm növü. – Şaxşaqqı ağızda səsdənir yə:ndə, şirin olur (Tərtər)

    Полностью »
  • ŞAXTİKAN

    (Ağcabədi) dəvətikanı, tikanlı yabanı bitki. – Bu düzdərdə o qədər şaxtikanı bitir ki

    Полностью »
  • ŞAJ

    (Qazax) sac. – Şajı qoy yerə

    Полностью »
  • ŞAJAYAX

    (Qazax) sacayaq

    Полностью »
  • ŞAQAN

    (Qax) içərisinə taxıl tökmək üçün böyük yeşik

    Полностью »
  • ŞAQAV

    (Qax) yetişməmiş, kal

    Полностью »
  • ŞAQĞAMLAMAX

    (Mingəçevir) kiçik budaqları meyvə ilə birlikdə qırmaq

    Полностью »
  • ŞAQIRDAX

    (Şəki) tamam islanmış. – Ətəyim heyləcə şaqırdaxdı

    Полностью »
  • ŞAQQA

    I (Ağdam, Quba, Mingəçevir, Şamaxı, Şəki, Tovuz) 1. kəsilmiş qoyun və ya malın ortasından yarıya bölünmüş hissəsi

    Полностью »
  • ŞAQQALI

    (Ağdam, Şuşa) boy-buxunlu, qamətli. – Şaqqalı oğlandı, özü də xasiyəti qəşəx’di (Ağdam)

    Полностью »
  • ŞAQQAMA

    (Zaqatala) isti, od kimi

    Полностью »
  • ŞAQQANAX

    (Füzuli) açılmamış, qalıb qurumuş pambıq qozası

    Полностью »
  • ŞAQQARAKƏHƏR

    (Salyan) utanmadan, çəkinmədən; həyasızcasına. – Uşağ şaqqarakəhər üzümə dirənir ki, bu sözi demisən

    Полностью »
  • ŞAQQARRAMAX

    I (Hamamlı) bərk döymək. – Allahverdi Vəlini o kun var şaqqarradı II (Kürdəmir) qırmaq, sındırmaq, qoparmaq

    Полностью »
  • ŞAQQATÜKƏN

    (Dərbənd) mürəkkəbqabı. – Hindi şaqqatükən işdənmiyədi

    Полностью »
  • ŞAQQAVATDI

    (Meğri) boy-buxunlu, iri qamətli. – Heydər şaqqavatdı iyididi

    Полностью »
  • ŞAQQILDAĞ

    I (Xaçmaz, Kürdəmir, Quba) qoyunun quyruğu ətrafındakı tüklərə yapışaraq qalıb qurumuş qığlar II (Lənkəran) yetişməmiş əncir

    Полностью »
  • ŞAQQILDAX

    (Ağdam, Göyçay, Qarakilsə, Qazax, Mingəçevir, Zəngilan) bax şaqqıldağ I. – Ə:, bu qoyunun şaqqıldağını təmizdə, yazıxdı heyvan (Ağdam)

    Полностью »
  • ŞAQQULAĞ

    (Salyan) dəniz çınqılı. – Də:zin qıra:nda şaqqulağ çoxdı

    Полностью »