Q-pop
Q-pop (qaz. Qazaq pop - qazax pop) — Qazaxıstanın musiqi janrı. Qazax dilində oxunan, qərbi pop musiqi, Qazaxıstan hip hopu, EDM (elektron rəqs musiqisi), R&B, toy musiqisi və xüsusilə K-pop tərəfindən təsirlənən Qazaxıstan pop musiqinin müasir forması. K-pop kimi, Q-pop da özündə fərqli musiqi janrlarını cəmləşdirir. Bu janr ilk dəfə 2015-ci ildə Ninety One qrupun debütu ilə üzə çıxıb.
== Mənşə ==
Qazaxıstanda həmçinin pop musiqisinə aid olan etnopop (və ya folk pop) musiqisi və onun növü, başqa türk xalqlarına da aid olan toy musiqisi mövcuddur. Q-pop toy musiqisindən fərqli olan bir janr olduğu kimi təqdim olunur.Ölkəyə Koreya dramaları və filmləri 2000-ci illərin ortasında gələn kimi, o vaxtdan başlayaraq, Qazaxıstan Koreya dalğasının təsiri altındadır. İnternetin əlçatanlığı artmasının köməyi ilə bu fenomen, ölkədə Koreyanın kütləvi mədəniyyətinə marağını alışdı və beləliklə, K-pop janrını Qazaxıstanda məşğurlaşdırıb. Qazaxıstanda K-pop-un məşğurluğu 2014-cü ildə Q-pop layihəsinin başlanğıcını təhrik edib və beləliklə, Juz Entertainment Ninety One qrupunu yaradıb.J-pop da bu janra təsir etdiyini qeyd olunur.
== Qəbulu ==
Q-pop Qazaxıstan hökumətin tərəfindən qazax dilinin əlifbasını yeni qazax latin əlifbasına keçirtməyinin aləti kimi sayıldığında görə, Q-pop ondan dəstək görür.