TƏNG

TƏNG I is. [ fars. ] Cana gətirmə, canını boğazına yığma, incitmə, bezmə. Mən onun əlindən təngə gəlmişəm.

TƏNG II is. [ fars. ] Tövşümə. Qürbətdə cana yetdim; Təng olub, sana yetdim; Vətənə dönən günü; Dinə, imana yetdim (Bayatı).

TƏN
TƏPMƏK
OBASTAN VİKİ
Təng
Təng (Germi) Təng Erəm — İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. Təng-i Bələkə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Təng (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Təng (Germi)
Təng (fars. تنگ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (42 ailə).
Təng Erəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Poşt Təng (Bicar)
Poşt Təng (fars. پشت تنگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Qışlaq-i Təng (Meşkinşəhr)
Qışlaq-i Təng (fars. قشلاق تنگ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (14 ailə).
Təng-i Bələkə (Soyuqbulaq)
Təng-i Bələkə (fars. تنگ بالكه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (35 ailə).
Qazaxıstan təngəsi
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. == Etimologiyası == Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. == Simvol == Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Təngistan şəhristanı
Təngistan şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əhrəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63 276 nəfər və 14 620 ailədən ibarət idi.
Təngivan
Təngivan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Adın mənşəyi == Talış dilində təng "dar", "dar dərə", "i" birləşdirici sait və van "yer", "ərazi" deməkdir (Dar dərəli kənd).
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub.Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı. 1417-ci il Şeyx I İbrahimin ölümündən sonra onun taxta çıxmış oğlu I Xəlilullah, Qara Yusifin başının Teymurilərlə müharibəyə qarışmasından istifadə edərək, ona tabe olmaqdan əl çəkib Teymurilərlə əlaqələr qurmağa başladı.
Təngəaltı
Təngəaltı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Vəlvələçayın Yan silsiləsini kəsdiyi yerin yaxınlığındadır. Oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir. XIX əsr mənbələrində Afurca kəndinin qışlağı kimi qeyd olunmuş, tədricən yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 705 nəfər əhali yaşayır. == Din == Kənddə "Seyidlər" məscidi dini icması fəaliyyət göstərir.
Təngəbin
Təngəbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 227 nəfərdir. == Toponimiyası == Talış dilində təngə "dar dərə" və bin "alt", "dib" deməkdir (Dar dərədibi kəndi).
Təngərud
Təngərud — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Adın mənşəyi və Tarixi == Oykonim Təngərud çay adı ilə kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Türk dilindəki təng (təngə) "dar dərə", "ə" birləşdirici sait və ru (rud) "çay" mənasındadır (Dar dərə çayı).Kənddə - ətrafda məşhur olan - Baba Cəbrayıl piri vardır. == Tanınmış şəxslər == Hilal Məmmədov — hüquq müdafiəçisi. === Şəhidləri === Mahir Əhmədov (1962-1994). Nurlan Fərəməzov (1992-2020).
Təngərud bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təngərüdçay
Təngərüdçay – başlanğıcını Talış silsiləsinin Şindan qalası zirvəsindən götürür və Astara rayonunun Şahağacı kəndi yaxınlığında Xəzər dənizinə tökülür. Çay dərəsi Talış dağlarının Peştəsər və Buravar silsilələrini kəsir. Burada çay dərin və dik yamaclı dərələr əmələ gətirir. Onun illik orta su sərfi 2,92 m³/san-dir ki, bunun da 30%-i yaz, 38%-i yay, 42%-i payız, 20%-i qış fəslinə düşür. Çayın ən çox sulu dövrü oktyabr-noyabr aylarına təsadüf edilir. Daşqınlar aprel ayına qədər davam edir. "Təng" - talış dilində "dar", "ensiz", "ru, rud" isə "çay deməkdir. Ensiz çay dərəsinə malik olduğu üçün yerli əhali tərəfindən çaya bu ad verilmişdir.

Значение слова в других словарях

дунове́ние европе́янин запива́ться краснёшенько папоротникообра́зный перено́сно поши́вочник суеве́р ботанизи́ровать муска́тник неспоко́йность распродава́ть семени́ться типизи́рованный biopic groundlessness hunk jardinière Pippa talk иллюстрировать принаряжать разрядка склочник столбняк