Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Kuanqçi
Kuanqçi (vyet. Quảng Trị, ) — Vyetnamın mərkəzi hissəsində, Kuanqçi vilayətində şəhər və liman. Əhalisi 20 min nəfərdən azdır. == Tarixi == Şəhərin əsas xüsusiyyəti 1824-cü ildə tikilmiş Kuanqçi qalasıdır. 1950–1970-ci illərdə şəhər Cənubi Vyetnam ərazisində yerləşirdi və eyniadlı vilayətin mərkəzi idi. Vyetnam müharibəsi zamanı üç dəfə döyüş səhnəsinə çevrilmişdir. 1968-ci ilin yanvarında Tet hücumu zamanı kommunist qoşunları ilk dəfə şəhərə basqın etməyə cəhd etmiş, lakin uğursuz olmuşdur. Pasxa hücumu zamanı onlar 1 may 1972-ci ildə Kuanqçini ələ keçirməyi nail olmuş, 16 sentyabrda Cənubi Vyetnam ordusu döyüşlər zamanı böyük ziyan dəymiş şəhərə nəzarəti yenidən bərpa etmişdilər. Şəhər 19 mart 1975-ci ildə Bahar hücumunun zirvəsində Şimali Vyetnam Ordusu tərəfindən birdəfəlik ələ keçirilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Куанг-Три // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Marusa Stangar
Marusa Stangar (31 yanvar 1998, Lyüblyana) — Sloveniyanı təmsil edən cüdoçu. == Karyerası == 2019-cu ildə Belarusda Avropa Oyunlarının bürünc medalına sahib olub. 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı doqquzuncu pillədə başa vurub. 2024-cü ildə Sloveniyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Serbiya nümayəndəsi Milica Nikoliça məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Paphiopedilum sangii
Paphiopedilum sangii (lat. Paphiopedilum sangii) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Sancı daşı
Sancı daşı — Kəngərli rayonunun Xıncab qəbiristanlığında sənduqə tipli qəbirüstü abidə. Dördkünc, düzbucaqlı formada yonulmuşdur. Bir tərəfində, mərkəzi hissədə bir-birinin arxasında duran şir və öküz təsviri, onun yuxarı tərəfindəki frizdə isə ərəb əlifbasında yazı vardır. Təsvir dörd tərəfdən zəncirvari ornamentlə əhatələnmişdir. Təsvirin əks tərəfindəki üzündə ərəb qrafikası ilə verilən yazı daşın üzərini mamır basdığından oxunmur. Qəbir daşının baş və ayaq tərəfində fantastik təsvirlər vardır. Bu tip sənduqə tipli qəbir daşları Orta əsrlər üçün xarakterikdir. Xalq arasında bu qəbir daşı ilə bağlı olan rəvayətə görə müəyyən xəstəliyi, yaxud istəyi olan insanlar bu daşı ziyarət edir, arzularının yerinə yetirilməsi üçün dilək tuturlar. Nadir sənət əsəri olan bu qəbirüstü sənduqəni XVI–XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası.
Tanqi Ndombele
Tanqi Ndombele (28 dekabr 1996) — Fransalı peşəkar futbolçu. İngiltərənin "Totenhem" klubunun və Fransa milli komandasının yarımümdafiəçisi. İcarə əsasında İtaliyanın "Napoli" klubunda çıxış edir.
Shangri-La (səsyazma studiyası)
Shangri-La — Kaliforniyanın Malibu şəhərində yerləşən səsyazma studiyası. Hazırkı Sahibi prodüser Rik Rubindir. Əvvəlcə aktrisa Marqoya məxsus olan bu obyekt 1970-ci illərdə The Band tərəfindən icarəyə götürüldü və sonradan Bob Dilanın səsyazma studiyasına çevrildi. Martin Skorzezenin "The Last Waltz" sənədli filmində göstərilən qrupun müsahibələri Shangi-Lada lentə alınıb. Əmlak 2011-ci ildə Rik Rubin tərəfindən alınıb.