Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Kreslo (1988)
Kreslo (film, 1988)
Ernan Krespo
Ernan Kraspo — Argentinalı futbolçu və məşqçi.
Kresli Koul
Kresli Koul (ing. Kresley Cole) — Amerikalı yazıçı. Paranormal romans və gənc-fantastik janrlı kitabları bestseller olmuşdur. Üç Amerikanın Romantik Yazıçıları mükafatı almış və bu mükafatın Şöhrət Siyahısına daxil olmuşdur. == Bioqrafiya == Kresli Koul Zülmətdən Sonrakı Ölümsüzlər paranormal seriasının, gənc-fantaziya janrli Arsana Xronologiyası seriyasının, Oyun Ustaları erotik seriasının eləcədə 5 dəfə mükafat qazanmış tarixi janrlı romanların müəllifidir. Magistatura dərəcəli və atlet olan Koul, unudulmaz obrazlar və hekayələr yarada bilmək üçün çoxlu səyahət edərək bu təcrübələrdən istifadə etmişdir. Onun Zülmətdən Sonrakı Ölümsüzlər romanlar seriası dünya üzrə 20-dən artıq dilə tərcümə edilmiş, 3 RITA mükafatına layiq görülmüş vləcədə ABŞ-da bestseller olaraq ölkədə və ölkədən kənarda populyarlıq qazanmışdır. Koul ailəsi ilə birlikdə Floridada yaşayır. == Biblioqrafiya == === Zülmətdən Sonrakı Ölümsüzlər seriyası (Paranormal Romans) === Sərkərdə Əbədiyyət İstəyir. Pocket.
Kreşo Omerzel
Kreşo Omerzel (12 mart 1957 — 25 oktyabr 2016) — Krşkodan olan Sloveniyalı Spidvey sürücüsü və baş məşqçisi. Kreşo Omerzel karyerasına 1975-ci ildə başlamış, 1998-ci ildə sona çatdırmışdır. O, ailə həyatı qurmuş və iki oğul atası olmuşdur.
Fresno
Fresno (Kaliforniya)
Kremyo
Kremyö (fr. Crémieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38138. Kommunanın 2006-cı il üçün əhalisi 3330 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 203 ilə 415 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Presto
Presto (it. Presto) — musiqidə cəld sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante sonuncu dördüncü yerdə gəlir.
Krezol
Krezollar (metilfenollar, hidroksitoluenlər) -Kimyəvi formula: C7H8O olan rəngsiz kristallar və ya mayelərdir. Orto-, meta- və para-izomerləri var. == Kimyəvi xassələri == Krezollar etanolda, dietil efirdə, benzolda, xloroformda, asetonda çox həll olur; suda, qələvi məhlullarda həll olunur (kresolat duzlarının əmələ gəlməsi ilə). Fenol kimi krezollar da zəif turşulardır. Krezollar asanlıqla elektrofil əvəzetmə, kondensasiya, məsələn, aldehidlərlə reaksiyalara daxil olur. Para-kresol Pb, Mn və ya Fe oksidləri ilə parahidroksibenzoy turşusuna, daha güclü oksidləşdiricilər tərəfindən isə xinona və ya hidroxinona oksidləşir. Katalitik reduksiya zamanı o, metiltsikloheksanollara və metiltsikloheksanonlara çevrilir. Kresol izomerləri, NH3 iştirakında xlorlu su ilə qarışdıqda rəngli birləşmələr əmələ gətirir: orto-krezol sarı-qəhvəyi rəng verir, , meta-krezol – yaşılımtıl, yaşıl, para-krezol — tünd sarıya, narıncı və ya qırmızıya çevrilir. Orto-, meta- və para-kresolun texniki qarışığı trikresol adlanır. == Tədbiqi == Onlar üzvi sintezdə həlledicilər və ya aralıq məhsullar kimi istifadə olunur.
Presla
Qatırquyruğu (lat. Equisetum) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinə aid bitki cinsi. Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur. Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır.
Kreml
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Jak Fresko
Jak Fresko (13 mart 1916, Bruklin, Nyu-York ştatı – 18 may 2017, Sebrinq[d], Florida) — amerikalı futurist və ictimai mühəndis olaraq özünü tanıtmışdı. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı. Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbbi resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazmış və mühazirələrində dilə gətirmişdir. O, Venera layihəsini (Venus Project) yaratmış və resurs əsaslı iqtisadiyyat adlandırdığı sosio-iqtisadi modelin qlobal tətbiqini müdəfiə etmişdir. == Gəncliyi == Fresko 13 mart 1916-cı ildə doğulub, Nyu-Yorkda Bruklin rayonunda Səfarad yəhudilərindən ibarət ailəsinin yanında böyüyüb. Böyük böhran zamanında o, vaxtını dostarı ilə birlikdə Çarlz Darvin, Albert Eynşteyn, elm və gələcək haqda müzakirə edərək keçirirdi. Fresco Gənc Kommunistlər Ligasına qatılır və liganın rəhbəri ilə görüşdə müzakirədən sonra "Karl Marks səhv idi" deyə bağırdığına görə ligadan sözün birinci mənasında atılır. Gənc Fresko 14 yaşında evi tərk edir və zəmanənin gəncləri kimi avtostop və "qatarlara tullanaraq" səyahət edir. Daha sonra o diqqətini texnokratiya üzərinə cəmləyir. == Karyera == === Hava gəmisi sənayesi === Fresko 1930-cu illərin sonrarına doğru Kaliforniada Douglas Aircraft Company-də çalışıb.
Kazan Kremli
Kazan Kremli (rus. Казанский кремль, tatar. Казан кирмәне, Qazan kirmäne) — Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi. Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir. Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir. Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir. 2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir.
Moskva Kremli
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Meta-krezol
Meta-krezol == Alınması == Meta –metilanilinin nitrat turşusu ilə reaksiyaya daxil olur və metakrezol əmələ gətirir Duzlarından spirt və fenolların sıxışdırılıb ayrılması Fenolyatların hidrolizi Turşuların parçalanması reaksiyası == Tədbiqi == Dərman maddələrində, əsasən ümumi dezinfeksiya üçün sabun məhlulları şəklində istifadə olunur . Aşağı qatılıqlarda bəzən inyeksiya üçün qoruyucu kimi istifadə olunur. Onlar papillomaların və bəzi digər dəri neoplazmalarının çıxarılmasında yerli nekrotik və mumiyalaşdırıcı vasitə kimi istifadə olunan Ferezol (tricresol) və Verrukacid (metacresol) preparatlarının bir hissəsidir. == Ədəbiyyat == 1. Tibbi ensiklopediya 2. Kузнецов Е. В., Прохорова И. П. Альбом технологических схем производства полимеров и пластических масс на их основе. Изд. 2-е. М., Химия, 1975. 74 с. 3. Кноп А., Шейб В. Фенольные смолы и материалы на их основе. М., Химия, 1983.279 с.
Presla arvensis
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Presla hyemalis
Qışlayan qatırquyruğu (lat. Equisetum hyemale) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyun-avqust aylarıdır.
Presla palustris
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Presla ramosissima
Budaqlı qatırquyruğu (lat. Equisetum ramosissimum) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Equisetum elongatum var. ramosissimum (Desf.) Milde Hippochaete ramosissima (Desf.) Milde ex Bruhin Presla ramosissima (Desf.) Dulac == Yarımnövləri == Equisetum ramosissimum var. huegelii (Milde ) Christenh. & Husby Equisetum ramosissimum var.
Elvis Presli
Elvis Aaron Presli (ing. Elvis Aaron Presley; 8 yanvar 1935[…], Tyüpelo[d], Missisipi ştatı, ABŞ – 16 avqust 1977[…], Memfis, Tennessi, ABŞ[…]) — amerikalı müğənni və aktyor. Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir. == Erkən dövr (1935–1953) == === Uşaqlıq illəri === Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib.
Fresko-sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Fresno (Kaliforniya)
Fresno (ing. Fresno) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən şəhər.
Kristo Pimpirev
Kristo Pimpirev (bolq. Христо Цанев Пимпирев; 13 fevral 1953, Sofiya) — Bolqarıstan geoloqu və qütb kəşfiyyatçısı, geologiya-mineralogiya elmləri doktoru, Sofiya Universitetinin geologiya professoru. == Akademik karyera == 1978-ci ildə Sofiya Universitetinin geologiya fakültəsini bitirib və geologiya üzrə magistr dərəcəsi alıb, 1981-ci ildə assistent, 1984-cü ildə baş assistent vəzifəsinə təyin olunub. 1987-ci ildən elmlər doktoru, 1994-2004-cü illərdə dosent, 2005-ci ildən Sofiya Universitetinin geologiya kafedrasının professoru. O, Bolqarıstanın Antarktika tədqiqatının banisidir və 1987/1988 mövsümündə Antarktidaya ilk Bolqarıstan ekspedisiyasının üzvüdür. İllik Bolqarıstan elmi ekspedisiyalarının rəhbəri, Bolqarıstan Antarktika İnstitutunun sədri və təsisçisi. 2007-ci ildən Milli Qütb Tədqiqatları Mərkəzinin direktoru. Pimpirev Himalay dağlarında Ama Dablam zirvəsinə elmi ekspedisiyalarda, Tibetin Çin hissəsində speleoloji ekspedisiyalarda, Vyetnamda, Kolumbiya And dağlarında və Ellesmere adasında (Kanada Arktikası) ekspedisiyalarda iştirak etmişdir. O, tarixi geologiya və paleocoğrafiyadan dərs deyib, ABŞ, Portuqaliya, Uruqvay, Çili, Kolumbiya, Almaniya, İspaniya, Argentina, Kanada, Cənubi Koreya və digər ölkələrin universitetlərində mühazirələr oxuyub. 2013-cü il yanvarın 8-də o, Bolqarıstan bayrağını Cənubi Qütbdə qaldıran ilk bolqar qütb tədqiqatçısı oldu: onun iştirak etdiyi ekspedisiya Roald Amundsen və Robert Skottun yarışının 100-cü ildönümünə təsadüf edirdi.
La-Kress
La-Kress (fr. La Cresse, oks. La Cressa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12086. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 318 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 193 yaşda (15-64 yaş arasında) 134 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə bu 69.3%).
Kirəşli
Kirəşli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Toponimikası == Toponim kirəcli türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == Zəngi çayının yanında yerləşirdi. == Tarixi == "İrəvan əyalətinin icmal dəftəri"ndə Kərəcli kimi, Qafqazın 5 verstlik xəritəsində Kiraşlu formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 464 nəfər, 1886-cı ildə 744 nəfər, 1897-ci ildə 802 nəfər, 1908-ci ildə 1061 nəfər, 1914-cü ildə 1196 nəfər, 1916-cı ildə 973 nəfər, 1919-cu ildə 207 nəfər yalnız azərbaycanda yaşamışdır. Yuxarıdakı rəqəmlərdən göründüyü kimi, 1916-cı ildən başlayaraq azərbaycanlılar erməni təcavüzünə məruz qalmış və onlar mərhələ-mərhələ deportasiya olunmuşdur. 1919-cu ilin sonlarında azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.
Kremyö
Kremyö (fr. Crémieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38138. Kommunanın 2006-cı il üçün əhalisi 3330 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 203 ilə 415 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.