Kirəşli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[1]
Toponim kirəcli türk etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Zəngi çayının yanında yerləşirdi.
"İrəvan əyalətinin icmal dəftəri"ndə Kərəcli kimi,[3] Qafqazın 5 verstlik xəritəsində Kiraşlu formasında[4] qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 464 nəfər, 1886-cı ildə 744 nəfər, 1897-ci ildə 802 nəfər, 1908-ci ildə 1061 nəfər, 1914-cü ildə 1196 nəfər, 1916-cı ildə 973 nəfər, 1919-cu ildə 207 nəfər yalnız azərbaycanda yaşamışdır.[5] Yuxarıdakı rəqəmlərdən göründüyü kimi, 1916-cı ildən başlayaraq azərbaycanlılar erməni təcavüzünə məruz qalmış və onlar mərhələ-mərhələ deportasiya olunmuşdur. 1919-cu ilin sonlarında azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 86 nəfər, 1931-ci ildə 135 nəfər yalnız azərbaycanlılar yaşamışdır.[6]
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin köklü sakinləri olan azərbaycanlılar 1948–1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Budaqov B. Ə. Türk üluslarının yer yaddaşı, Bakı, "Elm", 1994. s.166
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.134
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.134
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxiv surəti 31 mart 2022 tarixindən Wayback Machine saytında. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.67, 98–99
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxiv surəti 31 mart 2022 tarixindən Wayback Machine saytında. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.67, 98–99
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|