RUSH

rush1

n I 1. cəld hərəkət; hücum, həmlə, axın, təzyiq; a ~ of wind küləyin ani şiddəti; a ~ of customers alıcıların axını; 2. basabas; tələsmə, qaç-qov; 3. axma, yığılma (qan və s. haq ); a ~ of blood to the head qanın başa yığılması / axması; 4. can atma, ...dalınca qaçma; a ~ for wealth zənginliyə / var-dövlətə can atma

n II 1. bot. qamış, qarğı; 2. boş / əhəmiyyətsiz / mənasız şey

rush2

adj təxirsiz, təcili, təxirəsalınmaz; ~ order təcili / təxirəsalınmaz sifariş

rush3

v I 1. atılmaq, tullanmaq, sıçramaq; to ~ at smb. / smth. bir kəsin / şeyin üstünə atılmaq / sıçramaq; The bull rushed at him Buğa. onun üstünə atıldı; 2. soxulmaq; hücum çəkmək; axışıb gəlmək; tökülüşmək, tökülüşüb gəlmək; They rushed into the room Onlar otağa soxuldular; 3. tez ötüb keçmək; The days rushed by us and our holidays were soon ended Günlər tez ötüb keçdi və bizim məzuniyyətimiz tezliklə sona çatdı; 4. tez / tələsik keçirmək; to ~ a bill through Parliament qanun layihəsini parlamentdən tələsik keçirmək; 5. tələsik / tez-tələsik hərəkət etmək; to ~ to a conclusion tez-tələsik nəticə çıxartmaq; 6. təcili / təxirəsalınmaz surətdə yerinə yetirmək; to ~ an order sifarişi təcili / təxirəsalınmaz surətdə yerinə yetirmək; 7. tələsdirmək, qısnamaq; bir iş görməyə məcbur etmək (bir kəsi); to ~ a people into war bir xalqı məcburən müharibəyə cəlb etmək; 8. id. rəqib qapısına hücum etmək

v II 1. qamış / qarğı döşəmək, qamışla / qarğı ilə örtmək; 2. qamışla / qarğı ilə hörmək

RUSE
RUSHY
OBASTAN VİKİ
Odeya Rush
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Big Time Rush
Big Time Rush (ing. Big Time Rush) — Scott Fellovs tərəfindən yaradılmış və ilk olaraq 28 noyabr 2009-cu ildən 25 iyul 2013-cü ilə qədər Nickelodeon-da yayımlanan Amerika musiqili sitkom televiziya serialıdır. == İstehsal == Serial əvvəllər Ned's Classified School Survival Guide-nin yaradıcısı, icraçı prodüseri və şounun rəhbəri olan Scott Fellovs tərəfindən hazırlanmış və yaradılmışdır. Fellovs deyir ki, onun şou üçün ilhamı musiqili komediya şousu olan «The Monkees» - rok qrupu yaradan və komediya sərgüzəştləri keçirərkən mahnı ifa edən dörd gəncdən ibarət qrup haqqında idi. Həmin qrup 1960-cı illərdə məşhur və mədəni əhəmiyyətli Amerika televiziya serialı olub. Big time rush serialı 2007-ci ildə bir konsepsiyası olsa da, 2009-cu ilin avqustuna qədər serialın əsl adı yox idi. == Kasting == Ümummi kastinq 2007-ci ildə başladı. Dörd əsas rol üçün 1500-dən çox yeniyetmə və gənc iştirak edib. Serialın heyətinə ilk qoşulanlar Ceyms Maslow və Logan Henderson olub. Ən son qoşulan Kendall Şmidt olub.
The Slow Rush
The Slow Rush — Avstraliya musiqiçisi Tame Impala-nın dördüncü studiya albomu. 14 fevral 2020-ci ildə işıq üzü görüb. Bütün mahnılar Kevin Parker tərəfindən yazılmış və bəstələnmişdir.
Big Time Rush (teleserial, 2009)