Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Slаvоnski-Brоd
Slаvоnski-Brоd — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brоdskо-Pоsаvskаya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
BSOD
Ölümün göy ekranı və ya BSOD (ing. Blue Screen of Death, Blue Screen of Doom, BSoD) — Microsoft Windows əməliyyat sistemi yüklənən zaman ekrana gələn göy fonda ağ yazılardır. Yəni kritik – düzələ bilməyən əməliyyat sistemlərindəki səhv. BSOD-un əmələ gəlməsinə səbəb çoxdur. Qısaqapanma nəticəsində sərt diskin sistem sektorlarının sıradan çıxmasından BİOS-da parametrlərində səhvə yol veriləsinə qədər və s. BSOD-un 3 növü mövcuddur: Microsoft Windows 95/98/Me ailəsi üçün, Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün və Microsoft Windows CE ailəsi üçün. BSOD ilk dəfə Windows версии 1.3 əməliyyat sistemində aşkar edilmişdir. == Növləri == BSOD məlumatlarının üç növü var: Microsoft Windows 95/98/Me ailəsi üçün Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün Microsoft Windows CE ailəsi üçün. Göy ölüm ekranı Windows əməliyyat sisteminin elə ilk versiyasında meydana çıxıb. Windows 8 versiyasından onu Black Screen Of Death əvəzləyir.
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Brad Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Fitspatrik
5 fevral 1980-ci ildə amerikalı proqramçı, “Livejournal.com” – pulsuz şəbəkə gündəlikləri saytının müəllifi Bred Fitspatrik (Brad Fitzpatrick) anadan olmuşdur. Hal-hazırda o, “Google” şirkətində proqram təminatının yaradılması üzrə mütəxəssis vəzifəsində çalışır. Brend Fitspatrik Ayova ştatında anadan olan Fitzpatrick Oreqon ştatının Beaverton şəhərində böyüyüb və Sietldəki Vaşinqton Universitetində kompüter elmləri üzrə ixtisaslaşıb . O, ilk şirkəti FreeVote.com-u orta məktəbdə olarkən qurdu.. == Həmçinin bax == Şəxsi veb saytı == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı x faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Brok adası
Brok adası (ing. Brock Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları və Parri arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 764 km², sahil xətdinin sahəsi 174 km təşkil edir. düzbucaqlı formasına malik olan adanın uzunluğu 37 km, eni isə 22 km-dir. Hamar relyefə malikdir. Ərazisi 20–40 metr hündürlüyə malik təpələrdən ibarətdir. Cənubda hündürlük nisbətən çoxdur. Maksimal hündürlük 67 metrdir. Brok adası Kanada Arktik arxipelaqının şimal-şərqindədir.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır. Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi.
Broş adası
Broş adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 85 metrdir. Kuna adasında yerləşən burnun davamını təşkil edir. Qayadan ibarətdir. Qrili adasından Şternek boğazı ilə ayrılır. Yaxınlığında yerləşən adalar: Kun adası, Keyn adası, Qrili adası. Ada Qustan Broşun şərəfinə adlandırılmışdır. O, Avstriya-Macarıstan ekspedisiyasının Şimal qütbünə təşkil etdiyi donanmanın çex əsilli leytenantıdır.
Novo Brdo
Novo Brdo və ya Artana (serb. Ново Брдо; alb. Novobërda və ya Novobërdë, və ya Artana və ya Artanë) — Kosovo və Metohiyaya aid şəhər, Priştina rayonuna aiddir. == İnzibati mənsubiyyəti == == Tarixi == Orta əsrlərdə Novo Brdo (sözbəsöz tərcüməsi: Yeni dağ, Novus Mons, Novamonte, Nyeuberghe) böyük şəhər və strateji hərbi qala idi, mühüm mədən mərkəzi olduğu üçün ətrafdakı mədənlərdən dəmir filizi, qızıl və gümüş çıxarılırdı. Məşhur yazıçı Vladislav Qrammatik burada anadan olmuşdur. 1439-cu ildə Smederevonun süqutundan sonra 1441-ci ilə qədər şəhər Serbiya krallığının paytaxtı olmuşdur. Novo Brdo 1 iyun 1455-ci ildə qırx günlük mühasirədən sonra təslim olaraq Osmanlı hakimiyyəti altına düşdü.
Qrod adası
Qrod adası (bolq. остров Грод, ‘Ostrov Grod’ \'os-trov 'grod\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən cənubda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 610 m, eni 200 metrdir. Robert adasından 130 m məsafədə yerləşmişdir. Ada Bolqarıstan hökmdarı Qrodun (6-cı əsr) adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 940 m cənub-qərbdə, Misnomer burnundan 810 m şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Robert Börd
Robert Börd (ing. Robert Byrd) — Əslən Kaliforniyadan olan memar və dizayner. Robert Börd ən mükəmməl inşaat işlərini 1920-1950-ci illərdə həyata keçirmişdir. Sonrakı fəaliyyətini oğlu Qari ilə birgə davam etdirmişdir. == İşləri == "10050 Cielo Drive", Kaliforniya; "Robert Taylor Ranch", Los-Anceles; "2274 Ben Lomond Drive", Los-Anceles; "The Tree House", Los-Anceles.
Warner Bros
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Warner Bros.
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Yvette Broç
Yvette Broç (d. 22 noyabr 1990) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Yvette Broç Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Şandor Brodi
Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863, Eqer – 12 avqust 1924, Budapeşt) — Macarıstan yazıçısı və jurnalisti. == Həyatı == Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur. == Əsərləri == "Regénytárgyak", nağıllar, 1892; "A kétlelkű asszony", roman, 1893; "Az Egri diákok", 1894; "Nyomor", stories, 1884; "Faust orvos", roman, 1888–90; "Don Quixote kisasszony", roman, 1888; "Emberek", hekayələr, 1888; "Színészvér", hekayələr, 1891; "Hófehérke", roman, 1894; "Apró regények", 1895; "Két szőke asszony", roman, 1895; "Éjszaka", hekayələr, 1895; "Rejtelmek", hekayələr, 1895; "Az asszonyi szépség", 1897; "Tündér Ilona", novel, 1898; "Az ezüst kecske", de luxe edition, 1898; "Egy férfi vallomásai", 1899; "Fehér könyv", 1900–01. Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.
Brok Belle
Brok Belle (29 aprel 1982, Orinc, Kaliforniya) — amerikalı pornoaktyor.
Fibula (broş)
Fibula — Arxeoloji (antik) termin. Fibula (/ˈfɪbjʊlə/, pl.: fibulae /ˈfɪbjʊli/) paltarı, adətən sağ çiynində bərkitmək üçün istifadə edilən broş və ya sancaqdır.Fibula müxtəlif inkişaf yolları var, lakin hamısı sancaq prinsipinə əsaslanırdı. Ən müasir broşlardan fərqli olaraq, fibulalar sadəcə dekorativ deyildi; Fibulalar başlanğıcda praktiki funksiyaya xidmət edirdilər: hər iki cins üçün xalat və papaq kimi paltarları bərkitmək üçün istifadə edilirdi. İngilis dilində "fibula" müasir zərgərlik üçün istifadə olunan söz deyil, daha çox arxeoloqlar tərəfindən istifadə edilən termindir. Yüzlərlə müxtəlif növ fibula var. Onlar adətən tarixi dövrlərə, coğrafiyaya və yaxud mədəniyyətlərə əsaslanan növlərə bölünürlər. Fibular də ümumi formalarına görə siniflərə bölünür. Fibula, Neolit dövründən Tunc dövrünə qədər paltarları bağlamaq üçün istifadə edilən düz sancaqları əvəz edirdi. Orta əsrlərdə fibulaları paltar düymələri əvəz etmişdir. Onların nəsli, müasir dövrdə bəzək əşyası kimi istifadə edilən broşlardır.
Rod-Aylend
Rod-Aylend (ing. Rhode Island) — ABŞ-də ştat. Sahəsinə görə ölkənin ən kiçik ştatıdır, ancaq əhalisinə görə 7 ştatı qabaqlayır. Əhali sıxlığına görə isə, ABŞ-nin ən sıx 6-cı ştatıdır. Mərkəzi Providens şəhəridir. Rod-Aylend ştatının ləqəbi "Okean Ştatı"-dır. Çünki bu ştat Atlantik okeanın sahilində yerləşir. Rod-Aylend ştatı, İngilislərə qarşı vuruşan 13 koloniyadan biri idi. Başlanğıcda, ştat iki hissədən ibarət idi: Ehtiyat plantasiyası (materik, ən böyük şəhər - Providens) və Rod Adası (ada, ən böyük şəhəri - Newport).
Rod Roddy
Robert Ray "Rod" Roddy (28 dekabr, 1937 – 27 oktyabr, 2003) — aktyor
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. == Yaradacılığı == === Filmləri === Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən) . === Qısa hekayələr === Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.