rutulluca 2021
ruzigar 2021
OBASTAN VİKİ
Ruzi
Ruzi Nəzər
Ruzi (Vərziqan)
Ruzi (fars. روزي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 733 nəfər yaşayır (162 ailə).
Ruzi Musayev
Musayev Ruzi Əbdürəhman oğlu — texnika elmləri doktoru == Həyatı == Musayev Ruzi Əbdürəhman oğlu 1933-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra "Bibiheybət" NQÇİ-də operator, usta köməkçisi, usta və Dövlət şəhər texniki nəzarət idarəsində mühəndis-inspektor (müfəttiş) işləmişdir. 1961-ci ildən Azərbaycan EADNQYPİ-da mühəndis, kiçik elmi işçi, böyük elmi işçi işləmişdir. 1961-ci ildə bu institutun aspirantı olmuşdur. 1992–2015-ci illərdə Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunda "Layın fiziki kimyası" laboratoriyasının rəhbəri olmuşdur. 1965-ci ildə "Neftdə həll olunan səthi-aktiv maddələr, onların adsorbsiyası və quyudibi zonanın emalı üçün tətbiqi şəraitləri (Abşeron yarımadasının yataqları timsalında)" mövzusunda namizədlik, 1991-ci ildə isə "Neft hasilatının intensivləşdirilməsi üçün neft emalı və neftkimya məhsullarının tətbiqinin fiziki əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == Musayev R. Ə. neft və qaz quyularının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laylarda baş verən səthi-molekulyar, kapilyar proseslər; neftin su ilə sıxışdırılması mexanizmi; layların neftverimi; SFM, qələvilərin, turşuların, aralıq neft emalı və neft kimyası maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin, məhsuldar qatda və quyudibi zonada fiziki və fiziki-kimyəvi üsulların təsiri altında baş verən mikroproseslərin öyrənilməsi; kimyəvi məhsulların əsasında sinergetik səmərəsi olan kompozisiyaların axtarışı; neft hasilatını intensivləşdirilməsinin yeni texnologiyalarının işlənilməsi; hasilat və suvurucu quyuların məhsuldarlığının artırılması; müəllif nəzarəti və texnologiyaların tətbiqi barədə alınmış barədə alınmış materialların təhlili; məhsuldar qatın (layın) ekologiyası. Musayev R. Ə. 140-dan artıq elmi məqalənin, 8 təlimatın (instruksiyanın) müəllifidir.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Ruzi Nəzər
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. == Uşaqlıq və gəncliyi == 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Ruzi İbrahimov
Ruzi Əliağa oğlu İbrahimov (23 fevral 1983, Yengicə, İliç rayonu – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruzi İbrahimov 1983-cü il fevralın 23-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 1989-2000-ci illərdə Yengicə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ruzi İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruzi İbrahimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruzi İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruzigar Qasımov
Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür. == Bioqrafiya == Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir. === Şəhid olması === Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır.

Значение слова в других словарях

анаэро́бы бу́ковые дью́ти-фри-шоп заерша́ть индижена́т лесоукла́дчик отнерестова́ть прода́лбливать терморегуля́тор Курба́н-байра́м небоскрёб ню́хальщица очертене́ть свиристе́ть та́нкистский amino acid disk brake lousy pig-bed pugnaciousness trappist буровая детдом зулус репатриант