RƏHMİ

ə. rəhmətə aid olan, rəhmət olan.

RƏHMGÜSTƏR
RƏHMKAR
OBASTAN VİKİ
Hüseyn Rəhmi Gurpınar
Hüseyn Rəhmi Gurpınar (17 avqust 1864, Konstantinopol – 8 mart 1944, Heybəliada) — türk yazıçı, publisist. == Həyatı == O, 17 avqust 1864-cü ildə padşahın yavəri Mehmed Səid paşa və Ayşə Sidiqə xanımın ailəsində İstanbulda Ayaspaşada dünyaya gəlmişdir. Kiçik yaşlarında anasını vərəm xəstəliyindən itirən Hüseyn Rəhmi bir müddət Giritdə atasının yanında qalıb, ilk təhsilinə burada başlasa da, atası evləndikdən sonra ana nənəsinin yanına İstanbula qayıtmışdır. O, burada Ağsarayda Yaqubağa məhəlləsində nənəsi və xalalarının yanında böyümüşdür. Burada Yaqubağa (Ağayoxuşu) məhəllə məktəbində, daha sonra Mahmudiyyə Rüşdiyyəsində təhsil almışdır. Tarix müəllimi Əbdürrəhman Şərəf Əfəndinin təşviqi ilə iki ilə qədər Mülkiyyə məktəbində təhsilinə davam etmiş, burada fransız dilini incəliklərinə qədər öyrənmişdir. İkinci kursda oxuyarkən möhkəm xəstələnmiş və bununla əlaqədar olaraq təhsilini yarım qoymalı olmuşdur (1880). Bir müddət müxtəlif dövlət müəssələrində məmur kimi fəaliyyət göstərsə də, 1908-ci ildə işindən ayrılıb, həyatını ədəbiyyata həsr etmişdir. Hüseyn Rəhmi Türkiyə Böyük Millət Məclisinin Kütahya üzrə 5-ci (1936–1939) və 6-cı (1939–1943) Çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. O, 8 mart 1944-cü ildə İstanbulda Heybəliadadakı evində vəfat etmiş, Abbas Paşa qərbristanlığında dəfn edilmişdir.
Bahaəddin Rəhmi Bədiz
Rəhmizadə Bahaəddin (türk. Bahaettin Rahmi Bediz; 19 iyun 1875[…] – 1951[…]; Soyad Qanunundan sonra Bahaəddin Rəhmi Bədiz) — bir çox fotoqraf tarixçilərinə görə ilk türk müsəlman fotoqrafçısı. Çəkdiyi fotoşəkillərin, xüsusən də o dövr üçün rəsmi sənəd hesab edilən portretlərinin keyfiyyəti və bədii dərinliyini nəzərə alsaq, o, Türkiyədə fotoqrafiya sənətinin öncüllərindən biri hesab edilir. Bu gün onun fotoşəkilləri təkcə Türkiyədə deyil, Kritdə də dövrünün əsas mənbələrindən sayılır. == Həyatı == Bahaəddin Rəhmi Bədiz, 19 iyun 1875-ci ildə İstanbulda Kritli varlı türk ailəsinin övladı olaraq dünyaya gəlib. Orta təhsilini doğulduğu Xanyada başa vurduqdan sonra, 1886-cı ildə Qalatasaray liseyinə (o dövrdə Mekteb-i Sultani adlanırdı) daxil olmuş və 1895-ci ildə oranı bitirmişdir. Növbəti il Kritə qayıdan Bahaəddin bəy atasından ona miras qalan 45 Osmanlı qızıl sikkəsi ilə 1910-cu ilə qədər Xanyada kitab dükanı işlətdi, özü də burada dəftərxanaçı olaraq çalışdı. Ailəsinin onun məmur olması üçün təkid göstərməsinə baxmayaraq, Bahaəddin bəy məmur olmaqdan imtina edib, bu dükanı açdı. Sonra o, Xanyadan olan Saleh Zəki Salehzadə ilə demək olar ki, eyni vaxtda fotoqrafiya işinə başladı. 1910–1915-ci illər arasında fəaliyyətini İzmirdə davam etdirdikdən sonra İstanbula qayıdan Bahaəddin Rəhmi bəy Resenli Əhməd Niyazi bəyə olan heyranlığından dolayı adını verdiyi Resne Foto Mərkəzini açdı.

Значение слова в других словарях