RƏMİM
RƏMMAL
OBASTAN VİKİ
Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان‎; təq. 594, Məkkə – 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi. Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır. Bundan sonra o, Məkkəyə qayıda bilmir.
Rəmlər dağı
Rəmlər dağı — Şərur rayonu ərazisində dağ (hünd. 2289,0 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (hünd. 2600,5 m) qərbə ayrılan eyniadlı qolda zirvə. Tənənəm kəndindən 5,5 km şimal-şərqdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş cənub və qərb yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Ərdağı sinklinalının nüvə hissəsində və yerləşir. Qərb yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılması keçir. Yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay qırılmaları keçir.

Значение слова в других словарях