SƏNAYELƏŞDİRMƏ, SƏNAYELƏŞMƏ

индустриализация
SƏNAYELƏŞDİRİLMƏK
SƏNAYELƏŞDİRMƏK
OBASTAN VİKİ
Sənayeləşdirmə
Sənayeləşdirmə — bütün xalq təsərrüfatı sahələrində və xüsusilə sənayedə iri maşınlı istehsalın yaradılması prosesi. Sənayeləşdirmə ölkə iqtisadiyyatında sənaye məhsulu istehsalının üstün olması, aqrar, yaxud aqrar-sənaye ölkəsindən sənaye-aqrar, yaxud sənaye ölkəsinə çevrilməsini təmin edir.
Sənayeləşmə
Sənayeləşdirmə — bütün xalq təsərrüfatı sahələrində və xüsusilə sənayedə iri maşınlı istehsalın yaradılması prosesi. Sənayeləşdirmə ölkə iqtisadiyyatında sənaye məhsulu istehsalının üstün olması, aqrar, yaxud aqrar-sənaye ölkəsindən sənaye-aqrar, yaxud sənaye ölkəsinə çevrilməsini təmin edir.
SSRİ-də sənayeləşmə
SSRİ-də sənayeləşmə 1929-cu ilin mayından 1941-ci ilin iyununa qədər həyata keçirilən inkişaf etmiş kapitalist dövlətlərindən iqtisadiyyatın geri qalmasını azaltmaq məqsədilə Sovet İttifaqının sənaye potensialının sürətlə artması prosesindən ibarət idi. Sənayeləşmənin rəsmi vəzifəsi Sovet İttifaqının əsasən aqrar dövlətdən aparıcı sənaye dövlətinə çevrilməsi idi. Sosialist sənayeləşməsinin başlanğıcı "cəmiyyətin kökündən yenidən qurulmasının üçqat tapşırıqı" (sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilab) tərkib hissəsi kimi əsası xalq təsərrüfatının ilk beşillik inkişaf planı (1928-1932) ilə qoyulmuşdur. Bu dövrdə yeni dövlət istehsal fondlarının yaradılmasına 45 000 000 000 rubl sərmayə qoyulmuşdur. Sovet dövründə sənayeləşmə, sovet mətbuatının yazdığı kimi, böyük qoçaqlıq hesab olunurdu. Ağır sənaye istehsalının istehsal güclərinin və həcmlərinin sürətlə artması kapitalist ölkələrindən iqtisadi müstəqilliyin təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətə malik idi. Bu zaman Sovet İttifaqı aqrar ölkədən sənaye ölkəsinə keçid etdi. Böyük Vətən müharibəsi zamanı Sovet sənayesi nasist Almaniyasının sənayesi üzərində üstünlüyünü sübut etdi. Ölkənin elektrikləşdirilməsi planının hazırlanmasına hələ 1915-ci ildə başlanılıb və müəyyən fasilədən sonra bolşeviklərin dövründə davam edib. 1920-ci ilin dekabrında QOELRO planı VIII Ümumrusiya Sovetlərinin qurultayı tərəfindən bəyənilmişdir, bir il sonra isə IX Ümumrusiya Sovetlərinin qurultayı təsdiq edilmişdir.
Azərbaycan SSR-də sənayeləşdirmə xətti
Azərbaycan SSR-də sənayeləşdirmə xətti - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyata keçirilən sosialistcəsinə yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri. == Azərbaycan SSR-də sənayeləşdirmə xəttinin həyata keçirilməsi zərurəti == 1925-ci ilin sonlarına yaxın müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də əsasən I Dünya müharibəsindən əvvəlki səviyyə bərpa olundu. Yeni iqtisadi siyasət azad iqtisadiyyatın, işgüzarlığın və təsərrüfat təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və iqtisadi cəhətcə olduqca geri qalırdı. Sənayenin müasir sahələrini yaratmaq, ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Beləliklə, ölkənin sənayeləşdirilməsini inkişaf etdirmək zəruriyyəti meydana çıxmışdı. Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının obyektiv tələblərinə uyğun yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq, 1925-ci ilin dekabrında ÜK(b)P XIV qurultayı SSRİ-də sənayeləşdirmə xəttini götürdü. Lakin bunun üçün öz yığımı olmayan ölkə "sosialist sənayeləşdirməsinə" iqtisadiyyatı inzibati-amirlik yolu ilə nizamlamaq, kəndi istismar etmək, fəhlə əksəriyyətinin "inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi. == Sənayeləşdirmənin başlanması == Sənayeləşdirmə bütün xalq təsərrüfatının "sosialistcəsinə" yenidən qurulması, fəhlə sinfinin artmasına şərait yaranması, onun zəhmətkeş kəndlilərlə ittifaqının möhkəmlənməsi və şəhərlə kəndin istehsal əlaqəsi üçün əsas açar hesab olunurdu. Bütün müttəfiq respublikalarda yeni sənaye müəssisələrinin tikintisinə başlandı.