sərhədboyu
sərhədçilik
OBASTAN VİKİ
Sərhədçi İdman Olimpiya Mərkəzi
"Sərhədçi" İdman Olimpiya Mərkəzi — Azərbaycanın onlarla möhtəşəm idman qurğularından biri. 31 avqustda Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılışı olmuşdur. Yüksək keyfiyyət göstəricilərinə malik olan bu idman mərkəzində tez-tez beynəlxalq yarışlar, ölkə miqyaslı mötəbər turnirlər keçirilir. Təşkilatçılar yarışları əsasən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirməyə üstünlük verirlər. Yüksək standartlara cavab verən bu iri diman obyektindəki şərait idmançı və məşqçiləri, eləcə də tamaşaçıları hərtərəfli qane edir. "Sərhədçi" İdman Olimpiya Mərkəzi 3 hektar ərazidə inşa olunmuşdur və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Mərkəz üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikamızda son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, çəmənliklər salınmış, dekorativ ağac və kollar əkilmişdir.
Azərbaycan sərhədçiləri (film, 1951)
Azərbaycan sərhədçiləri qısametrajlı sənədli filmi rejissor Lətif Səfərov tərəfindən 1951-ci ildə çəkilmişdir. Film sərhəd qoşunlarının yubileyinə həsr olunmuşdur. == Məzmun == Film sərhəd qoşunlarının yubileyinə həsr olunmuşdur. == Film haqqında == Film məqsədli kinojurnaldır.
Bizim Sərhədçilər (1971)
Bizim sərhədçilər qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film sərhəd zastavalarından birinin həyatı haqqındadır. == Məzmun == Film sərhəd zastavalarından birinin həyatı haqqındadır.
Bizim sərhədçilər (film, 1971)
Bizim sərhədçilər qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1971-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film sərhəd zastavalarından birinin həyatı haqqındadır. == Məzmun == Film sərhəd zastavalarından birinin həyatı haqqındadır.
Mən Sərhədçiyəm (1976)
Mən sərhədçiyəm (film, 1976)
Sərhədçilər
Frontirçilər (ing. frontiersmen, ing. frontierswomen) — məskunlaşmış və məskunlaşmamış torpaqlar arasındakı frontirdə yaşayan insanlar. Burada frontir sivilizasiya ilə naməlum çöllük arasında bir yer hesab olunurdu. Frontirçilər tez-tez torpağı təmizləyir, sığınacaqlar tikir, uşaq böyüdür, məhsul yetişdirirdilər. Ovçuluq və heyvanların tutulması ətin əsas mənbələri idi. Heyvanların xəzlərindən və dərilərindən paltar hazırlanırdı. Tanınmış Amerika frontirçiləri arasında Devi Krokett, Deniel Bun və Kit Karson var. ABŞ, Kanada və Avstraliya çoxlu sayda frontirçilərin tapıldığı ölkələrdir.

Значение слова в других словарях