Paris-Saclay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi.
İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir.
Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci).
Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.