SAQAN

(Qax, Zaqatala)
ərzaq saxlamaq üçün iri qab. – Saqanda buğda varmı?; – Bizim saqanimiz yüz put buğda tutur; – Anam saqandan çörəy aldı (Zaqatala)
SAQALOV
SAQAT
OBASTAN VİKİ
Fransuaza Saqan
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[…] – 24 sentyabr 2004[…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır. == Həyatı == Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. == Təhsili və elmi karyerası == Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.
Oleq Saqan-ool
Oleq Saqan-ool (tuvaca:Олег Карламович Саган-оол, d. 1 yanvar 1913 - 7 aprel 1971) — tuvalı şair, nasir, yazıçı və dramaturq. Tuvanın Daa bölgəsində (indiki Çöön Hemçik) Hemçik Şemi kəndində anadan olmuşdur. 1928-ci ildə monqol dilini öyrədən Ulaştır məktəbini bitirmişdir. 1930-1935-ci illərdə Ulan-Udedə Monqol Fəhlə fakültəsində təhsil almış, İrkutsk Müəllim İnistitutunu, Sİ Kommunist Partiyası Tuva Bölməsinin Ali Partiya Məktəbini bitirmişdir. Qızıl şəhərində müəllimik etmişdir. Tuva radio komitəsini yaratmış, bölgə istehsalı ilə bağlı çalışmışdır. 1946-1947-ci illərdə Tuvanın Yazıçılar Birliyinə üzv olmuşdur. Yazıçılığa 1937-ci ildə başlamışdır. 1937-ci ilin ilk şer kitabı "Bizim ana yurdumuz" nəşr edilmişdir.
Dmitri Saqanoviç
Dmitri Yevgenyeviç Saqanoviç (rus. Дмитрий Евгеньевич Саганович; 23 may 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda qapıçı kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Saqanoviç öz peşəkar karyerasında debütünü 25 iyul 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Legion-Dinamo Mahaçqala klubuna qarşı oyunda etmişdir.
Saqano bambuk meşəsi
Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur. Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır. Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir. Meşənin sahəsi 16 km2 təşkil edir. Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.