Sarmatlar
Sarmatlar — Azərbaycanlıların etnogenezində iştirak etmiş atlı köçəri qədim türkdilli xalqlarından biridir. Sarmatlar iskit dilində danışırdılar və daha geniş İskif mədəniyyətlərinin bir hissəsi idilər.
== Etnik kimlikləri haqqda nəzəriyyələr ==
XIX yüzilliyə kimi bütün tarixçilər skifləri, sarmatları, alanları türk hesab edirdilər. XIX-XX əsrdə osetin tarixçisi Vaso Abayev irandilli nəzəriyyənin bünövrəsini qoydu və Avropada, Rusiyada antitürkçülüyün yayıldığı dövrdə sevildi və təbliğ olunmağa başlandı.
=== İran nəzəriyyəsi ===
İranşünas tarixçilərin əksəriyəti sarmatları irandilli xalq sayılırdılar. İranistlər, bir qayda olaraq, yazdıqları məqalələrdə, elmi işlərdə skiflərin, sarmatların, alanların hind-avropalılarda olmayan etnik xüsusiyyətlərini və qədim tarixçilərin verdikləri məlumatları nəzərə almırlar.
=== Türk nəzəriyyəsi ===
Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikləri var idi:
Kütləvi şəkildə mahir at miniciləri idilər, körpəlikdən at sürürdülər.
At əti yeyirdilər.
Qımız (at südü) içirdilər.