Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarmatlar
Sarmatlar — Azərbaycanlıların etnogenezində iştirak etmiş atlı köçəri qədim türkdilli xalqlarından biridir. Sarmatlar iskit dilində danışırdılar və daha geniş İskif mədəniyyətlərinin bir hissəsi idilər. XIX yüzilliyə kimi bütün tarixçilər skifləri, sarmatları, alanları türk hesab edirdilər. XIX-XX əsrdə osetin tarixçisi Vaso Abayev irandilli nəzəriyyənin bünövrəsini qoydu və Avropada, Rusiyada antitürkçülüyün yayıldığı dövrdə sevildi və təbliğ olunmağa başlandı. İranşünas tarixçilərin əksəriyəti sarmatları irandilli xalq sayılırdılar. İranistlər, bir qayda olaraq, yazdıqları məqalələrdə, elmi işlərdə skiflərin, sarmatların, alanların hind-avropalılarda olmayan etnik xüsusiyyətlərini və qədim tarixçilərin verdikləri məlumatları nəzərə almırlar. Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikləri var idi: Kütləvi şəkildə mahir at miniciləri idilər, körpəlikdən at sürürdülər. At əti yeyirdilər. Qımız (at südü) içirdilər.
Sarmalar
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Barmaqlar
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Sarvanlar
Sarvanlar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarvanlar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
Savromatlar
Savromatlar (q.yun. Σαυρομάται)—Skiflərə yaxın köçəri xalq. Herodot göstərir ki, savromatlar skiflərlə amazonların qarışığından törəyiblər. Antik dövrün tarixçiləri amazonları savromat tayfasının qadın nümayəndələri hesab edirdilər. Onlar istər təsərrüfat, istərsə də hərbi məsələlərdə qadınlar tərəfindən idarə olunurdular. Basqınları gözlənilməzliyi və qəddarlığı ilə seçilirdi. Qadına məxsus qədimi hiyləgərlikdən istifadə edərək, onlar heç vaxt açıq-aşkar hücum etmirdilər. Çöllərdəki yarıac həyat onları daş dövrünün qanunları ilə yaşamağa vadar edirdi. Amazonkaların məişət əşyaları antik şəhərlərdən qarət yolu ilə əldə etdiklərindən ibarət idi. Məqsədləri qazandıqları qənimətlə ərzaq ehtiyatını artırmaq idi.
Sarallar
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır!
Saraylar
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Sartlar
Sart (özb. Savdogar) — Orta Asiyada köçərilərin və yarıköçərilərin oturaq, daha çox şəhər əhalisinə verdikləri ad. Sartlar ənənəvi olaraq ticarətlə və başqa şəhər peşələri, özbəkcə savdogarlıq, ilə məşğul olurdular. Sartlar əsasən Özbəkistanda və qismən Tacikistanda, Qızğızıstanda və Qazaxıstanın cənubi şəhərlərində yaşayırdılar. SSRİ vaxtında sartlar daha çox özbəklər kimi qeydiyatdan keçirdilər.
Sarvanlar (Ağcabədi)
Sarvanlar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarvanlar kənd inzibati ərazi dairəsində kənd. Sarvanlar kəndi Ağcabədi rayonunda, rayon mərkəzindən 34 km məsafədə, Qarqar çayının sağ sahilində Qarabağ düzündə yerləşir. Sarvanlar kəndinin keçmiş adı Piyada Qurbanlı olub. Bu yaşayış məntəqəsi sarvançılıqla məşğul olmuş qurbanlı nəslinin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. Kəndin ərazisində vaxtilə karvanların və sarvanların düşərgəsi, dayanacaq yeri də olmuşdur. Burada içməli su olduğu üçün gələn karvanlar burada dayanıb dincələ̟rmişlər Sonralar camaat burada evlər tikmiş, kəndi Sarvan düşən adlandırmışlar. Sonralar kənd Sarvanlar adlandırılmışdır. Sarvanlar kəngərlərin bir qoludur. XIX əsrin ortalarına aid olan məlumata görə sarvanlar Şəki qəzasında köçərilik etmiş bir içma olmuşdur. Onlar qışı indiki kəndin yerləşdiyi yerdə ərəbşəki icması ilə bir yerdə keçirmiş, sonralar orada daimi yaşayış məntəqəsi salmışlar.
Sarvanlar (Zəngibasar)
Sarvanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Toponim kəngərli qədim türk tayfasından olan sarvanlar etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Araz çayının yaxınlığında yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Kəndin ilk adı Ulya Sarvanlar olmuşdur. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Sarvanlar ulya kimi göstərilir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib Sis qoyulmuşdur. Kənddə 1831-ci ildə 153 nəfər, 1873-cü ildə 970 nəfər, 1886-cı ildə 1024 nəfər, 1897-ci ildə 953 nəfər, 1904 - cü ildə 1465 nəfər, 1914-cü ildə 1910 nəfər, 1916-cı ildə 801 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Sarvanlar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarvanlar kəndi
Sarvanlar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarvanlar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
İnduktiv sarğaclar
Sarğac — bir dielektrik makara (mandren və ya karkas) üzərində müəyyən sayda sarılmış makara (sarğı) qrupudur. İstismar yerinə görə, içərisi boş qalarsa havalı induktiv sarğac, dəmir bir nüvə keçirilərsə nüvəli induktiv sarğac deyilir. Şəkildə induktivlik simvolları verilmişdir. hava nüvəli sarğac; iki qat hava nüvəli sarğac; hava nüvəli tənzimlənən sarğac (yüksək gücə malik); hava nüvəli tənzimlənən sarğac (az gücə malik); ferrit(dəmir) nüvəli sarğac; ikiqat dəmir nüvəli sarğac; dəmir nüvəli tənzimlənən sarğac(böyük güclü); dəmir nüvəli tənzimlənən sarğac(az gücə malik). Məlum olduğu kimi, bir keçiricidən cərəyan keçirildikdə, keçirici ətrafında bir maqnit sahəsi yaranır. Bu sahə kağız üzərində dairələr şəklindəki qüvvə xətləri ilə əks edilir. Bir sarğacda AC cərəyan keçirildikdə, Şəkidə göründüyü kimi, sarğac sarğılarını əhatə edən bir maqnit sahə yaranır. Cərəyan artıb-azalmasına və istiqamət dəyişməsinə bağlı olaraq sarğacdan keçən qüvvə xətləri çoxalıb azalaraq istiqamətini dəyişdirir. Sarğaca bir DC gərginlik tətbiq olunarsa, maqnit sahə meydana gəlməyib sarğac dövrədə bir müqavimət xüsusiyyətini göstərər. İnduktivliyi L (hn) olan dövrədə cərəyan çox az müddətdə t (san) ərzində kiçik İ qədər dəyişərsə, belə dövrədə öz-özünə induksiyalanma е.h.q-si yaranacaqdır: E=-L(Δİ/Δt) Bu düsturdakı mənfi işarəsi onu göstərir ki, öz-özünə-induksiya е.h.q-si cərəyanın dəyişilməsinə əks təsir edir.
Salatlar və qəlyanaltılar
Azərbaycan salatı
Saatlar (film, 2002)
"Saatlar" (ing. The Hours) — Stiven Doldrinin filmi, Maykl Kanningemin eyniadlı romanın ekranizasiyası. Hekayə 3 qadının həyatından bir günü — onların oyanışından axşama gədər olan müddəti təsvir eləyir. Onların həyatı 100 illiklər bölür: Nikol Kidman depressiyalardan əziyyət çəkən və buna görə özünəqəsd etmək istəyən Britaniyalı yazıçı Virciniya Vulfu oynayır; Culianna Mur 1951-ci ildən Los-Ancelesdə yaşayan, eyni həyat tərzindən bezən Lora Braun adlı evdar qadın rolunu oynayır, Meril Stripin qəhrəmanı — homoseksual nəşr evinin redaktorudur. O 2001-ci ildən Nyu-Yorkda yaşayır, bütün bunlardan belə o əvvəlki sevgilisi — QİÇS xəstəliyindən əziyyət çəkən, Lora Braunun oğlu Riçarda baxır. Bütün bu, il baxışdan bir-birindən fərqli həyatlar əslində Virciniya Vulfun "Missis Dellouey" romanında qarşılıqlı əlaqəyə malikdirlər: Vulfun günü onla başlayır ki, o öz romanı ilə işləməyə başlayır, Lora Braun özünün "ideal malikanəsində" bu romanı oxuyur və nəhayət, Missis Delouey — bu Meril Stripin oynadığı qəhrəmana verildiyi addır. Bütün bu hadisələr finalda qəribə şəkildə və bununla belə təəccüblü, parlaq süjetə çevrilir: 3 qəhrəmanın taleləri zamansal və məkan fərqlərinə baxmayaraq identik saplarla bağlanılır. Film aşağıda adı çəkilən mükafaları qazanmışdı: Часы — Internet Movie Database saytında. Часы AllMovie saytında "Рецензия в журнале [[Искусство кино (журнал)|«Искусство кино»]]" (ingilis). 2008-10-03 tarixində arxivləşdirilib.