Saxalin

coğ. (ada) Sakhalin(e) (île)

Saxa
saxlamaq
OBASTAN VİKİ
Saxalin
Saxalin adası (rus. Сахалин) ya da Karafuto adası (yap. 樺太) — Asiyanın şərq sahillərində ada. Rusiya Federasiyasını Saxalin vilayətinə daxildir. Saxalin adasının adı anlaşılmazlıqdan yaranıb. Bu regionun xəritəsini tərtib edən fransız alimləri Saxalinin qərb sahillərinə "Saxalin anqaxata" qeyd ediblər ki, bu da monqol dilindən tərcümədə "Qara dənizin ağzında qayalar" deməkdir. Anton Pavloviç Çexov Saxalin haqqında öz yol qeydlərində bu barədə yazırdı: "Bu ada daha dəqiq Amur ağzı və ya hər hansı sıldırım qaya və ya burun (coğrafi) adı ola bilərdi. Fransız coğrafiyaçıları isə səhvən bunu adanın özünə aid ediblər". Axırda bu ad bütün xəritələrdə möhkəmlənərək özünü təsdiqləyib. Rusiyanın ən böyük adası olan Saxalin adası Sakit okeanın şimalında yerləşir.
Radio Saxalin
Radio Saxalin — İlk Saxalin radiosu olub "Saxalin" Dövlət Televiziya və Radio Yayımları Şirkətinə aiddir. 1946-cı ildə sınaq yayımına başladı.1960-cı ildə Yuzhno-Saxal telekanalının açılışı başladı. 1989-cu ildə video istehsalında videonun tətbiqi başladı. 1992-ci ildə Televiziya və Radio Yayımları Komitəsi Sakhalin Dövlət Teleradio Şirkətinə dəyişdirildi. 2004-cü ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin filialına çevrildi.
Saxalin adası
Saxalin adası (rus. Сахалин) ya da Karafuto adası (yap. 樺太) — Asiyanın şərq sahillərində ada. Rusiya Federasiyasını Saxalin vilayətinə daxildir. Saxalin adasının adı anlaşılmazlıqdan yaranıb. Bu regionun xəritəsini tərtib edən fransız alimləri Saxalinin qərb sahillərinə "Saxalin anqaxata" qeyd ediblər ki, bu da monqol dilindən tərcümədə "Qara dənizin ağzında qayalar" deməkdir. Anton Pavloviç Çexov Saxalin haqqında öz yol qeydlərində bu barədə yazırdı: "Bu ada daha dəqiq Amur ağzı və ya hər hansı sıldırım qaya və ya burun (coğrafi) adı ola bilərdi. Fransız coğrafiyaçıları isə səhvən bunu adanın özünə aid ediblər". Axırda bu ad bütün xəritələrdə möhkəmlənərək özünü təsdiqləyib. Rusiyanın ən böyük adası olan Saxalin adası Sakit okeanın şimalında yerləşir.
Saxalin moruğu
Saxalin moruğu (lat. Rubus sachalinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Saxalin nərəsi
Saxalin nərəsi (lat. Acipenser mikadoi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Saxalin söyüdü
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Saxalin tuneli
Saxalin tuneli — Tikintisi tam olaraq başa çatdırılmamış tunel kompleksi. Tunel Nevelskoy boğazının altı ilə materikdə yerləşən Lazarev burnu ilə Saxalin adasında yerləşən Poqibi burnu arasından çəkilmişdir. Saxalini materikə birləşdirəcək tunelin inşası fikiri hələ XIX əsrin sonlarında meydana gəmişdir. Ancaq maliyyə çatışmamazlığı səbəbindən inşa edilməmişdir. Tikinti işlərinə ilk cəhd 1929–1930-cu illərdə başlanılmışdır. 1950-ci ildə Saxalini materikə birləşdirən dəmiryolu xəttinin çəkilişi fikrini İosif Stalin bildirir. Burada bərə, körpü və ya tunel tikintisi fikri ortaya atılır. Bir müddət sonra rəsmi səviyyədə tunel və bərə ilə əlaqə yaradılması qərara alınır. Tunelin tikintisi SSRİ Daxili İşlər Nazirliyinə həvalə olunur. İlkin olaraq dəmir yol nəqliyyatını təmin etmək məqsədi ilə xətlər inşa edilməyə başlanılmışdır.
Saxalin vilayəti
Saxalin vilayəti (rus. Сахалинская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Qornozavodsk (Saxalin vilayəti)
Qornozavodsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Şərqi Saxalin cərəyanı
Şərqi Saxalin cərəyanı (rus. Восточно-Сахалинское течение) — Oxot dənizinin cənub şərq hissəsindən keçən soyuq dəniz cərəyanı.. Oxot dənizinin ən əsas cərəyanlarından biridir. Saxalin adasının şərqi ilə şimaldan cənuba doğru istiqamətlənir. Cərəyanın soyuq olmasına səbəb buzların şimaldan cənuba istiqamətlənməsidir. Oxot dənizinin vəziyyəti sayəsində yay və payız ayları isti cərəyanla soyuq cərəyanın kontraksı təşkil olunur. Cərəyanın özü şelf zonasının yüngül suları ilə sıx suların təsirindən meydana gəlir. Digər cərəyanlar kimi bu cərəyanda mövsümdən asılı olaraq güçlənir və zəifləyir. Yay ayları onun ən zəif dövrüdür. Terpeniya burnu yaxınlığından cərəyan şərqə istiqamətlənir.
Aleksandrovsk-Saxalinskiy
Aleksandrovsk-Saxalinski (rus. Александровск-Сахалинский) — Rusiya Federasiyasının Saxalin vilayətində şəhər. Saxalin adasında daş kömür sənayesi mərkəzidir. Meşə və balıq sənayesi müəssisələri, mədən texnikumu, pedaqoji və tibb məktəbləri var. 1881-ci ildə salınmışdır.
Yujno-Saxalinsk
Yujno-Saxalinsk (rus. Южно-Сахалинск) ya da Toyohara (yap. 豊原市) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Aleksandrovsk-Saxalinski