SECOND-HAND

adj 1. köhnə, köhnəlmiş, işlənmiş, nimdaş; a ~ car işlənmiş maşın; a ~ bookseller bukinist; a ~ shop komisyon mağazası; 2. dolayısı ilə alınan / əldə edilən (məlumat, xəbər vəs.); 3. ikinci dərəcəli; a ~ politician ikinci dərəcəli siyasətçi

SECOND
SECONDARY
OBASTAN VİKİ
Hand Shakers
Hand Shakers (ハンドシェイカー, azərb. Əl sıxanlar‎) — GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur. == Məzmun == Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir. == Personajlar == === Çarx === Tazuna (コヨリ) Səsləndirən: Soma Sayto Koyori (タヅナ) Səsləndirən: Sumire Morohoşi === Kart === Riri (リリ) Səsləndirən: Ay Kayano Masaru (マサル) Səsləndirən: Ayumu Murase === Kölgə === Çizuru (チヅル) Səsləndirən: Sumire Uesaka Hayate (ハヤテ) Səsləndirən: Kayto İşikava === Qılınc === Kodama (コタマ) Səsləndirən: Mikako Komatsu Hibiki (ヒビキ) Səsləndirən: Tomokazu Suqita === Zəncir === Brik (ブレイク) Səsləndirən: Cun Fukuyama Bind (バインド) Səsləndirən: Yoko Hikasa === Digər === Makihara (マキハラ) Səsləndirən: Şotaro Morikubo Musubu (ムスブ) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu) Səsləndirən: Sora Amamiya Tazunanın atası (タヅナの父, Tazuna no chichi) Səsləndirən: Kenciro Tsuda Tazunanın anası (タヅナの母, Tazuna no haha) Səsləndirən: Satomi Sato Tomoki (トモキ) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki) Səsləndirən: Yuusuke Kobayaşi Tanrının səsi (神の声, Kami no koe) Səsləndirən: Daysuke Namikava == Media == === Anime === Layihə 2016-cı ilin martında anons edilmiş, lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir. Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.
Hold My Hand
Hold My Hand – Maykl Cekson və Akonun birgə ifa etdiyi mahnı. Mahnı Ceksonun on birinci studio albomu və ölümündən sonra çıxarılmış ilk albomu olan Michael albomundan çıxarılmış ilk rəsmi sinqldır. Mahnı Cekson tərəfindən 2007 – ci ildə yazılmış və Akonun 2008 – ci ildə çıxardığı Freedom albomuna daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin Akon öz ifasını 2010 – cu ildə tamamlamışdır. == Fon == Mahnının müəlliflərindən biri olan Claude Kelly qeyd edir ki, "Hold My Hand" əslində Whitney Houstonla ifa edilməli idi. Mahnının studio çalışmaları zamanı Akon da studioda olub və mahnın eşidib. Kelly mahnı üzərində çalışmalarını bitirdikdən sonra dinləməsi üçün Akona təqdim edib. Mahnını dinlədikdən sonra Akon qeyd edib ki, mahnı çox xoşuna gəlir və onu özünd saxlamaq istəyir. Daha sonra isə Akon mahnını ifa edərək öz versiyasını yazdırıb. Qısa müddət sonra Akon Maykl Ceksonun növbəti albom çalışmalarıyla bağlı Las-Veqasa gedib.
5 Centimeters Per Second
Saniyədə 5 santimetr (秒速5センチメートル, 5 Centimeters Per Second) – 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir. == Məzmun == Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir. Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə): Çiçəklənən sakura — Okasho (桜花抄) Kosmonavt — Cosmonaut (コスモナウト) Saniyədə 5 santimetr — Byosoku 5 Senchimetoru (秒速5センチメートル). Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdir. === Birinci hekayə: Çiçəklənən sakura === İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir.
Windows 98 Second Edition
Windows 98 , Microsoft tərəfindən Windows 9x ailəsinin Microsoft Windows əməliyyat sistemlərinin bir hissəsi olaraq hazırlanmış istehlakçı yönümlü əməliyyat sistemidir . 9x xəttindəki ikinci əməliyyat sistemi, Windows 95 -in varisidir və 15 may 1998-ci ildə istehsala buraxılmışdır və ümumiyyətlə, 25 iyun 1998-ci ildə pərakəndə satışa buraxılmışdır. Sələfi kimi o, 16-bit və hibriddir. MS-DOS əsasında yükləmə mərhələsi ilə 32-bit monolit məhsuldur . Windows 98 veb-inteqrasiya edilmiş əməliyyat sistemidir və sələfi ilə çoxsaylı oxşarlıqlara malikdir. Onun təkmilləşdirmələrinin əksəriyyəti kosmetik idi və ya istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu, lakin sistemin funksionallığını və imkanlarını artırmaq üçün təqdim edilmiş bir neçə funksiya, o cümlədən təkmilləşdirilmiş USB dəstəyi və əlçatanlıq, habelə DVD pleyerlər kimi aparat təkmilləşdirmələri üçün dəstək var. Windows 98 Windows-un Windows Sürücü Modelini qəbul edən ilk nəşri idi və Disk Təmizləmə , Windows Yeniləmə , çox monitor dəstəyi və İnternet Bağlantısı Paylaşımı kimi Windows-un gələcək nəsillərində standart olacaq funksiyaları təqdim etdi . Microsoft Windows 98-i tamamilə təkmilləşdirilmiş növbəti nəsil Windows deyil, Windows 95-ə "tənzimləmə" kimi təqdim etdi. Buraxıldıqdan sonra o, veb-inteqrasiya edilmiş interfeysi və istifadə rahatlığı, eləcə də Windows 95-də mövcud olan problemlərin həlli üçün ümumiyyətlə yaxşı qarşılandı, baxmayaraq ki, bəziləri onun sələfindən əhəmiyyətli dərəcədə daha sabit olmadığını qeyd etdi. Windows 98 təqribən 58 milyon lisenziya satdı və 5 may 1999-cu ildə buraxılan Windows 98 İkinci Nəşr (SE) kimi tanınan bir əsas yeniləmə gördü.
Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər. Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.