SEFALET
SEFİL
OBASTAN VİKİ
Sefer Yetsir
"Sefer Yetsir" (ibranicə "Yaradılış Kitabı") Kabbalanın ən qədim kitabıdır. Bu haqda ilk məlumat eramızın 120-ci ilinə təsadüf edir. Kabbalistlərə görə onun müəllifi İbrahim peyğəmbərdir (ə). Tarixçilər bununla razı deyillər. Onlar düşünürlər ki, bu əsər eramızın II əsrində ravvin Akkiva tərəfindən yazılmışdır. Əsərdə on mistik rəqəmin (sfirot) və yəhudi əlifbasının iyirmi iki hərfi vasitəsilə dünya, zaman və insanın yaradılışı izah olunur. Kitabda hərflər üç qrupa bölünmüşdür: üç ana hərf, yeddi ikili hərf və on iki sadə hərf. Əsərin müəllifinə görə, üç ana hərfin köməyilə dünyada hava, su, atəş, ilin üç fəsli, insan bədəninin üç üzvü – baş, qarın və sinə yaradılmışdır. Bəziləri hesab edir ki, "Sefer Yetsir" əl-kimya elmi üzrə ən qədim dərslikdir və buradakı hərflər, saylar, əslində, kimyəvi birləşmələr və reaksiyalar barədə kodlaşdırılmış məlumatlardır; zaman keçdikcə onların mənaları unudulmuşdur. "Sefer Yetsir" kitabında bürclər ilk dəfə bizə məlum olan adlarla göstərilmişdir.
Sefer qa-Bagir
"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") — ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır. Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir.
Georqos Seferis
Yorqos Seferis (əsl soyadı Seferiadis) (yun. Γιώργος Σεφέρης) — müasir yunan ədəbiyyatının ən görkəmli şairlərindən biri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. == Həyatı == Yunan şairi və diplomatı Yorqos Seferis Osmanlı İmperiyasında, İzmir yaxınlığındakı Urla qəsəbəsində, zəngin ailədə doğulmuşdur. Vəkilliklə məşğul olan atası həm də canlı danışıq ənənələrinə əsaslanan yeni yunan dilində – demotikdə şeirlər yazırdı. Türkiyə-Yunanıstan münasibətlərinin daha da kəskinləşdiyi Birinci Dünya müharibəsi dövründə Seferiadislər ailəsi Afinaya köçmüşdür. Yorqos burada ginmaziyaya daxil olmuş, klassik yunan dilini öyrənmiş və vətəninin qədim mədəniyyət tarixi ilə yaxından maraqlanmışdır. 1918-ci ildə beynəlxalq hüququ öyrənmək məqsədi ilə Parisə yollanan atası ilə birlikdə Yorqos Seferis də Fransa paytaxtına gəlmişdir. O, ali təhsilini Sorbonnanın hüquq məktəbində davam etdirmişdir. Fransız simvolistlərinin, klassik və müasir yunan şairlərinin əsərlərini diqqətlə öyrənmişdir. Özü də fransız və yeni yunan dilində şeirlər yazmışdır.
Seferihisar
Səfərihisar (türk. Seferihisar) —İzmir ilinin ilçəsi. İzmirin cənub-qərbində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Urla, şimal-şərqində Gözəlbağça və Qarabağlar, şərqində Menderes ilçələri, cənubunda və qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 375 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,526 nəfərdir.
Yorqos Seferis
Yorqos Seferis (əsl soyadı Seferiadis) (yun. Γιώργος Σεφέρης) — müasir yunan ədəbiyyatının ən görkəmli şairlərindən biri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. == Həyatı == Yunan şairi və diplomatı Yorqos Seferis Osmanlı İmperiyasında, İzmir yaxınlığındakı Urla qəsəbəsində, zəngin ailədə doğulmuşdur. Vəkilliklə məşğul olan atası həm də canlı danışıq ənənələrinə əsaslanan yeni yunan dilində – demotikdə şeirlər yazırdı. Türkiyə-Yunanıstan münasibətlərinin daha da kəskinləşdiyi Birinci Dünya müharibəsi dövründə Seferiadislər ailəsi Afinaya köçmüşdür. Yorqos burada ginmaziyaya daxil olmuş, klassik yunan dilini öyrənmiş və vətəninin qədim mədəniyyət tarixi ilə yaxından maraqlanmışdır. 1918-ci ildə beynəlxalq hüququ öyrənmək məqsədi ilə Parisə yollanan atası ilə birlikdə Yorqos Seferis də Fransa paytaxtına gəlmişdir. O, ali təhsilini Sorbonnanın hüquq məktəbində davam etdirmişdir. Fransız simvolistlərinin, klassik və müasir yunan şairlərinin əsərlərini diqqətlə öyrənmişdir. Özü də fransız və yeni yunan dilində şeirlər yazmışdır.
...ме́рный дро́ковый миллигра́ммовый оподзо́ливаться парте́рный прижива́ться влады́чествовать гото́во дра́ение зоофили́я обеспе́ченно пересека́емость розанчик сбры́згиваться су́щностный comatose come about giddy-headed kickshaws Napoleonist waisting косметический лошадка труд человекообразный