Nəcəf Nəcəfov (seleksiyaçı)
Nəcəf Abbas oğlu Nəcəfov (16 may 1930, Məsimli – 19 noyabr 2013, Bakı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis.
Nəcəf Nəcəfov 16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub.
Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır.
1971–2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur
Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir.
Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur.
Qala qoyununun bərpası və çoxaldılması (1971–1975-ci illər)
Qala qoyunu bazasında ("Güzdək" və "Qobu" qoyunçuluq təsərrüfatları) zərif, yarımzərif, yarımqabayunlu mələzlərin və qabayunlu ana qoyun və şişəklərin tipik məhsuldar "Qala" qoçlarla geriyə çarpazlaşdırılması və yarımqabayunlu, yağlı quyruq istiqamətində seleksiya-damazlıq işi aparmaq üçün tipik heyvanlar qrupu yaradıldı (1976–1980-ci illər);
Yarımqabayunlu Qala-Abşeron cinsli qoyunların damazlıq təsərrüfatı yaradıldı (1984-cü ildə Abşeron rayonunun "Güzdək, 1987-ci ildə isə "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarında)
Cinsin yaradılması sxemində nəzərdə tutulmuş işlər aparılmış, nəticələr tədqiq və təhlil edilmişdir.
1985–1990-cı illər üzrə "Güzdək" damazlıq təsərrüfatında Qala-Abşeron cinsli qoyunların perspektiv seleksiya-damazlıq planı təsdiq edildi. Müvəqqəti bonitirə təlimatı hazırlandı.