semiotika

semiotika
semiotik
semit 2021
OBASTAN VİKİ
Semiotika
Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır: Məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası, Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s. Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, eyni zamanda mətnin funksional strukturunu, yəni onun "necə işlədiyini" aşkarlamağa imkan verir.

Значение слова в других словарях