Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semiotika
Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır: Məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası, Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s. == Ədəbiyyatda semiotika == Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, eyni zamanda mətnin funksional strukturunu, yəni onun «necə işlədiyini» aşkarlamağa imkan verir.
Semantika
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.