s'emparer
sénateur
OBASTAN VİKİ
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
ABŞ Senatı
ABŞ Senatı (ing. the United States Senate) — ABŞ Konqresinin yuxarı palatası.
Qazaxıstan Senatı
Qazaxıstan Senatı (qaz. Қазақстан Республикасы Парламентінің Сенаты) — Qazaxıstan Respublikası parlamentinin yuxarı palatası. Senatın qurulması qaydası Qazaxıstan Konstitusiyasının 50-ci maddəsi ilə müəyyən edilir. Senat, hər bölgədən, respublika əhəmiyyətli şəhərdən və Qazaxıstan Respublikasının paytaxtından iki nəfəri təmsil edən deputatlar tərəfindən qurulur. Senatın on beş deputatı, cəmiyyətin milli, mədəni və digər əhəmiyyətli mənafelərinin Senatda təmsil olunmasının təmin edilməsi zərurəti nəzərə alınaraq Qazaxıstan Prezidenti tərəfindən təyin edilir. 7 oktyabr 1998-ci ildə Qazaxıstan Konstitusiyasına düzəlişlər qəbul edildi, ona görə Senat deputatının səlahiyyət müddəti 6 ilə qaldırıldı, seçilən deputatların yarısı hər 3 ildən bir yenidən seçilir. 1995-ci ildə 4 il müddətinə seçilmiş Senat deputatlarının səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, 17 sentyabr 1999-cu ildə 6 il müddətinə Senat millət vəkilləri seçkiləri baş tutdu. 1997-ci ildə seçilmiş Senat deputatlarının səlahiyyətləri II çağırışda 2002-ci ilin dekabrına qədər davam etdi. 21 May 2007-ci ildə Qazaxıstan Konstitusiyasına dəyişikliklər qəbul edildi. Qazaxıstan Prezidenti tərəfindən təyin olunan Senat deputatlarının sayı 7-dən 15-ə yüksəldi.
Roma senatı
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Fransa Senatı
Senat (fr. Sénat) — müasir Fransa parlamentinin yuxarı palatası, Fransa qanunverici orqanının qollarından biri. Parlamentin aşağı palatası - Milli Assambleyadan fərqli olaraq, Senat qızğın müzakirələrin olmaması və daim KİV-lərin yaxın diqqət mərkəzində olması ilə seçilir. Senat həm də 1799-1804-cü illərdə Fransa inqilabı zamanı Parlament Palatasına verilən ad idi. == Tərkibi və seçkilər == Senat Fransa parlamentinin yuxarı palatasıdır. Fransa Konstitusiyasının 24-cü maddəsinə əsasən, Senat ümumi səsvermə yolu ilə seçilir və Fransanın yerli ərazi icmalarının parlamentində təmsil olunmasını təmin etməlidir. Hazırkı Senat 348 senatordan ibarətdir. Senatorlar ən azı 18 yaşında olmalıdır (2011-ci ildən) və departament səviyyəsində (Fransa ərazisi 101 departamentə bölünüb) 6 il müddətinə (2003-cü ildə edilən dəyişikliklərə əsasən, müddət 9 ildən 6 ilə endirilib) aşağıdakılardan ibarət olan seçki kollegiyası tərəfindən seçilirlər: regional və departament məsləhətçiləri; bələdiyyə şuralarının nümayəndələri; Sistem elə qurulub ki, kənd təsərrüfatı idarələrinə üstünlük verilir. Bu ona gətirib çıxarır ki, Beşinci Respublika Senatı yaranandan bəri mühafizəkar qalıb. Fransa İnqilabından bəri formalaşmış ənənəyə görə, iclas zalında sağ partiyalar, sol partiyalar isə sol yerləri tutur.

Значение слова в других словарях