Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alvaro Servantes
Alvaro Servantes (isp. Álvaro Cervantes; doğ. 12 sentyabr 1989) - İspaniyalı teatr və kino aktyoru. == Bioqrafiya == Barselona şəhərində anadan olmuş Alvaronun atası Xuan Ramon kompüter ticarəti üzrə mütəxəssis, anası Emilia isə floristdir. Məktəbdə oxuyarkən kiçik bir teatr tamaşasını oynadıqdan sonra, onda aktyorluq sənətinə böyük maraq yaranmışdı. O hələ incəsənət məktəbində təhsil alarkən, Xoakin Oristrelin rejissorluq etdiyi və ispan Televiziyası tərəfindən istehsal olunan "Nənə və yay tətili" teleserialında çəkilmişdi və bu onun aktyorluq sənətində ilk addımı idi. Ardından o təhsilini davam etdirmək üçün "Audiovizual kommunikasiyalar" fənnini öyrənməyə başladı, lakin onu tamamlaya bilmədi. 17 yaşı olarkən, Alvaro La invasion de los padres mutantes adlı qısametrajlı filmdə özünün ilk baş rolunu ifa edir; iki il sonra isə (yəni 2008-ci ildə), o Kataloniyalı kinorejissor Silvia Muntun "Bəraət" (isp. Pretextos) filmində aktrisa Laia Marull ilə birgə çəkilmişdir. Həmin ildə o həmçinin İnma Turbaunun "Asılmışın oyunu" adlı romanın katalanca ekranizasiyasında baş rolda çəkilmək üçün keçirilən yarışmada qalib gəlir və burada o Klara Laqo ilə birgə çəkilməyə başlayır.
Migel de Servantes
Migel de Servantes Saavedra (ispan: [miˈɣel de θeɾˈβantes saaˈβeðɾa]; təq. 29 sentyabr 1547[…], Alkala-de-Enares[d], Kastiliya krallığı – 22 aprel 1616[…], Madrid, Kastiliya krallığı) — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır. 29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Miqel de Servantes həkim ailəsində doğulmuş, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş, 38 yaşında ədəbiyyata gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər, lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir. 1569-cu ildə Servantes İtaliyaya köçmüşdür.
Marqarita Arellanes Servantes
Marqarita Arellanes Servantes — Monterreydə anadan olmuş meksikalı siyasətçi, Milli Fəaliyyət Partiyasının üzvü. == Fəaliyyəti == 2012-ci ildə Monterreydə keçirilən bələdiyyə seçkilərində qalib gəldi və Monterrey bələdiyyəsinin ilk qadın prezidenti oldu. Arellanes üç illik müddətə seçildi, lakin 2015-ci il qubernator seçkilərində partiyasının PAN namizədi kimi namizədliyini irəli sürmək üçün 2014-cü ilin dekabrında vəzifəsini tərk etdi. Arellanes namizəd kimi fəaliyyətə başladıqdan sonra digər partiya liderlərinin dəstəyini qısa zamanda itirdi. Daha sonra namizəd Felipe de Jesus Cantu Rodriguez tərəfindən məğlub oldu. 2015-ci ilin mart ayında o, Monterrey şəhərinin meri vəzifəsini başa vuraraq yenidən vəzifəsinin icrasına başlayıb.
Serjant
Çavuş və ya serjant — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə. Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir. İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur. "Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir. Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Serjant Stabbi
Serjant Stabbi — (1916 - 16 mart 1926) (ABŞ) 102-ci Piyada Alayının qeyri-rəsmi maskotu və Birinci Dünya Müharibəsində 26-cı (Yanki) diviziyasında xidmət etmiş itdir. 18 ay xidmət etmiş, Qərb cəbhəsində 17 döyüşdə iştirak etmişdir. O, alayını gözlənilməz iprit hücumlarından xilas etmiş, yaralıları tapıb təsəlli vermiş və guya bir dəfə bir Alman əsgərini şalvarından tutaraq, Amerika əsgərləri onu tapana qədər orada saxlamışdı. Onun hərəkətləri müasir Amerika qəzetlərində yaxşı sənədləşdirilib. Stabbi Böyük Müharibənin ən çox mükafatlandırılan döyüş iti və döyüş yolu ilə çavuş rütbəsinə irəli sürülən yeganə it adlandırılıb. Stabbinin qalıqları Smitsonian İnstitutundadır. Stabbi 2018-ci il cizgi filminin mövzusudur. Stabbi aşağıdakı medallara layiq görülüb: Verden döyüşünə görə Fransa medalı; Amerika Legionunun 1-ci İllik Konvensiya Medalı; "New Haven" Müharibə Veteranları Medalı; Fransa Respublikasının "France Grande" medalı; Yaralara görə "Bənövşəyi Ürək" medalı (əvvəl "Yara üçün zolaq" adlanırdı, "Bənövşəyi Ürək" yalnız 1932-ci ildə təqdim edilib); Amerika Legionunun 6-cı İllik Konvensiya Medalı; San-Mişel Kampaniyasının medalı; Şato-Terri kampaniyasının medalı; ABŞ Humanitar Cəmiyyətinin Qızıl Medalı. Onun qalıqları Smitsonian İnstitutunda "Azadlığın qiyməti: Amerikalılar Müharibədə" adlı sərgi çərçivəsində nümayiş etdirilir. Stabbi, Kanzas-Sitidə 11 Noyabr 2006-cı il Atəşkəs Günü keçirilən mərasimdə Amerikanın Birinci Dünya Müharibəsi xatirəsi olan Azadlıq Memorialının Şöhrət Xiyabanında kafelə layiq görülüb.
Jozef Servan
Jozef Mari Servan de Jerbe (fr. Joseph Marie Servan de Gerbey; 14 fevral 1741, Roman-sür-İzer[d] – 10 may 1808, Paris) — Fransa diviziya generalı və Fransanın hərb naziri (iki dəfə). == Həyatı == Roman-sür-İzer (müasir Drom departamenti) şəhərinin yerlisi olan kiçik bir zadəgan ailəsinin oğlu olmuşdur. 20 dekabr 1760-cı ildə könüllü olaraq piyada alayına getmişdir. 1769-cu ildə Paolinin başçılıq etdiyi Korsikadakı üsyançılara qarşı Fransa kampaniyasında iştirak etmişdir. 1772-ci ildə Servan artıq kapitan olmuşdur. O, ilk dəfə 1780-ci ildə "Vətəndaş əsgəri" broşüratını nəşr etməklə şöhrət qazanmış və orada ümumbəşəri hərbi çağırış lehinə hərbi işə götürmənin dayandırılması üçün kampaniya aparmışdır. Bu tədbir Fransa inqilabından sonra həyata keçiriləcəkdi. 1792-ci ildə Servan düşərgə marşalı (briqadir) rütbəsinə yüksəlmişdir. Jirondistlərin tərəfdarı olan Servan həmin il 9 mayda hərbi naziri portfelini almış, krala sadiq olan əsas hərbi birləşmələr Kral Qvardiyasının və İsveçrə alaylarının ləğvinə nail oldu.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
"Sərvan" nəğmələri
"Sərvan" nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. "Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. "Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur. "Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Puatu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Puətu-Şərant
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Sərvan Ağayev
Sərvan Cəfərov
Sərvan Eyyubov
Sərvan Göyüşov
Sərvan Şahbazov
Sərvan Şükürov
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Levant
Levant (həmçinin Transiordaniya və Məşriq olaraq tanınır) - Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı. Osmanlı İmperiyası zamanında Genuya və Venesiyalı tacirlərinin burada çoxlu ticari faktoriyaları olduğu üçün Levanten adlandırılırdılar.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Sevast
Sevast (yun. σεβαστός, mənası – hörmətli) və ya sevasta (yun. σεβαστή; qadın variantı) — latınlara aid Avqust titulunun yunan variantı kimi istifadə edilən termin. Bu termin, eləcə də sevastokrator kimi törəmələri XI əsrin sonlarından Komninlər dövrünə qədər Bizans imperiyasının titul sisteminin əsasını təşkil etmişdir. Kajdan, Aleksandr. The Oxford Dictionary of Byzantium (ingilis). Oksford və Nyu-York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. Maqdalino, Pol.
Sevan
Sevan (Ermənistan)
Julien Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Jülyen Serrano
Jülyen Serrano (13 fevral 1998, Eks-an-Provans[d]) — sağ kənar müdafiəçisi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu == Klub karyerası == === Monako === Serrano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 20 iyul 2017-ci ildə klub ilə 2020-ci ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Serrano peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Jorjeni əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Tomas Sercent
Tomas Sercent (ing. Thomas John Sargent; 19 iyul 1943[…], Pasadena, Kaliforniya) — amerikalı iqtisadçı. 2011-ci ildə Xristofor Simslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Tomas Sercent 1943-cü ildə Kaliforniyada doğulmuşdur və təhsilini də bu ştatda, Kaliforniya Universitetində almışdır. 1964-cü ildə universitetdəki uğurlu nəticələrindən dolayı universitetin Şərəf medalına layiq görülmüşdür. Aspirantura təhsilini 1968-ci ildə Harvard Universitetində almışdır. 1967-ci ildə Karnegi Texnologiya İnstitutunda (ing. Carnegie Institute of Technology) araşdırmaçı olaraq çalışmağa başlamışdır. Daha sonra 1970–1971-ci illərdə Pensilvaniya Universitetində, 1971–1987-ci illərdə Minnesota Universitetində, 1991–1996-cı illərdə Çikaqo Universitetində, 1991–1998-ci illərdə Stanford Universitetində çalışmışdır. 2002-ci ildən bu yana Nyu York Universitetində professor olaraq çalışmağa davam edir.
Yervand Marqaryan
Yervand Qrantoviç Marqaryan (erm. Երվանդ Մարգարյան; 19 noyabr 1961, Daşkənd) — Ermənistan tarixşünası, tarix üzrə fəlsəfə doktoru, professoru, Ermənistan-Rusiya Universitetinin Dünya Tarixi və Xarici Regional Elmlər fakültəsinin rəhbəri, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun tədqiqatçısı. Yervand Marqaryan 19 noyabr 1961-ci il tarixində, SSRİ respublikalarından olan Tacikistan SSR-nin paytaxtı Daşkənd şəhərində, bir erməni ailəsində anadan olmuşdur. O, 1966-cı ildə ailəsi ilə birlikdə Ermənistan SSR-ə köçmüşdür. Marqaryan 1983-cü ildə İrəvan Dövlət Dil və Sosiologiya Universitetinin İngilis Dili və Tarixi fakültəsindən məzun olmuşdur. O, 1987-ci ildə Ermənistan SSR Elmlər Akademiyasına qoşulmuş, orada çalışmağa başlamışdır. Marqaryan 1992-ci ildə "Kommagen və Ermənistanın ellinistik ziyarətgahları" mövzusunda öz tezisini qorumuşdur. O, 1994-cü ildən Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, 1996-cı ildən İrəvan Dövlət Universitetində dünya tarixi üzrə professordur. Marqaryan 2005-ci ildə köməkçi professor olmuşdur. O, 2015-ci ildən Ermənistan Tarixçilər Birliyinin sədridir.
Yervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Ervand Abrahamian
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == [http://books.google.com/books?id=qh_QotrY7RkC&dq Iran Between Two Revolutions] (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Abrahamyan
Ervand Abrahamian (ing. Ervand Abrahamian, fars. یرواند آبراهامیان‎ Yerevand Abrahamiyan; 1940[…], Tehran) — İran ermənilərindən olan tarixçi, ABŞ-da yaşayır. == Bioqrafiyası == Ervand Abrahamyan 1940-cı ildə Tehranda doğulub, İngiltərədə böyüb. O, MA dərəcəsin Oksford Universitetində və PhD dərəcəsin Kolumbiya Universitetində alıb. == Əsərləri == [http://books.google.com/books?id=qh_QotrY7RkC&dq Iran Between Two Revolutions] (ingiliscə). Princeton University Press. 1982. ISBN ISBN 978-0-691-10134-7. The Iranian Mojahedin (ingiliscə).
Ervand Marqaryan
Yervand Qrantoviç Marqaryan (erm. Երվանդ Մարգարյան; 19 noyabr 1961, Daşkənd) — Ermənistan tarixşünası, tarix üzrə fəlsəfə doktoru, professoru, Ermənistan-Rusiya Universitetinin Dünya Tarixi və Xarici Regional Elmlər fakültəsinin rəhbəri, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun tədqiqatçısı. == Həyatı == Yervand Marqaryan 19 noyabr 1961-ci il tarixində, SSRİ respublikalarından olan Tacikistan SSR-nin paytaxtı Daşkənd şəhərində, bir erməni ailəsində anadan olmuşdur. O, 1966-cı ildə ailəsi ilə birlikdə Ermənistan SSR-ə köçmüşdür. Marqaryan 1983-cü ildə İrəvan Dövlət Dil və Sosiologiya Universitetinin İngilis Dili və Tarixi fakültəsindən məzun olmuşdur. O, 1987-ci ildə Ermənistan SSR Elmlər Akademiyasına qoşulmuş, orada çalışmağa başlamışdır. Marqaryan 1992-ci ildə "Kommagen və Ermənistanın ellinistik ziyarətgahları" mövzusunda öz tezisini qorumuşdur. O, 1994-cü ildən Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, 1996-cı ildən İrəvan Dövlət Universitetində dünya tarixi üzrə professordur. Marqaryan 2005-ci ildə köməkçi professor olmuşdur. O, 2015-ci ildən Ermənistan Tarixçilər Birliyinin sədridir.
Ervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. == Həyatı == 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Şirvanat
Şirvanat — ərəbcə şirvanın cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. “Qarabağnamə” müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə yazır: “Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi”. (“Qarabağnamələr”, 2-ci kitab, Bakı, “Şərq-Qərb”, 2006, səh. 123-124). Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki, "Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib...".
Şirvani
Şirvani — təxəllüs. Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. İzzəddin Şirvani – XII əsr Azərbaycan şairi, Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Fərrux Şirvani —XII əsr Azərbaycan şairi, Zeynəddin Şirvani — XIII əsr memarı Hacı Zeynalabdin Şirvani — Ömər Şirvani — Bədr Şirvani — (1387-1450)—Azərbaycan şairi. Mahmud ibn Məhəmməd Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib Şükrüllah Şirvani — Fətullah Şirvani — Şirvani (Salmas) — Şirvani Ədilli — Seyid Əzim Şirvani — Fazil Şirvani — Məhəmməd Yusif Şirvani — XVII əsrin sonunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və xəttatlarından biri. Məhcur Şirvani — Azərbaycan şairi XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Ağa Məsih Şirvani — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Şakir Şirvani — Azərbaycan şairi XVIII əsir Arif Şirvani — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Əbdürrəhim Şirvani — Mənsur Şirvani — Fəthullah Şirvani — Fəthullah b Əbi Yezid b.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.