Sessiya

lat. sessio – iclas, yığıncaq, oturma, oturacaq, iclasın davam etdiyi vaxt 1) müxtəlif seçkili və nümayəndəli orqanların, kollegial və elmi idarələrin, elmi konfransın və s.-nin vaxtaşırı keçirilən, yaxud, lazım gəldikdə çağırılan iclasları, habelə bu iclaslar dövrü; 2) məhkəmənin səyyar sessiyası (iclası); 3) imtahan sessiyası – ali və orta ixitisas məktəblərində müəyyən vaxtlarda keçirilən imtahanlar, habelə onların dövrü, müddəti. Məsələn, imtahan sessiyası, qış sessiyası; 4) müəyyən vaxtlarda dövri surətdə keçirilən məşğələ, iclas, imtahan.
Server
Seym
OBASTAN VİKİ
Azərbaycan SSR Ali Sovetinin II sessiyası (film, 1939)
Azərbaycan SSR Ali Sovetinin II sessiyası qısametrajlı sənədli filmi 1939-cu ildə Azərfilmdə istehsal edilmişdir. Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. Burada deputatların Azərbaycanda kiril əlifbasına keçidlə əlaqədar çıxışları verilmişdir.
VASXNİL-in avqust sessiyası (1948)
VASXNİL-in 1948-ci il avqust sessiyası (rus. Августовская сессия ВАСХНИЛ 1948 года) — 31 iyul–7 avqust 1948-ci il tarixlərində Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təsdiqi ilə Trufim Lısenko və onun tərəfdarları tərəfindən təşkil edilən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) geniş iclası. "Miçurin aqrobiologiyası" ilə klassik genetika arasında qarşıdurmada əsas hadisə hesab edilir. Sessiyada qəbul edilən qərar SSRİ-də biologiya elmlərinin normal inkişafı üçün mənfi nəticələr vermişdir. Klassik genetika diskreditasiya edilmiş, bu tədqiqatlarla məşğul olan alimlər təhsil və elm müəssisələrindən qovulmuş və ya başqa sahələrə köçürülmüşdülər. О положении в биологической науке: Стенографический отчёт сессии Всесоюзной академии сельскохозяйственных наук имени В. И. Ленина, 31 июля — 7 августа 1948 г. (200000 nüs.). М.: ОГИЗ-Сельхозгиз. Ред. коллегия: В. Н. Столетов, А. М. Сиротин, Г. К. Объедков.

Значение слова в других словарях