Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nippon
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
Nippur
Nippur (indiki Niffer və ya Nuffar) — İraqın cənub-şərq hissəsindəki qədim şəhərdir. Dövlət mərkəzi olmasa da, Mesopotamiyanın dini həyatında həlledici rol oynamışdır. Şumer əfsanələrinə görə Tanrı Enlil (Akkad dilində Bel) bu şəhərdə yaşayırdı. Nippurda yığışan tanrılar məclisinin qərarları barədə insanlara məlumat verən Enlil eyni zamanda gücün də nümayəndəsi hesab edilirdi. Başqa bir inanca görə, Enlil insanı Nippurda yaratmışdır. Ölkəni fəth edən hər bir padşah Enlilin müqəddəs idarəetmə gücünə sahib olmaq üçün mərasimlər keçirərək özünə xeyir-dua verməyə çalışardı. Buna görə, Mesopotamiyanı, hansı sülalənin idarə etməsindən asılı olmayaraq Nippur və şəhərdəki Enlil Məbədi öz müqəddəsliyini qoruyurdu. Amerikalı mütəxəssislər Mesopotamiyada ilk arxeoloji qazıntılarını 1889-1900-cü illər arasında Nippurda apardılar; 1948-ci ildə bu işə yenidən qayıtdılar. Şumer lövhələri şəhərin şərqindən tapıldığı üçün bu bölgə katiblərin məhəlləsi adlandırıldı. Nippur qazıntıları Şumer yazıları haqqında əsas məlumat mənbəyinə çevrildi.
Apple
Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firması. Şirkətin mərkəzi ofisi ABŞ-nin Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Macbook, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompüterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir. 2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompüterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompüter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompüter" deyildiyində ağla gələn kompüterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir. ABŞ-də 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur.
Viple
Viple (fr. Viplaix) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03317. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 171 nəfərin (15-64 yaş arasında) 121 nəfəri iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70.8%, 1999-cu ildə bu 68.8%). Fəal 121 nəfərdən 106 nəfəri (56 kişi və 50 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). 50 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Cervus nippon
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Nicole Aniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nicole Scherzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Nikole Oliva
Nikole Oliva (d. 20 dekabr 2001) — Filippinli üzgüçü. Nikole Oliva Filippini 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Nikole Oliva birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:05.55 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 36-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikole Rautemberq
Nikole Rautemberq (d. 1 avqust 1999) — Paraqvaylı üzgüçü. Nikole Rautemberq Paraqvayı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Nikole Rautemberq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:08.42 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 39-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikole Turuani
Nikole Turuani (1997 və ya 5 iyul 1997) — İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Nikole Turuani 1997-ci ildə anadan olmuşdur. == Karyerası == Nikole Turuani 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Nippon (dəqiqləşdirmə)
Nippon Nippon (albom) — Musiqi albomu.
Nippon dioskoreyası
Nippon dioskoreyası (lat. Dioscorea nipponica) - dioskoreya cinsinə aid bitki növü.Dioscorea nipponica Makino - Nippon dioskoreyası (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası == Çoxillik ikievli ot bitkisi - lian olub, gövdəsinin uzunluğu 4 m-ə qədər,kökümsovları isə üfüqi, 2-3 sm diametrlidir. Çiçəkləri qəhvəyi-qonur olmaqla, kökləri sərtdir. Yarpaqlarının uzunluğu 6-12 sm, növbəli, saplağı geniş yumurtaşəkilli, ürəkvari əsasa malik olmaqla, 3-7 pərlidir. Yarpaqları dəricikli və qövsşəkilli damarlanmaya malikdir. Çiçəkləri bircinsli, ikievli, kiçik, tutqun-yaşıl rənglidir. 3-7 yarımçətir və qoltuq tumurcuqları olan çiçəkləri, dişicikli çiçəklərinin sadəcə fırçaları toplanılır. Meyvələri 3 yuvalı qutucuqda yerləşir. İyul-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında isə toxumları yetişir. Kökümsovların uzunluğu 30 sm, diametri isə 2 sm, silindrik, azacıq bükük və ya həddindən artıq burulmuş, budaqlanmayan, zəif uzununa-qırışıq olub, xarici qatı nazik mantar qatından ibarətdir.
Pyrethrum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Pyrethrum nivale (Sch.Bip.) Boiss.
Tanacetum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Pyrethrum nivale (Sch.Bip.) Boiss.
Trillium nivale
Trillium nivale (lat. Trillium nivale) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Nippon TV
JOAX-DTV, Nippon TV kimi brendləşdirilmişdir və NTV olaraq tanınır — "Nippon News Network" və Nippon Televiziya Şəbəkə Sisteminin flaqman stansiyası. Gəlirlərinə görə Yaponiyanın ən böyük media konqlomeratı və "Sony"dən sonra ikinci ən böyük media konqlomeratı olan "The Yomiuri Shimbun Holdings"in törəmə şirkətidir.
Nippon Television
JOAX-DTV, Nippon TV kimi brendləşdirilmişdir və NTV olaraq tanınır — "Nippon News Network" və Nippon Televiziya Şəbəkə Sisteminin flaqman stansiyası. Gəlirlərinə görə Yaponiyanın ən böyük media konqlomeratı və "Sony"dən sonra ikinci ən böyük media konqlomeratı olan "The Yomiuri Shimbun Holdings"in törəmə şirkətidir.
Nile
Allen Uippl
Allen Uippl, Allen Oldfader Uippl (ing. Allen Oldfather Whipple ) — ABŞ cərrahı. İlk dəfə mədəaltı vəzin xərçənginin cərrahi yolla müalicə metodunu işləmişdir. Onun şərəfinə həmin əməliyyat Uippl proseduru adlandırılır.Allen Uippl 2 sentyabr 1881 ci ildə Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoer ailəsində doğulmuş, 6 aprel 1963 cü ildə Nyu Cersi ştatının Prinston şəhərində vəfat etmişdir.
Apple Inc.
Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firması. Şirkətin mərkəzi ofisi ABŞ-nin Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Macbook, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompüterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir. 2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompüterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompüter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompüter" deyildiyində ağla gələn kompüterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir. ABŞ-də 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur.
Apple Lisa
Apple Lisa Apple Computer (hazırkı Apple) şirkəti tərəfindən istehsal edilən stolüstü kompüterdir. Bu kompüterin dizaynına 1978-ci ildən başlanılmasına baxmayaraq satışa 1980-ci ildə çıxarılmış. Kompüter tarixində Lisa ilk grafik istifadəçi araüzünə (GUİ) sahib olan əməliyyat sistemi kimi tanınır. Bu kompüterin istehsalında Apple Competers-in məqsədi individual istifadə üçün ucuz həllin hazırlanması idi. 1982-ci ilə qədər layihəyə Stiv Cobs rəhbərlik etmişdir. Daha sonra o bu layihədən uzaqlaşdırıldı və Macintosh layihəsinin rəhbərliyi ona tapşırıldı. Lisa-ların son versiyası üzərində bəzi dəyişikliklər aparılaraq Macintosh XL adı ilə satışa çıxarılmışdır. Macintosh bəzi göstəricilərinə görə Lisa-ya bənzəsə də onun davamçısı deyil. Lisa bir çox göstəricilərinə görə Macintoshdan üstündür. Bunlara əməli yaddaş, paralel prosesləmə, ekran qoruyucusu, kalkulyator, 2MB RAMın istifadəsi və s.
Apple Music
Apple Music — Apple tərəfindən hazırlanmış musiqi dinləmə xidməti. İstifadəçilər dinləmək istədikləri musiqini öz cihazlarına yükləyə və ilk olaraq yaradılmış pleylistləri dinləyə bilərlər. Buraya internet üzərindən yayımlanan "Beats1" radio kanalı daxildir. O, sənətçilərin pərəstişkarları üçün media platforması bloqunda yazır. Buraya iTunes Radio-nun bəzi xüsusiyyətləri daxildir. O, istifadəçi zövqünə əsasən musiqi tövsiyələri təqdim edir və Siri səs əmrləri ilə inteqrasiya olunub. Buraya həmçinin gündə 24 saat 100-dən çox ölkəyə canlı yayım edən Beats 1 internet radiostansiyası və sənətçilərə öz verilişlərini, fotolarını, videolarını və mahnılarını abunəçilərlə paylaşmağa imkan verən Connect bloq platforması daxildir. Apple Music 8 iyun 2015-ci ildə elan edildi. 30 iyun 2015-ci ildə dünyanın 100-dən çox ölkəsində buraxılmışdır. Yeni abunəçilər tətbiqi 3 aylıq sınaq müddəti ilə sınaqdan keçirə bilərlər.
Apple Pay
Apple Pay — Apple şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərində və Safari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPad və Mac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər. Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch ID və Face ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır. Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi Afrika və Avropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur. Apple Pay həm American Express, Visa (Electron və V Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir. Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən (məsələn, Londonda TfL və Nyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.
Apple TV
Apple TV — "Apple Inc." tərəfindən hazırlanmış və bazara çıxarılan rəqəmsal media pleyer və mikrokonsol. Bu, video və audio kimi qəbul edilmiş media məlumatlarını televizora və ya xarici displeyə göndərən kiçik bir şəbəkə cihazıdır. Onun media xidmətlərinə axın mediası, "TV Everywhere" əsaslı xidmətlər, lokal media mənbələri, idman jurnalistikası və yayımları daxildir. İkinci nəsil və daha sonrakı modellər yalnız HDMI vasitəsilə təkmilləşdirilmiş dəqiqlikli və ya yüksək dəqiqlikli geniş ekranlı televizora qoşulduqda işləyir. Dördüncü nəsil modeldən bəri "Apple TV" əvvəlcədən quraşdırılmış çoxlu proqramlar ilə tvOS-də işləyir. 2019-cu ilin noyabr ayında "Apple TV+" və "Apple TV" tətbiqini alakart (kartla ödənişli televiziya) kimi buraxmışdır. "Apple TV" inteqrasiya edilmiş idarəetmədən məhrumdur və yalnız "Apple Remote", "Siri Remote", iOS cihazı və ya bəzi üçüncü tərəf infraqırmızı pultları vasitəsilə uzaqdan idarə oluna bilər. == Zəmin == 1993-cü ildə "Apple" ev-əyləncə sənayesinə daxil olmaq üçün "Macintosh TV"ni satışa çıxarmışdır. Qurğunun 14 düymlük CRT ekranı və TV tuner kartı var idi. Bu, kommersiya cəhətdən uğurlu alınmamışdı və 1994-cü ildə satışı dayandırılana qədər cəmi 10,000 ədəd satılmışdır.
Apple Watch
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur. 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır."Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim etmişdir. Onlardan hər biri Apple tərəfindən 'Series' olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan iki seriyaya – "Series 1" və "Series 2"yə bölünmüşdü. 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür. 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.Hər bir seriya ilkin olaraq saat korpusunun materialı, rəngi və ölçüsü ilə müəyyən edilən çoxsaylı variantlarda satılır. "Series 3"dən başlayaraq, digər materiallarla birlikdə standart olaraq gələn LTE mobil bağlantısı üçün alüminium variantlarda seçim təqdim edilmişdir.