Head & Shoulders
Head & Shoulders (azərb. Baş və çiyinlər)—Procter & Gamble şirkətinə daxil olan, 1961-ci ildə yaradılmış şampun markası.
== Tarixi ==
Procter & Gamble laboratoriyalarında 1950-ci ildən etibarən yeni anti-kəpək şampunun hazırlanması üzərində iş gedirdi. Araşdırmaçıların 10 ilə yaxın müddət ərzində apardıqları araşdırmaların sonunda tərkibində (ing. Zinc pyrithione) maddəsi olan şampun hazırlandı.Laboratoriyalarda mütəxəssislər tərəfindən qarşıya qoyulan əsas məqsəd saçlarda kəpəyə qarşı effektiv ingreditentli şampun markası yaratmaq idi. XX əsrin ortalarında ABŞ-də aparılan rəy sorğuları zamanı kişilərin 65% qədərinin kəpək və buna bənzər problemlərdən əziyyət çəkdiyini göstərmişdi. Hazırlanan yeni məhsul ilk dəfə olaraq mavi-yaşıl şampun formulu adı altında 1961-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarında satışa çıxarıldı.
Zamanla çeşitləri və dizaynı dəyişən şampun markası istehlakçılar tərəfindən böyük marağa səbəb oldu. Bazara çıxandan bir necə ay sonra 1961-ci ilin sonlarında adı Head & Shoulders formasında dəyişdirildi. Bu dəyişikliyin ardından isə şampun markasının köhnə rəngləri olan mavi-yaşıl rəng kombinatsiyası daha şəffaf olan ağ rənglə əvəzləndi.