Siam timsahı
Siyam timsahı (lat. Crocodylus siamensis) — əsl timsahlar sinfinin bir nümayəndəsi, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində yaşayır.
Əksər yetkinlərin uzunluğu 3 m-dən, maksimum 4 m-dən çox deyil. Daraqlı timsahlarla hibridlər daha böyük olur. Gənc siyam timsahları açıq rəngli daraqlı timsahlara bənzəyir. Böyüklər daha geniş bir sifətə və boynundakı pulcuqların bir az fərqli bir düzülüşünə sahibdirlər.
Kamboca, İndoneziya, Malayziya, Laos, Myanma, Vyetnam, Tayland və Kalimantan adasında yaşayır. Bataqlıqlarda, yavaş axan çaylarda və göllərin sahillərində yaşamağı üstün tuturlar. Qidasının əsası balıq, eyni zamanda suda quruda yaşayanlar, sürünənlər və kiçik məməlilər təşkil edir.
Yetkinlinliyə 10 yaşında çatır.