Sidney
Sidney — Avstraliyada şəhər.
Şəhərin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində, avropalıların Avstraliyada ilk məskunlaşması dövründə qoyulub. 200 il ərzində kiçik katorqa qəsəbəsindən iri meqapolisə çevrilib.
Sitinin göydələnləri ilə şəhərin Roks və Kinq-Kross rayonunun qədimi binaları arasındakı nadir ziddiyyət vardır. Yorks və Elizabet rayonlarındakı suvenir dükanları, Çaynataun və Liverpul küçəsinin Asiya dövlətlərinə oxşar kvartalları, geniş, yaşıl park və bulvar sahələri, Kronos-Hillin olimpik tikilişli supermüassir binaları vardır. Xoumbuş rayonunda isə Sidni Super ev və Olimpik stadion, əzəmətli və dünyada ən böyük Sidni-Harbor buxtaları və onun üzərindən daşınmış nadir, uzunluğu 503 metr olan dirəksiz Harbor-Bric körpüsü vardır. 305 metr hündürlüklü Sidney Qülləsindəni şəhərlə hərtərifli tanış olmaq olar. Oksford-stritdə çoxlu bar və restoranlar, Darlinq-Harbor rayonunda yüzlərcə qalereya, bar, mehmanxana və restoranlar, Corc-strit və Market-stritdə isə şəhərin ən yaxşı ticarət mərkəzləri cəmlənmişdir.
Elə burdaca şəhər hüdudlarında Bodni (ölkədə ən məşhur çimərlik, onun qızılı qumu neçə kilometrlərlə uzanır) və Menlinin ən dəbdəbəli çimərliklərində qaralmaq olar, dünyada ən böyük akvariumlardan biri olan, 1916-cı ildə ilk dəfə dünyada təbii şəraitdə — açıq volyerlərdə canlıları saxlamağa başlayan Darlinq-Harbordakı Sidney Akvariumuna, eləcə də Sidneyin simvolu olan məşhur Operanı və ya hələ şəhərin birinci qubernatoru tərəfindən qayada yonulmuş baxış meydançası "Xanım Makquayrın Kreslosu" na baş çəkmək olar. Bütün günü nəhəng ticarət kompleksi "Şahzadə Viktoriyanın Evi"ndə, və ya bütün dünyadan toplanmış çoxlu gül kolleksiyalarından ibarət gözəl Şahzadə Botanika bağında keçirmək olar.