sidqi-ürəkdən
sifariş
OBASTAN VİKİ
Sidr
Sidr (lat. Cedrus) – şamkimilər fəsiləsinə aid bitki cinsi. The Plant List saytının məlumatına görə cinsə aid 4 növ məlumdur: Cedrus atlantica (Endl.) Manetti ex Carrière — Atlas sidri Cedrus brevifolia (Hook.f.) Elwes & A.Henry — Qısaiynəyarpaqlı sidr, bəzi mənbələrdə Livan sidri (Cedrus libani) növünün yarımnövü hesab edilir Cedrus deodara (Roxb. ex Lamb.) G.Don — Himalay sidri Cedrus libani A.Rich.
Sidr (içki)
Sidr və ya alma şərabı — ənənəvi olaraq, alma şirəsinin qıcqırdılmasından alınan spirtli içki. Sidr hər hansı alma növündən hazırlana bilər, fəqət sidr alması bu məqsəd üçün ən yaxşı sayılır. Əvvəl Böyük Karl (VIII—IX ə.) alma torbasına oturub, əzib, beləliklə ilk dəfə sidrı yaratdığını deyilirdi. Fəqət, almalardan hazırlanan spirtli içki hələ Böyük Plini (I ə.) tərəfindən qeyd olunur. Britaniya adambaşı ən çox sidr içən ölkə və eyni zamanda dünyanın ən böyük sidr istehsalçısıdır. Ordaki qanuna görə, sidr adlı içkinin tərkibi ən azı 35% alma şirəsindən (və ya konsentratından) ibarət olmalı. Eyni zamanda CAMRA (Campaign for Real Ale; ing. Əsl Pivə üçün Hərəkət), fikrinə görə əsl sidrda ən azı 90% təzə çəkilmiş alma şirəsi olmalı. Fransada alma yetişdirmə haqqında biliyi qal tayfaları və onlardan sonra gələn, Fransa ərazisini təxminən 500 il ərzində idarə edən, Romalılardan irsən alıblar. Ölkədə ən ərkən bilinən sidr qeydi yunan coğrafı Straboya aiddir: o, Qalliyada alma ağacların bolluğu olduğunu yazıb, sidr kimi içkiyi izah edir.
Sidr Muzeyi
Sider Muzeyi (isp. Museo de la Sidra) — İspaniyanın Asturiya regiounun Nava şəhərinin Plaza del Prinsip de Asturiya bölgəsində yerləşən muzeydir. Muzey 1996-cı ildə Şahzadə Filipp tərəfindən açılmışdır. Muzey Asturiyanın milli içkisi olan alma şərablarını nümayiş etdirən tematik muzeydir. Muzey Asturiyanın Etnoqrafik Muzeylər Şəbəkəsinin bir hissəsidir. İnteraktiv siderin yaradılışı bütün prosesləri əhatə edir. Artan alma, yığılma, qıcqırtma, qablaşdırılması bu spirtli içkinin istehlakına bilavasitə təsir göstərir. Parlayan alma şərabına həsr olunmuş xüsusi sahə fəaliyyət göstərir. Muzeydə, həmçinin bitkilərin tozlanması kimi məsələlərə və alma ağaclarının inkişafına xüsusi diqqət yetirilir. Yay və qış saat dəyişilməsi muzeyə də öz təsirini göstərir.
Alçaqboylu sidr şamı
Yayılma arealı böyükdür. Çukot mahalı, Maqadan , Kamçatka , Xabarovsk , Saxalin və Amur vilayətləri ndə, Amur çayı və Oxot dənizi nin sahillərində dağ yamaclarında və alçaq yerlərdə bitir. Enli, şaxələnmiş budaqları görünüşünə görə kasaşəkillidir, torpağın üzərində sürünən və ya ağacvarı çətir əmələ gətirən kiçik ağacdır. Ağacın hündürlüyü 4–5 m (bəzən 7 m), gövdəsinin qalınlığı kökün boğazında 15-18 sm olur. Bu növ, çətirin müxtəlifliyinə görə kol, kolvarı ağac və ya yarımkol-yarımağac formasında olur. Budaqların qabığı hamar, boz, gövdələrdə tünd-qonur, boz xallıdır. Sürünən formaların budaqları tropağa yapışır, ucları 30-50 sm yuxarıya qalxır. Cavan zoğları yaşıl, narıncı tükcüklərlə sız örtülmüşdür, sonradan açıq-qonur rəng alır. İynəyarpaqları üçtərəfli, göyümtül-yaşıl rənglidir, uzunluğu 4-dən 8 sm-ə qədər olub, 5 ədəd olmaqla dəstələrə yığılmışdır. Qozaları çiçəkləmədən sonra ikinci ildə yetişir, xırda olub, uzunluğu 4-7 sm-ə qədər, eni təxminən 3 sm-dir, yumurtavarı və ya uzunsovdur, apofizləri kənara əyilmiş göbəklidir.
Sidr (alkoqollu içki)
Sidr və ya alma şərabı — ənənəvi olaraq, alma şirəsinin qıcqırdılmasından alınan spirtli içki. Sidr hər hansı alma növündən hazırlana bilər, fəqət sidr alması bu məqsəd üçün ən yaxşı sayılır. Əvvəl Böyük Karl (VIII—IX ə.) alma torbasına oturub, əzib, beləliklə ilk dəfə sidrı yaratdığını deyilirdi. Fəqət, almalardan hazırlanan spirtli içki hələ Böyük Plini (I ə.) tərəfindən qeyd olunur. Britaniya adambaşı ən çox sidr içən ölkə və eyni zamanda dünyanın ən böyük sidr istehsalçısıdır. Ordaki qanuna görə, sidr adlı içkinin tərkibi ən azı 35% alma şirəsindən (və ya konsentratından) ibarət olmalı. Eyni zamanda CAMRA (Campaign for Real Ale; ing. Əsl Pivə üçün Hərəkət), fikrinə görə əsl sidrda ən azı 90% təzə çəkilmiş alma şirəsi olmalı. Fransada alma yetişdirmə haqqında biliyi qal tayfaları və onlardan sonra gələn, Fransa ərazisini təxminən 500 il ərzində idarə edən, Romalılardan irsən alıblar. Ölkədə ən ərkən bilinən sidr qeydi yunan coğrafı Straboya aiddir: o, Qalliyada alma ağacların bolluğu olduğunu yazıb, sidr kimi içkiyi izah edir.
Tanrının sidr ağacları
Tanrının sidr ağacları (ərəb. أرز الربّ‎‎‎) — Livan sidr ağaclarının geniş meşələrinin son izlərindən biridir. Qədim zamanlarda Livan dağı üzərində salınmışdır.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Himalay sidri
Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır. Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur.
Livan sidri
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.
Sibir sidrağacı
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Əbərkuh sidri
Əbərkuh sidri-İranın Yəzd ostanının Əbərkuh şəhərində həmişəyaşıl sərv İranın Mədəni Miras, Əl işləri və Turizm Təşkilatı tərəfindən bir milli təbii abidə kimi mühafizə olunur və həqiqətən, 25 m hündürlüyü və 18 m dövrəsi ilə böyük turist cəlb edicidir.4000-dən yuxarı yaşı olmaq üçün qiymətləndirilir və Asiyada ən qədim canlı şey ola bilər. Çhina daily-nin gündəlik dünyanın 10 ən qoca ağacları sıralamasına görə, Əbərkuh sidri dünyada ikinci ən qocaman ağacdır.

Значение слова в других словарях