Hasta siempre, Comandante!
Hasta siempre, Comandante və ya Hasta siempre (isp. Hasta siempre, Comandante - hərfi tərcümədə "Əbədiyyətədək, Komandir!) — kubalı bəstəkar, müğənni və gitarist olan Karlos Puebla tərəfindən 1965-ci ildə yazılmış musiqi.
Musiqinin sözləri məşhur inqilabçı və qəhrəman Ernesto Çe Gevaranın Konqo Demokratik Respublikasına yola düşməmişdən öncə öz silahdaşı olan Fidel Kastroya yazdığı vida məktubuna cavab olaraq yazılmışdır.
Musiqidə Kuba inqilabının əsas məqamları və Çe Gevaranın inqilabçı komandir kimi böyük rolu yada salınır. Musiqinin adı məşhur ifadə olan "¡Hasta la victoria siempre!" (Daima qələbəyə doğru!)frazasının bir hissəsidir.
Müxtəlif illərdə musiqinin cover versiyaları ilə Oktober klub, Compay Segundo, Buena Vista Social Club (onların 2003-cü ildə oxuduqları versiyada son bənddəki Fidel sözü Kuba sözü ilə əvəz olunmuşdur), Volf Birman, Oskar Çaves, Natali Kardon çıxış etiblər. Musiqinin instrumental versiyasını məşhur türk musiqiçisi Əhməd Koç saz vasitəsilə yazmışdır.