SIEM
SKIP
OBASTAN VİKİ
Sim nəzəriyyəsi
Sim nəzəriyyəsi, hissəcik fizikasında, kvant mexanikası ilə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini birləşdirən bir nəzəriyyədir. "Sim" adı, klassik yanaşmada "sıfır ölçülü nöqtələr" formasında təsvir edilən atom altı zərrəciklərin, əslində "bir ölçülü varlıqlar və tezlik tipli varlıqlar" ola biləcəyi fərziyyəsinə dayanır. Sim nəzəriyyəsi, müəyyən bir şəkildə titrəşən tezliklərin, kütlə və yük kimi xüsusiyyətlərə sahib hissəciklər kimi davrana biləcəyini deyir. 1980-ci illərdə fiziklər, sim nəzəriyyəsinin təbiətdəki başlıca dörd qüvvə (cazibə, elektromaqnetizm, güclü qarşılıqlı təsir [qüvvətli nüvə enerjisi] və zəif qarşılıqlı təsir [zəif nüvə enerjisi]) ilə maddənin bütün növlərini bir kvant mexaniki modelində (uzun müddətdir gözlənilən "birləşmiş sahə nəzəriyyəsi") birləşdirmə potensialına sahib olduğunu fərqinə vardılar. Sim nəzəriyyəsi sürətlə inkişaf edən və üzərində çox çalışılan bir sahə olmaqdan əlavə, hələ təcrübə etmək kimi müşahidəsi mümkün olmamış, riyazi bir modeldir. Nəzəriyyədəki əsas fikir, həqiqətin əsas komponentlərinin rezonans tezliklərində titrəşən və plank uzunluğunda olan (10-35 mm təxmini) simlər olduğudur. Sim nəzəriyyəsi 6 yeni ölçü daha tövsiyə edir, lakin bu ölçüləri standart mənadakı məkan və zaman ölçüləri deyil, bunlara bağlı alt ölçülər. kimi anlayışlar (bildiyimiz 3 kosmos və 1 zaman ölçüsü üzərində dairəvi olaraq bükülmüş əlavə ölçülər.) Nümunə olaraq bu ölçülərdən biri 5 ölçü olan paralel kainat və ya zamanda qırılma baş verən ölçüdür. Bilindiyi kimi hər hansı bir atomdakı hər hansı bir elektron belə lay dəyişdirsə yeni bir paralel kainat meydana gələ bilər. Yenə nümunə olaraq çox incə bir tel düşünək 2 mm qalınlığında, bu tel uzaqdan baxanda bizim üçün tək ölçülü bir doğrudur, digər ölçüləri bizim üçün yox kimidir.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Kim Mi-Sim
Kim Mi-Sim (d. 6 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Mi-Sim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Sim Ha-İn
Sim Ha-İn (d. 1 noyabr 1987) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Sim Ha-İn Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Sim Ha-İn Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Culhamia simplex
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
Culyard simli kvarteti
Culyard simli kvarteti (ing. Juilliard String Quartet) — 1946-cı ildə Nyu-Yorkda bəstəkar, Culyard məktəbinin rəhbəri U. Şumen tərəfindən yaradılmışdır. Kvartetin ilk heyətinə R. Mann (1-ci skripka), R. Koff (2-ci skripka), R. Xillyer (alt), A. Uinoqrad (violonçel) daxil idilər. Heyətdə dəfələrlə dəyişiklik edilmişdir. 2006-cı ildə kvartetin heyətində C. Smirnoff (1-ci skripka), R. Koups (2-ci skripka), S. Rouds (alt), C. Krosnik (violonçel) çalmışlar. Klassik repertuarla yanaşı (V.A. Motsart, Y. Haydn və b.) 20-ci əsr musiqisi (o cümlədən A. Şönberqin, A. fon Vebernin), xüsusən də müasir Amerika bəstəkarlarının əsərləri (kvartet vergerin “Ko kul”, V. Vlasov və V.Q. Ferenin “Altın kız” (1949), “İssık-Kul sahillərində” (1951) əsərləri tamaşaya qoyulmuşdur.
Dalbergia simpsonii
Dalbergia simpsonii (lat. Dalbergia simpsonii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Daur simisifuqası
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı. Simmonsun qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Dieqo Simeone
Dieqo Pablo Simeone (isp. Diego Pablo Simeone; 28 aprel 1970-ci il, Buenos-Ayres) Argentinalı futbolçu və futbol məşqçisi. 2006-cı ildə futbolçu karyerasını bitirmədən öncə, dəyaq yarımmüdafiəçi mövqeyində oynuyurdu. Hal hazırda Atletiko Madrid klubunun baş məşqçisidi. 24 mart 2015-ci ildə o, klubla 2020-ci ilə qədər müqaviləsini uzatdı. O, Argentina milli futbol komandasında 100-dən çox oyun keçirdib və onun heyətində 1994, 1998 və 2002-ci illərin Dünya Çempionatlarında iştirak edib. Karyerası boyu, Simeone inadcıl yarımmüdafiəçi kimi tanınırdı, hansıki həm rəqibdən topu ala bilirdi, həm hücümü başlıyırdı, həmdə özü qol vurmaq bacarığındaydı. O, ilk növbədə öz liderliyi ilə, texnikasıyla, taktiki universallığıyla, ağılıyla, gücüylə, dözümlülüyü ilə seçilirdi. Simeonenin ilk peşəkar klubu Velez Sarsfild idi, sonradan 1990-cı ildə o, İtlaliyanın Piza klubuna keçir. Bu klub 1990-1991-ci ilin sezonunda Seria A-nı tərk edir və növbəti ildə ali liqaya yenidən yüksələ bilmir.
Din simvolları
Dini simvollar Bəhai dinində ən çox yayılmış simvol- doqquzkünclü ulduzdur (doqquz - müqəddəs rəqəmdir), Ən Böyük Ad simvolu və «Üzükdə simvoldur» (Ringstone symbol). Buddizmin simvolu — Dharmaçakra və ya qanun təkəridir. Təkərin mərkəzi kiçik dairədir, qəlb işığı yayan işıqlı dərketmə nöqtəsini göstərir. Onun proyeksiyasında in-yan — qadın və kişi başlanğıcı vardır, səkkiz mil budda təlimin səkkiz başlanğıc mənasını əks etdirir: düzgün görüntü, düzgün dərketmə, düzgün nitq, düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, düzgün anlayış, düzgün diqqət etmə (şüurun daxili aləminə diqqətin yönəlməsi).
Dini simvollar
Dini simvollar Bəhai dinində ən çox yayılmış simvol- doqquzkünclü ulduzdur (doqquz - müqəddəs rəqəmdir), Ən Böyük Ad simvolu və «Üzükdə simvoldur» (Ringstone symbol). Buddizmin simvolu — Dharmaçakra və ya qanun təkəridir. Təkərin mərkəzi kiçik dairədir, qəlb işığı yayan işıqlı dərketmə nöqtəsini göstərir. Onun proyeksiyasında in-yan — qadın və kişi başlanğıcı vardır, səkkiz mil budda təlimin səkkiz başlanğıc mənasını əks etdirir: düzgün görüntü, düzgün dərketmə, düzgün nitq, düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, düzgün anlayış, düzgün diqqət etmə (şüurun daxili aləminə diqqətin yönəlməsi).
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Doqquzuncu simfoniya (Motsart)
Doqquzuncu simfoniya — simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ildə yazılmışdır. Doqquzuncu simfoniyanın nə vaxt yazılması haqqında müxtəlif fikirlər vardır. Bir sıra tədqiqatçılar simfoniyanın 1769-cu və ya 1770-ci illərdə, Motsartın İtaliyaya ilk səfəri zamanı yazıldığını iddia edirlər. Lakin bəzi tarixçilər isə doqquzuncu simfoniyanın 1772-ci ilin iyun ayından əvvəlki tarixə aid olmadığını iddia edirlər. Hazırda doqquzuncu simfoniyanın əlyazması Polşanın Krakov şəhərində Yagellon Kitabxanasında saxlanılır.
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu - Dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium. Lənkəranın yetişdirdiyi elm və hikmət sahiblərindən biri də Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə- XIII əsrdə yaşamış olan məşhur müdrik Şeyx Zahid Gilanidir. Tam adı Şeyx Tacəddin İbrahim Zahid Gilani olan bu şəxs, 1218-ci ildə Lənkəranın Siyavrud (indiki Siyavar) kəndində doğulmuş və 1301-ci ildə vəfat edərək Lənkəranın Hilyəkaran (indiki Şıxakəran) kəndində dəfn edilmişdir. Şeyx Zahidin İranın Gilan əyalətində də türbələri var. Türbəsi Lənkəranda əsrlər boyu xalqın ziyarət yeri olan Şeyxin mistik həyat və mənəviyyatı Azərbaycan və İranla məhdudlaşmayıb hətta Anadoluya qədər çatmışdır. Belə ki,Şeyx Zahid Xəlvətiyyə, Səfəviyyə, Bayramiyyə, Cəlvətiyyə və s. kimi bir çox sayda sufi təriqətlərinin irşad silsilələrində yer almaqdadır. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır. Konfransın təşkilatçılarının məqsədi Şeyx Zahidin doğumunun 800-cü ilində xatirəsinin anılması məqsədilə onun mənəvi irsini öyrənən alimləri bir araya gətirilməklə fikir mübadiləsi aparılmasının, ortaya çıxan son tapıntıları paylaşmağın və gələcək işlər üçün yeni bir üfüq açılmasının lazım olduğu fikirindədir. Bu məzmunda Lənkəran şəhərində 11-13 oktyabr 2018 tarixləri arasında Türkiyə Respublikası Necmettin Erbakan Universiteti ilə Azərbaycan Respublikası Lənkəran Dövlət Universitetinin ortaq şəkildə təşkil edəcəkləri “Doğumunun 800-ci ildə Şeyx Zahid Gilani” mövzulu beynəlxalq simpoziumun əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Dördüncü simfoniya (Motsart)
Simfoniya № 4 re major, KV 19 — 1765-ci ildə Motsart tərəfindən yazılmış simfoniya.
Dördüncü simfoniya (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir. Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır. Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.
Dövlət simvolları
Dövlət simvolları — dövlətin konstitusiya və ya digər xüsusi qanunlarla konkret tanınma nişanları. Dövlət simvollarına gerb, bayraq və himn aid edilir.
ESC simvolu
ESC simvolu – ASCII yığınında təyin olunmuş 32 idarəedici koddan biri; adətən, escape-ardıcıllığın (ESCAPE SEQUENCE) başlanğıcını göstərir. Onluq kodu – 27, onaltılıq kodu – 1Bh. Escape-ardıcıllıqlardan Hewlett-Packard şirkətinin LaserJet seriyalı lazerli printerlərinin işini idarə etmək üçün PCL dilində geniş istifadə olunur.
Eclipta simplex
Emilia simulans
Emilia simulans (lat. Emilia simulans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Euro Truck Simulator 2
Euro Truck Simulator 2 — Yük avtomobili sürücüsü avtosimulyator janrında kompüter oyunu. 2012-ci ildə Çex SCS Software şirkəti tərəfindən hazırlanmışdır. Euro Truck Simulator oyun seriyasının ikinci buraxılışıdır. Proqramçılar yollarda süni intellektin hərəkətlərini reallığa maksimum köçürməyə çalışıblar. Yolda hərəkət edən avtomobillər bir çox hallarda gözlənilmədən davranır. Oyun, yol hərəkəti zamanı yol qaydalarını, həm də real həyatdan götürülmüş bir sıra digər üsulları həyata keçirir. Məsələn, bir oyunçu ikinci dərəcəli yol ilə digər avtomobili ötmək istərsə, digər avtomobil sürəti azaldaraq, sizə ötməsinə icazə verər. Avtomobilinizin surətini seçmək üçün yol kənarlarındaki işarələrə və ya xəritədəki sürət nişanının üzərinə baxa bilərsiniz. Oyundakı bütün yük maşınlarının maksimum sürəti 90 km/saatdır (Oyun parametrlərində, surət məhdudlaşdırıcısı ləğv edilə bilər). Bəzi istisna hallarda, enişlərdə hərəkət edərkən sürət arta və yoxuşları qalxarkən surət daha çox azala bilər, lakin düz yolda sürət maksimum 90 km/saatdır.
Görüntü simvolu
Görüntü simvolu (ing. graphics character) — özünə oxşar simvollarla kombinasiyada çox sadə qrafik görüntülər verə bilən simvol. ASCII 95 simvol: İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Harri Potter və Simurq Ordeni (film, 2007)
Harri Potter və Simurq Ordeni — (ing. Harry Potter and the Order of the Phoenix) 2007-ci ildə lentə alınmış film. Harri Potter silsiləsindən 5-ci hissə. Hoqvarts Cadugərlik Məktəbindəki 5-ci ilini səbirsizliklə gözləyən Harri Potter, Dursley ailəsi ilə keçirtdiyi yay tətili ərzində heç kimdən, o cümlədən də ən yaxın dostları olan Ron və Hermionadan məktub almadığına görə yayı çox cansıxıcı və uzun keçirib. Tətildə xalası və xalası əri ilə qaldığı vaxt ruh əmicilərin hücumuna məruz qalır. Harri özünü və xalası oğlu Dadlini xilas etmək məqsədilə Patronus cadusunu etməli olur. Bundan sonra Harri qonşuları Arabellanın kofti olduğunu və Dambldor tərəfindən onu qorumaq üçün göndərildiyini öyrənir. Gənc sehrbazların məktəbdən kənarda sehr və ya cadu etmələrinə icazə verilmir. Harri isə Patronus cadusunu etdiyinə görə Sehr Nazirliyi onu izahat üçün məhkəməyə çağırır. Bir gecə Dambldorun əmrilə bir neçə sehrbaz Harri yaşadığı evə gələrək onu tələsik Siriusun evinə aparırlar.
Harri Potter və Simurq Ordeni (roman)
Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of the Phoenix) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan beşinci romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda beşinci ili və gizli Simurq Ordeninin fəlaiyyətindən bəhs olunur. Roman ilk dəfə 21 iyun 2003-cü ildə Bloomsbury nəşriyyatı tərəfindən Birləşmiş Krallıqda, Scholastic nəşriyyatı tərəfindən ABŞ-də, Raincoast nəşriyyatı tərəfindən Kanadada nəşr edilmişdir. Kitab satışa çıxarıldıqdan sonra 24 saat ərzində 5 milyon nüsxə satılmışdır. Harri Potter və Simurq Ordeni Harri Potter romanlar seriyasına daxil olan ən böyük həcmli romandır. Roman Azərbaycan dilində 2017-ci ildə Qanun nəşriyyatı tərəfindən çap edilmişdir. Harri Potter və Simurq Ordeni bir neçə mükafata layiq görülmüş, həmçinin ABŞ Kitabxanalar Assosasiyası tərəfindən 2003-cü ilin Ən yaxşı yeniyetmə kitabı adlandırılmışdır. Romanın film uyğunlaşdırması 2007-ci ildə çıxarılmışdır. Electronic Arts tərəfindən roman əsasında oyun çıxarılmışdır.
Hitit Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Homer Simpson
Homer Simpson (ing. Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü. 2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing. the greatest character of the last 20 years) adlandırıb. TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing. Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib; Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing. 100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib; Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib. Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing. Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing.

Значение слова в других словарях