Skala

die; -, -len techn. dərəcə; cədvəl
Sizilien
Skalp
OBASTAN VİKİ
La Skala
La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır. Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir.
Yan Skala
Yan Skala (y.sorb Jan Skala; 17 iyun 1889, Nebelçitsi[d], Almaniya imperiyası – 22 yanvar 1945) — Sorb yazıçısı, şair, publisist və ictimai xadim. Yan skala 17 iyun 1889-cu ildə Sorbianın Nebelçitsi kommunasında fəhlə ailəsində anadan olub. 1901-ci ildə Bautzendəki gimnaziyaya daxil olur, lakin tezliklə vəsait çatışmazlığı səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. 1902-ci ildə işçi kurslarını bitirmiş və 1916-cı ilə qədər kimya sənayesi üzrə müxtəlif müəssisələrində çalışmışdır. 1910-cu ildə ilk şeirlərini nəşr etdirdi. Sosial-demokrat mətbuatın qəzetləri üçün qısa məqalələr yazırdı. 1912-ci ildə Sorb mədəni-maarif təşkilatı "Matitsa Serbian"a qoşulur. 1916-cı ildən Birinci Dünya Müharibəsinin Balkanlarda və Rusiyada Şərq Cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə Sorb Xalq Partiyasının yaradıcılarından biri idi. 1921-ci ildə Sorb qəzetinin "Serbske Nowiny" redaksiyasında işləyib.