Pak So Cun
Park Seo-joon (doğum adı: Park Yong-kyu; 16 dekabr 1988, Seul) — Cənubi Koreyalı aktyor və model. Daha çox "She Was Pretty (2015)", "Fight for My Way (2017)" ," What's Wrong with Secretary Kim" (2018) və " Itaewon Class (2020)" seriallarından; eyni zamanda "Chronicles of Evil (2015)", "Midnight Runners (2017)", "The Divine Fury (2019)" filmlərindən tanınır.
Socun Seulda anadan olub. Məcburi hərbi xidmətə 2008-ci ildə 19 yaşında başladı və 2010-cu ildə tərxis olundu.
Pak 2011-ci ildə Bang Yonqkuk-un "I Remember" singlinin klipində rol alaraq debut etdi. Ardınca "Dream High 2 (2012)", "Pots of Gold (2013)", "One Warm Word (2013)" və "A Witch's Love (2014)" televiziya dramlarında rol aldı. 2013-cü ilin oktyabrından 2015-ci ilin aprelinədək Music Bank-ın aparıcısı olub.
Çıxış rolları 2015-ci ildə "Kill Me, Heal Me" və "She Wet Pretty" dramlarıyla gəldi. Elə həmin il Pak, "The Chronicles of Evil" triller filmində rol aldı.
2016-cı ildə Pak Qo Ara və Pak Hyon Şik-in ilə birlikdə Hwarang: The Poet Warrior Youth adlı gənclik tarixi dramında rol aldı.