SOB

sob1

n hönkürtü, hıçqırıq; to give a ~ hönkürmək, hönkürə-hönkürə ağlamaq

sob2

v hönkürmək, hönkür-hönkür ağlamaq; The child began to sob loudly Uşaq ucadan hönkür-hönkür ağlamağa başladı;

◊ to ~ one’s heart out hönkürtü ilə ağlayıb ürəyini boşaltmaq

SOAR
SOBER
OBASTAN VİKİ
Çxve Kyon-Sob
Çoi Kyonq-Sob (29 may 1972) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Çoi Kyonq-Sob Şimali Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çoi Kyonq-Sob Şimali Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Aleksandr Sobolyev
Aleksandr Sobolyev (rus. Алекса́ндр Со́болев , 7 mart 1997, Barnaul) — Rusiyalı futbolçu, Moskvanın "Spartak" və Rusiya yığmasının hücumçusu.Barnaulun "Dinamo" klubunun yetirməsidir. == Karyerası == Futbolçu karyerasına doğulduğu Barnaul şəhərinin "Dinamo" klubunda başlayıb. "Dinamo"nun ikinci komandasının heyətində 2015-ci ildə, Rusiya çempionatının 3-cü dvizionun oyunlarında çıxış edib.2016/17 mövsümündən əvvəl "Tom" futbol klubuna keçir. Futbolçu "Tom" klububundada gənclər komandasında çıxış edir. Futbolçunun "Tom" klubunun gənclər komandasında debütu, 31 iyul 2016-cı il tarixində "Krasnodar" ya qarşı gənclər birinciliyinin 1-ci turu çərçivəsində qarşılaşmada baş tutur. Futbolçunun "Tom" klubunun əsas heyətində Rusiya Premyer Liqasında debütu isə, 5 dekabr 2016-cı ildə "Ufa" komandası ilə oyunda baş tutur. "Tom"un heyətində futbolçu 37 oyunda 9 qol vurur. 29 dekabr 2017-ci ildə futbolçu Rusiya çempionatının aşağı liqasında yarışan Samaranın "Krılya Sovetov" klubu ilə müqavilə bağlayır. "Krılya Sovetov" klubunun heyətində 4 mart 2018-ci ildə Dinamo Sankt-Peterburq ilə oyuna debüt edir.
Amblyseius sobrinulus
Bozor Sobir
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر‎; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013).Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur. Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac. Аз хуни Сиёвушем) şeirinə musiqi əlavə ediləndən sonra Tacikistanın de-fakto himninə çevrilmişdir.
Colchicum soboliferum
Colchicum soboliferum (lat. Colchicum soboliferum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir — CR A2ac+3c. Azərbaycanın nadir növüdür. == Təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı, yumru-yumurtavari, 1 sm-ə qədər yoğunluqda, nazik örtüklə örtülmüşdür. Yarpaqlar 3 ədəd, xətvari, neştərşəkilli, sivri, çox və ya az dərəcədə hamar, çılpaq, 3 - enində, çiçəklərlə bir vaxtda görünür, bəzən onlardan uzun olur. Çiçəklər 1–2 çəhrayı, 17 - uzunluğunda, 2 - enində, əsası oxşəkillidir. Qutucuq xırda uzunsov-yumurtavari, uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü yanvar-mart aylarına təsadüf edir.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir.Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir.İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == “Göyün yeddinci qatında” filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir.Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar.O, öz rəfiqəsi Katina (Marina Salas ) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir. Açe isə məsuliyyətsiz, davalardan, qanunsuz motosiklet yarışlarından zövq qalan biridir. Hadisələr iki gəncin sevgi münasibətləri və bəzən də ortaya çıxan problemlərin həllindən bəhs edir və əsasən Mario Casas və Mariya Valverdenin ətrafında cərəyan edir. == Heyəti == === Rejissor === Fernando Qonzales Molina === Aktyorlar === Mario Casas: Açe/ Hugo Olivera Alvaro Servantes: Pollo Mariya Valverde: Babi Alkazar Marina Salas: Katina Andrea Duro: Mara Luis Fernandez "Perla": Çino Nerea Kamaço: Daniela Alcazar Diego Martin: Aleks Pablo Rivero : Qustavo Kristina Plazas: Rafaela(Babinin anası) Xordi Boş: Claudio(Babinin atası) Karme Elias: Açenin anası Joan Crosas: Açenin atası Viktor Sevilya: El Ventura Daniel Casadelya: El Palote Danni Errera: El Travolt == Çəkilişi == Film ilk olaraq 2010-cu ilin mayın 10-da Barselonada keçirilən “Malaqa Festivalı”nda təqdim olunmuşdur. == Gəlir == Film təqdim olunduğu ilk həftədə 323.515 tamaşaçı tərəfindən izlənərək ilk dəfədən ən çox tamaşaçı toplayan İspaniya istehsalı film olmuşdur və ilk gəlir isə 2.099.601 € olmuşdur.
II Sobekotep
II Sobexotep ikili adı Amenemhet Sobexotep (e. ə. XVIII əsr – bilinmir) — qədim Misirdə təxminən e.ə. 1724-1718 cü illərdə. hökumranlıq etmiş on üçüncü sülalənin fironudur. II Sobekotep Amenemhet haqqındakı məlumatlar Medamud tikintiləri ilə bağlıdır. Təxmin eilir ki, Teban sarayının hesab kitabı (18 Boulaq papirusu) onun dövrünə aiddir. Papirusun shibinin adı çətin oxunulur. Papirusdan onun Aya adlı bir ixtiyarla nigahda olması məlum olunur. Onun dəqiq hökumdar kimi kimliyi mübahisəlidir.
I Sobekotep
I Sobekotep (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — qədim Misirin on üçüncü sülaləsinə (e.ə. 1735 ci il) aid firondur. O, on üçüncü sülalənin nisbətən az tanınan hökumdarlarından olub, adı Turin çar papirusunda VI sütun, XV qrafada yer almışdır. Burada onun adının altında bir oğula malik olması müəyyən olunur, lakin yazı cox pozuq olduğundan kimliyini müəyyənləşdirmək mümkün olmamışdır. Bu firon öz sadə mənşəyə malik olması ilə fəxr edərmiş və bunu çar (firon) siyahısında qeyd etdirmişdir. Hakimiyyət müddəti məlum olmasa da onun uzun sürməməsi təxmin edilir.
Kseniya Sobçak
Kseniya Anatolyevna Sobçak (rus. Ксения Анатольевна Собчак), d. 5 noyabr 1981) — Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi. == Həyatı == Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb.
Lyubov Sobol
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
Marek Sobola
Mgr. Ing. Marek Sobola (3 iyul 1981, Jilinа) — fəlsəfə doktoru. səlahiyyətli bir mənzərə memarı, dizayner və heraldistdir. Slovakiya Memarlar Palatasının üzvüdür. Şilinada yaşayır və işləyir. 2018-ci ildən Çex Memarlar Palatasının üzvüdür. Landşaft memarı kimi işində, şaquli yaşıllıqların banisi Patrick Blancın işindən ilhamlanan şaquli və dam bağlarına da diqqət yetirir. Slovakiyada meteoritin düşməsinə həsr olunmuş ilk abidənin müəllifidir. Marek Sobola, xüsusən Okeaniya və Asiyada institusional və şəxsi ruhani heraldrya diqqət yetirir.
Mikrodalğalı soba
Mikrodalğalı sobanın iş prinsipi elktromaqnit dalğalarının təsir mexanizminə əsalanır. == Elektromaqnit dalğaları == Məlum olduğu kimi atomda elektron bir stasionar haldan digərinə keçərkən enerji şüalandırır, bu enerji şüalanmanın tezliyi (y) ilə bağlı olur, E=hy ilə ifadə olunur və bu enerji kvant adlanir. Burada h=4 .10–15ev.c = 6.10–34coul.c –Plank sabitirir. Bir elektron – volt (ev) 1 volt gərginlikli sahədə 1 elektronun qovulmasına, başqa sözlə sürət verilməsinə sərf olunan enerjidir. Elektromaqnit (EM) dalğaların bu kvantlara bölmək olar və göründüyuü kimi onun şüalanma enerjisi tezliklə bağlıdır. EM dalğaları, spektrinə və dalğa uzunluğuna gorə şərti olaraq, 8 tezlik diapazonuna bölünür: səs tezlikli dalğalar, radio, UYT (mikrodalğalı şüalar), infraqırmızı (İQ) şüalar, görünən içıq, ultrabənövşəyi (UB) şüalar, rentgen şüaları, qamma şüalar. Ultrayüksək tezlikli (UYT) kvantların enerjisi — atom və malekullarda rəqsi rərəkətləri həyəcanlandırmağa bəs edir, İQ -atmosferdə udulur, görünən işığın kvant enerjisi — 2–3 ev-a bərabərdir və hər hansı kimyəvi əlaqəni qırmağa və kimyəvi reaksiyanın getməsinə səbəb ola bilər, gözün torlu qişasına, fotoplyonkaya təsir edir, UB şüalar — daha da güclü kimyəvi rabitəni qırmağa, xarici elektronu qoparmağa, atomu ionlaşdırmağa qadirdir və həyat üçün zərərlidir, Rentgen şüaları- hətta atomun daxili təbəqəsindən elektron qopara və nüvəni həyacanlandıra bilər, Qamma şüalar- atom nüvəsini dağıtmağa qadirdir və güclü energetik qamma şüaları elementar hissəciyin daxilinə kecib , proton və neytrona təsir edir. == Mikrodalğalar == Mikrodalğalar, başqa sözlə, UYT-li şüalar –dalğa uzunluğu 1m- dən 1mm-ə qədər olan, EM –dalğalarıdır. Mikrodalğalar təbiətdə də var- Günəş EM –dalğaları şüalandırır. Bu dalğalar fəzada 300 000 km/s – işıq sürəti ilə yayılır.
Poa alpigena subsp. sobolevskiana
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Poa pratensis subsp. sobolevskiana
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Poa sobolevskiana
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Rimavska Sobota
Rimavska Sobota (slovak. Rimavská Sobota, alm. Großsteffelsdorf‎, mac. Rimaszombat, bəzən rus. Римавская Суббота) — Slovakiyanın cənubunda şəhər. Bansko-Bistritse bölgəsində yerləşir. Əhalisi 24 min nəfərdir. Şəhər Rimava çayının sahilində, Rudoqorye dağ massivinin yamacında yerləşir.
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). == Karyerası == Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. == İstinadlar == == Mənbə == Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Salvador Sobral
Salvador Vilar Braamkamp Sobral (port. Salvador Vilar Braamcamp Sobral; d. 28 dekabr 1989, Lissabon, Portuqaliya) — Portuqaliyalı soul və caz musiqiçisi. O, Portuqaliyanı "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır. == Həyatı == Salvador Sobral 28 dekabr 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olmuşdur. Salvador Luis Kabral Braamkamp Sobral müğənninin atası, Luiza Mariya Kabral Posser Vilar isə anasıdır. O yaşadığı Lissabon şəhərinin Instituto Superior de Psicologia Aplicada institutunda Psixologiya üzrə təhsil almışdır. Salvador 2009-cu ildə Portuqaliyanın Ídolos musiqi yarışmasında iştirak etmişdir. Müğənni beş dildə səlis danışa bilir: portuqalca, ispanca, ingiliscə, italyanca və katalanca. == Musiqi karyerası == === 2009–2010: Ídolos === Salvador Sobral 2009-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında iştirak etmişdir və həmin yarışma sayəsində Portuqaliya tamaşaçıları Sobralı ilk dəfə səhnədə görmüşdürlər.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. == Kömür sobaları == Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Soba (bürc)
Soba (lat. Fornax) — göyün cənub yarımkürəsində bürc.
Sobakinskie Yamı
Sobakinskie Yamı gölü —Tatarıstanın Zelenodolski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Göl Volqa çayına paralel yerləşir. Yaxınlığında ən iri göllər Sobakino və Provalnoedir. Sobakinskie Yamı gölü karst məşhəllidir. Tatarıstanın Zelenodolski rayonunda, Ulitilno kəndindən 0,9 km şimal-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 30 metr, maksimal eni isə 30 metrdir. Su səthinin sahəsi 0,09 ha-dır. Orta dərinliyi 4 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 4 min m³-dir.
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Sobekotep I
I Sobekotep (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — qədim Misirin on üçüncü sülaləsinə (e.ə. 1735 ci il) aid firondur. O, on üçüncü sülalənin nisbətən az tanınan hökumdarlarından olub, adı Turin çar papirusunda VI sütun, XV qrafada yer almışdır. Burada onun adının altında bir oğula malik olması müəyyən olunur, lakin yazı cox pozuq olduğundan kimliyini müəyyənləşdirmək mümkün olmamışdır. Bu firon öz sadə mənşəyə malik olması ilə fəxr edərmiş və bunu çar (firon) siyahısında qeyd etdirmişdir. Hakimiyyət müddəti məlum olmasa da onun uzun sürməməsi təxmin edilir.
Sobibor ölüm düşərgəsi
Sobibor həbs düşərgəsi (alm. Vernichtungslager Sobibor‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Sobieski
Yan III Sobieski (17 avqust 1629[…] – 17 iyun 1696[…]) (Polyak: Jan III Sobieski, Latin: Ioannes III Sobiscius ; 17 Avqust 1629 – 17 Iyun 1696) 1674-cü ildən ölümünə (1696) qədər Polşa kralı və Reç Pospolitanın Böyük Knyazı olmuşdur. Polyak zadəgan ailəsində anadan olan Sobieski, Yagelloniya Universitetində təhsil almış və gəncliyində Avropanı gəzmişdir. Bir əsgər və daha sonra komandir olaraq, Xmelnitski Üsyanında, Rus-Polşa Müharibəsində və İsveç işğalı dövründə döyüşlərdə iştirak etmişdir. Sobieski, Osmanlı İmperiyasına qarşı müharibə əsnasında hərbi qüdrətini nümayiş etdirmiş və Polşa və Litvada hörmətli, lider bir şəxsiyyət kimi özünü göstərmişdir. 1674-cü ildə Kral Michaelın gözlənilməz ölümündən sonra Polşa-Litva Birliyinin monarxı seçildi. Sobieskinin 22 illik hakimiyyəti, əvvəlki münaqişələrin qarışıqlığından sonra çox ehtiyac duyulan Birliyin sabitləşmə dövrü oldu. Rəiyyətləri arasında populyar olan, 1683-cü ildə Vyana Döyüşündə Türklər üzərində qazandığı zəfərlə məşhur olan bacarıqlı bir hərbi lider idi. Məğlub olan Osmanlılar Sobieski'yi "Lehistan Aslanı" adlandırdılar və Papa onu "Qərbin xilaskarı" olaraq alqışladı. Sonrakı yaşlarında xəstəlikdən əziyyət çəkən Sobieski, 1696-cı ildə öldü və Krakovdakı Wawel kral qəsrində dəfn edildi. Onun yerinə Polşa və Saksoniya kralı II Augustus gəldi.
Sobol, Lyubov Eduardovna
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
бронзиро́ванный изреше́чиваться несме́ло ну вот и всё обкова́ть парна́я подсо́бница разда́лбливаться трости́льный ту́чный шепеля́во варе́ньице дремо́тный исправля́ть проникнове́ние сво́довый скоростре́льный blat dripstone forgave lackadaisical psychoneurotic rota сквернословие след