Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sobek
Sobek - Qədim Misir mifologiyasına görə su tanrısı.
Zober
Zober (e.ə. I əsrin sonu - b.e. I əsrin əvvəlləri) — Qafqaz Albaniyasının çarı. E.ə 38/37-ci ildə Qafqaz Albaniyasının hökmdarı oldu. E.ə 36-34-cü illərdə Publi Kanidi Krass, produktor Mark Antoninin başçılığı ilə Roma qoşunlarına qarşı vuruşdu. Hakimiyyəti b.e I əsrin əvvəllərinə qədər çəkdi. Hakimiyyəti Arrana ötürdü. К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.
Şober şorgiləsi
Şober şorgiləsi (lat. Nitraria schoberi) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü. Növün arealına Qərbi Asiya, Qafqaz, Orta Asiya, Çin, Şərqi Avropa (Krım), Cənubi-Şərqi Avropa (Rumıniya) daxildir. Hündürlüyü 1,5 m-dək (bəzən 2 m) olan dağınıq koldur. Zoğları möhkəm, tikanlı, ağımtıl qabıqla örtülmüşdür. Yarpaqları növbəli, uzunsov-belvari, 2 sm uzunluqda, 2-5 mm enindədir. Çiçəkləri antimorf, çiçək qruplarına (buruqlara) yığılmışdır. Çiçək yanlığı 5 ədəd ətli kasayarpaqlı, 5 ədəd, sarımtıl-ağ ləçəkli, 10-15 erkəkcikli və bir dişiciklidir. Meyvəsi şarşəkilli-yumurtavari, birtoxumlu çəyirdəkdir. Əvvəlcə meyvəsi qırmızı, yetişdikdə təxminən qara rəngli olur.
Bozor Sobir
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر‎; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013). Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur. Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac.
Konni Soyer
Konni Soyer (ing. Connie Sawyer, uşaqlıq adı Rozi Koen (ing. Rosie Cohen; 27 noyabr 1912, Pueblo[d], Kolorado – 21 yanvar 2018, Vudlend-Hillz[d], Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Konni Soyer 27 noyabr 1912-ci ildə Rumıniyadan olan yəhudi mühacirləri ailəsində anadan olub. Karyerasına komik kimi gecə klublarında başlayıb. Konni Soyer 1959-cu ildə əfsanəvi Frenk Sinatra ilə bir filmdə çəkilib. Aktrisa sonuncu dəfə 2013-cü ildə "Ray Donovan" televiziya filmində miss Sallivan rolunda çəkilib. Konni Soyer 21 yanvar 2018-ci ildə vəfat edib.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio, Sevilya vilayəti[d], İspaniya), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Quercus suber
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Rober Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Rober Geren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.
Rober Osseyn
Rober Osseyn (fr. Robert Hossein; 30 dekabr 1927[…], XII arondisman (Paris) – 31 dekabr 2020[…]) — əslən azərbaycanlı olan Fransız aktyoru. Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərinin biridir.. Rober Osseyn 30 dekabr 1927-ci ildə Parisdə anadan olub. Atası Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası Anna Minevskaya idi. Milliyətcə yəhudi idi. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır.
Rober Qeren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.
Sibel Siber
Sibel Siber (türk. Sibel Siber; 13 dekabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — Şimali Kipr Türk respublikasından olan bir siyasətçi. 2013-cü ilin iyun ayından sentyabr ayına qədər ŞKTR Baş naziri vəzifəsini icra edən icra edən ilk qadın olur. 2013-2018-ci illərdə də ŞKTR məclisinin sədri olmuşdur. Siber Fatma Ekenoğlundan sonra bu vəzifəni tutan ikinci qadın olur. 13 dekabr 1960-cı ildə Lefkoşada anadan olmuşdur. Atası Altay Adademir, Meluseya kəndindən olan bir ibtidai sinif müəllimi, anası Aysel Klaudiyadan bir ev xanımı idi. Atası vaxtaşırı müxtəlif məktəblərə təyin olunduğundan ailə daim köçürdü. 16 yaşında Sibel İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur, bu dövrdə tələbələrlə əlaqəli siyasi hadisələrin zirvəsi yaşanır. 1983-cü ildə universiteti həkim ixtisası ilə bitirmişdir.
Somer Sivrioğlu
Somer Sivrioğlu (25 may 1971, İstanbul) - Türk aşpaz, restoran meneceri və server. 1971-ci ildə İstanbulda anadan olan Somer Sivrioğlu, 1996-cı ilə qədər Türkiyədə qaldı. Bilkent Universiteti Turizm və Qonaqpərvərlik Bölməsini bitirib, sonra magistr dərəcəsini tamamladı və 25 yaşında olarkən 1995-ci ildə magistr dərəcəsi və akademik karyerasını davam etdirmək üçün Avstraliyaya getdi. Aşpaz karyerasına ilk addımı Avstraliyada magistr dərəcəsi alarkən atdı. Restoranlarda menecer işlədikdən sonra Sidneydə menyusunda Türk ləzzətləri olan öz restoranını açdı. MasterChef, Avstraliyada qonaq hakim idi. 2015-ci ildə David Dale ilə birlikdə yazdığı Anadolu: Türk Mətbəxindəki Bir Macera kitabı nəşr olundu. 2018-ci ildən bəri TV8 kanalındaki "MasterChef" kulinariya proqramının münsiflər heyətində xidmət göstərir. 2001-ci ildə Aslı Sivrioğlu ilə evlənən Somer Sivrioğlu, 2 uşaq atasıdır və 2019-cu ildə ərindən boşandı.
Soner Sarıkabadayı
Soner Sarıkabadayı – (8 dekabr 1978, Qəhrəmanmaraş) türk pop ifaçısı və söz yazıçısı. Soner Sarıkabadayı 8 dekabr, 1978-ci ildə Türkiyənin Qəhrəmanmaraş vilayətində dünyaya gəlib. Anasının adı Güngör, atasının adı Həsəndir. Pərixan və Zəfər adlı bacısı və qardaşı var. 4 yaşına qədər ailəsi ilə Qəhrəmanmaraşda yaşayan Soner, daha sonra Mərsinə köçmüşdür. İlk, orta məktəb və lisey təhsilini də Mərsində tamamlayıb. Universiteti İstanbulda oxumuşdur və İstanbula köçmüşdür. Yıldız Teknik Universitetində İqtisad fakültəsində oxuyarkən musiqiyə olan marağı səbəbilə klassik gitara dərsləri almağa başlamışdır. 2008-ci ildə imtahanlara gedən Soner, Yıldız Teknik Universiteti "Sənət və Layihə" fakültəsinə qəbul edilir və eyni il də buradan məzun olur. İlk albomu 2001-ci ildə buraxılmışdır.
Ferdi Sabit Soyer
I Antiox Soter
I Antiox Soter (q.yun. Αντίοχος Α' Σωτήρ; təx. E.ə. 324 — E.ə. 261) — Selevkilər imperiyasının hökmdarı. == Həyatı == İmperiyanın banisi I Selevk Nikatorun oğlu I Antiox Soter olmusdur. Onun dövründə dövlətin paytaxtı Antioxiya adlanırdı. I Antiox Soterin bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər imperiyası fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı.
Pyer Amedey Jober
Pyer Amedey Jober (fr. Pierre Amédée Jaubert; 3 iyun 1779, Eks-an-Provans[d] – 27 yanvar 1847) — Fransa diplomatı, akademiki, şərqşünası, tərcüməçisi, siyasətçisi və səyyahı. O, Napoleonun "sevimli şərqşünas məsləhətçisi və draqoman"ı idi. Eks-an-Provansda anadan olan Jober Antuan İsaak Silvestr de Sasinin seçilən tələbələrindən olmuşdur. O, 1798–1799-cu illərdə Fransanın Misirə və Suriyaya yürüşü zamanı Napoleon Bonapartın mütərcimi kimi fəaliyyət göstərib. Həmin dövrdə Jober Misir Elmlər və İncəsənət Universitetinin üzvü idi. Parisə qayıtdıqdan sonra hökumətdə müxtəlif vəzifələr tutmuşdur. 1802-ci ildə Oras Fransua Bastyen Sebastyani de La Portanı Şərq səfərində müşayiət etmiş və 1804-cü ildə Osmanlı İmperiyasına gələrək İstanbulda Sebastyaniyə yoldaşlıq etmişdir. 1805-ci ildə Fətəli şah Qacar ilə ittifaq qurmaq məqsədilə "Jober missiyası" adı altında Qacarlar dövlətinə göndərilsə də, yolda Doğubayazıt Paşası tərəfindən ələ keçirilərək dörd ay susuz quyuda saxlanıldı. Paşa öldükdən sonra Joberə getməyə icazə verdilər.
Rober-Fransua Damyen
Rober-Fransua Damyen (fr. Robert-François Damiens; 9 yanvar 1715[…] – 28 mart 1757[…], Paris, Fransa krallığı) — Fransa kralı XV Luisə qarşı, 1757-ci ildə sui-qəsd cəhti etmiş, fransız sui-qəsdçi. Rober Damyen Fransa kral qatillərinə tətbiq edilən, sürüklənərək dördə parçalanma üsülu ilə edam edilmiş son şəxsdir. Damyen 1715-ci ildə Artois yaxınlığındakı, Arras şəhərində yerləşən La Thieuloye adlı kənddə dünyaya gəlmişdir. Gənc yaşında ordu sıralarına yazılmışdır. Ordudan tərxis edildikdən sonra Paris şəhərində yerləşən Jesuits tam orta məktəbində işləməyə başlamışdır. Rober Damyen məktəbdən intizamsız davranışları səbəbindən xaric edilmiş və sonralar çalışacağı bütün işlərdən bu səbəbdən qovulmuşdur. Ətrafındakı, insanlar tərəfindəndə mənfi biri kimi qəbul edilən Rober Damyen hərəkətlərindən dolayı Robert le Diable (şeytan Robert) ləqəbini qazanmışdır. Damyen kilsə ilə parlament arasında fikir ayrılığının olmasını görüb, dini işlərlə maraqlanmağa başlamışdır. Damyenin kral öldürüləcəyi halda ədalətin yenidən bərpa ediləcəyinə ümüd edirdi.
Rober-Jozef Potye
Rober-Jozef Potye (fr. Robert-Joseph Pothier; 9 yanvar 1699[…], Orlean – 2 mart 1772[…], Orlean) — fransız hüquqşünası.
Rober de Lamanon
Rober de Lamanon (fr. Jean Honoré Robert de Paul de Lamanon; 6 dekabr 1752, Salon-de-Provans — 11 dekabr 1787, Tutila, Samoa (arxipelaq)) — fransız fizik, botanik və meteoroloq. O, bir neçə elmi ekspedisiyada iştirak etmiş və sonuncu ekspedisiyada vəfat etmişdir (Laperuz ekspedisiyası). Onun ailəsi Lamanonun nəcib ailələrindən (1572-ci ildən etibarən) idi. Atası Jan Fransua de Pol de Lamanon, anası Anna de Baldonidir (Eks-an-Provansda anadan olub). İki bacısı və Ogüst Pol de Lamanon (1748–1820) adında özündən böyük bir qardaşı olub. Ogüst atası tərəfindən Fransa Hərbi Dəniz Qüvvələrinə təyin olunub və əvvəlcə Tulonda qardemarin, daha sonra isə zabit kimi fəaliyyət göstərib. Roberin qardaşı Ogüst atasının ölümündən sonra ordunu tərk edərək elmi fəaliyyətlə məşğul olmağa başlamışdır. Rober dini fəaliyyətini başa vurmuş və qardaşı ilə birlikdə bitki, sənədlər, əlyazmalar və sənətkarlıq nümunələrini toplamaq üçün Avropaya və Fransa vilayətlərinə səyahət etmişdirlər. Parisdə elmi biliklərini təkmilləşdirdikdən sonra dövrün ən məşhur alimləri ilə tanış olmuşdurlar: Laplas, Jüsse, Dalamber, Monj qardaşları, Volney, Malzerb və Fransa Elmlər Akademiyasının katibi Kondorse.
Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Ann Rober Jak Türqo
Ann Rober Jak Türqo (ing. Anne Robert Jacques Turgot; 10 may 1727[…], Paris – 18 mart 1781[…], Paris) — Fransız iqtisadçısı, filosofu, fiziokrat və dövlət xadimi. Jak Tyürqo tarixə iqtisadi liberalizmin yaradıcılarından biri kimi düşmüşdür. Ailənin üçüncü oğlan övladı olan və anasından qorxan Tyürqo erkən yaşlarında sakit, utancaq, dini ruhda böyüdülən, yad adamların evə gəlişi zamanı divan və ya stul altında gizlənən oğlan olmuşdur. Ailə ənənəsinə görə dini təhsil alan, lakin iqtisadiyyatla maraqlanan Tyürqo yaşa dolduqca "həyatı boyunca üzünə maska geyinmək" istəməmiş və atasından onu keşiş olmaq vəzifəsindən azad etməyi istəmişdi. Sonralar o, dövlət xadimi kimi fəaliyyət göstərmiş, XVI Lüdovikin dövründə əvvəlcə dəniz qüvvələri naziri, sonra maliyyə naziri vəzifəsində çalışmışdır. O, müntəzəm poçt və nəqliyyat sisteminin yaradılmasında, vergi islahatlarının həyata keçirilməsində böyük işlər görmüşdür. 1755-ci ildə fiziokrat məktəbinin rəhbəri Fransua Kene ilə tanış olmuşdur. Bioqraflara görə Tyürqo xaraktercə sadə, idealist, şərəfli, ədalət və həqiqətpərəst olmuşdur.
Visente Martin-i-Soler
Visente Martín y Soler (2 may 1754 və ya 5 mart 1754, Valensiya – 11 fevral 1806, 10 fevral 1806, 3 mart 1806, 30 yanvar 1806 və ya 1816, Sankt-Peterburq) — İspan opera və balet bəstəkarı idi. İndi nisbətən qaranlıq olsa da, öz günündə o, opera bufasının bəstəkarı kimi müasir Wolfgang Amadeus Mozart ilə müqayisə edildi. Onun dövründə "Martini lo spagnuolo" ("Martini the Spaniard") adlanırdı; müasir dövrdə ona "Valencian Motsart" adı verilmişdir. O, ilk növbədə melodik İtalyan komik operaları və 18-ci əsrin sonlarında Lorenzo Da Ponte ilə işləməsi, həmçinin Motsartın Don Giovanninin yemək səhnəsində sitat gətirdiyi Una cosa rara mahnısı ilə tanınırdı . Martín Soler Valenciyada anadan olub. Atası Francisco Xavier Martín, gəncliyində Visente'nin xor ifaçısı olduğu şəhərdəki kafedralda tenor idi. Visente, ehtimal ki, təxminən 1775-ci ildə Madridə köçdü və Giovanni Battista Martini'nin nəzdində Boloniyada musiqi təhsili aldı. İlk operası, Giovanni Paisiellonun La frascatana'dan uyğunlaşdırılmış bir İtalyan librettosu olan İl tutore burlato (1775) idi, bu da öz növbəsində Filippo Livigninin eyni adlı pyesinə əsaslanır. Bu, 1775-ci ildə Madridin şimalındakı San Lorenzo de El Escorial'da Teatro Real Coliseo-da təqdim edildi. 1776 və ya 1777-ci illərdə bəstəkar librettonun İspan dilinə tərcümə olunduğunu və La madrileña, o El muəllim burlado kimi danışıq danışıqlarını əlavə edərək zarzuela formasına saldı.
Visente Martín y Soler
Visente Martín y Soler (2 may 1754 və ya 5 mart 1754, Valensiya – 11 fevral 1806, 10 fevral 1806, 3 mart 1806, 30 yanvar 1806 və ya 1816, Sankt-Peterburq) — İspan opera və balet bəstəkarı idi. İndi nisbətən qaranlıq olsa da, öz günündə o, opera bufasının bəstəkarı kimi müasir Wolfgang Amadeus Mozart ilə müqayisə edildi. Onun dövründə "Martini lo spagnuolo" ("Martini the Spaniard") adlanırdı; müasir dövrdə ona "Valencian Motsart" adı verilmişdir. O, ilk növbədə melodik İtalyan komik operaları və 18-ci əsrin sonlarında Lorenzo Da Ponte ilə işləməsi, həmçinin Motsartın Don Giovanninin yemək səhnəsində sitat gətirdiyi Una cosa rara mahnısı ilə tanınırdı . Martín Soler Valenciyada anadan olub. Atası Francisco Xavier Martín, gəncliyində Visente'nin xor ifaçısı olduğu şəhərdəki kafedralda tenor idi. Visente, ehtimal ki, təxminən 1775-ci ildə Madridə köçdü və Giovanni Battista Martini'nin nəzdində Boloniyada musiqi təhsili aldı. İlk operası, Giovanni Paisiellonun La frascatana'dan uyğunlaşdırılmış bir İtalyan librettosu olan İl tutore burlato (1775) idi, bu da öz növbəsində Filippo Livigninin eyni adlı pyesinə əsaslanır. Bu, 1775-ci ildə Madridin şimalındakı San Lorenzo de El Escorial'da Teatro Real Coliseo-da təqdim edildi. 1776 və ya 1777-ci illərdə bəstəkar librettonun İspan dilinə tərcümə olunduğunu və La madrileña, o El muəllim burlado kimi danışıq danışıqlarını əlavə edərək zarzuela formasına saldı.
Tom Soyer (film, 2000)
Tom Soyer (ing. Tom Sawyer) - 2000-ci ildə "Metro-Goldwyn-Mayer Animation" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmidir. Cizgi filmi Mark Tvenin "Tom Soyersin macəraları" əsəri əsasında hazırlanmışdır. Tom Soyer — Internet Movie Database saytında.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Köbər Zəyzid
Köbər Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir. Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş Zəyzid və Orta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir. Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir. Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər. Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər, lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir.
Polkovnik Şaber
Polkovnik Şaber — (fr. Le Colonel Chabert) fransız yazıçısı və dramaturqu Onore de Balzakın (1799–1850) 1832-ci ildə işıq görən hekayəsi. O, Restarvasiya (1815–1830) və İyul Monarxiyası (1830–1848) dövründə Fransa cəmiyyətini təsvir edən və parodiya edən "İnsan Komediyası" kimi tanınan romanlar seriyasına daxil edilmişdir. Əvvəlcə Le Constitutionnel-də nəşr olunan bu hekayə iki səssiz film də daxil olmaqla altı fərqli filmə uyğunlaşdırılmışdır. Hadisə 1818-ci ildə, XVIII Lüdovikin dövründə Parisdə baş verir. Polkovnik Şaber Rus-Prussiya-Fransa müharibəsində Napoleon üçün vuruşmuş və hörmətli fransız zabitidir. O, Preussisch-Eylau döyüşündə ağır yaralanmış, uzun müddət ölmüş hesab edilsə də, gücünü bərpa edir və bir neçə ildən sonra vətəni Parisə qayıdır. Evə qayıdan polkovnik Şabert öyrənir ki, onun bütün əmlakı dul qaldığına görə arvadına miras qalır və sonradan dul qadın Qaberin ölüm xəbərinin səhv olduğunu bilməyərək yenidən titullu və varlı bir adamla evlənir. Polkovnik keçmiş arvadı ilə görüş təşkil edərək əvvəlki həyatına qayıtmağa cəhd edir, lakin arvad Şabertdən imtina edir, çünki maddi və sosial vəziyyətini itirmək istəmir, həmçinin qadının yeni evliliyindən iki azyaşlı övladı var. Bundan əlavə, qadın gözləyir ki, Çabert əmlakı tələb edə bilməyəcək, çünki onun lazımi vəsaiti yoxdur.
İohan Şobert
İohan Şobert (d. 1720, 1735 və yaxud 1740?, Sileziya, Avstriya - ö. 28.8.1767, Paris, Fransa) — bəstəkar və klavesinçi.
İohan Şöner
İohan Şöner (alm. Johannes Schöner‎; 16 yanvar 1477, Karlştad – 16 yanvar 1547, Nürnberq) — bir çox sahədə iz qoymuş alman alimi. Keşiş, astronom, astroloq, coğrafiyaşünas, kosmoqraf, kartoqraf, riyaziyyatçı, qlobusların və elmi alətlərin istehsalçısı, elmi kitabların redaktoru və naşiri. 1543-cü ildə Nürnberqdə Şöner Kopernikin məşhur "Göy cisimlərinin fırlanması haqqında" kitabının nəşr olunmasında mühüm rol oynamışdır. Şönerin adına Marsda krater adlandırılmışdır. O, Erfurt Universitetində ilahiyyat təhsili almış, daha sonra Bamberqdə katolik keşişi olaraq işləmişdir. Orada, öz evində o, çap mağazası yaradaraq astroloji ədəbiyyat çap etməyə başladı. Şöner həm göy, həm də yer qlobuslarının yaradıcısı kimi tanınır, həmçinin yeni kəşf edilmiş Amerika materikinin təsvir edildiyi ilk yer qlobusunun. Şönerin qlobusu Nürnberq şəhər kitabxanasında saxlanılır. 1526-cı ildən, Nürnberqdə Melanxton Gimnaziyasının açılışından sonra Şöner orada riyaziyyat müəllimi oldu və 20 il bu vəzifədə qaldı.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Köbər Zəyzid bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Louren Şoler Donner
Louren Şoler Donner (23 iyun 1949) — Ümumi gənclər və ailə yönümlü əyləncə sahəsində ixtisaslaşmış Amerika film prodüseri.
Coker
Coker (personaj)
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Joker
Coker (personaj)
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Çobar
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Ənbər
Ənbər – Orta əsr mənbələrində adı müşklə birlikdə çəkilən qiymətli maddə. Mütəxəssisin bildirdiyinə görə, onu Hind okeanında yaşayan balinadan almaq olar. Balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. Orta əsr ədəbiyyatı ilə tanış olduqda bəlli olur ki, ənbəri şahların, xəlifələrin sarayında küplərdə saxlayardılar. Özünü pis hiss edən ondan bir az götürüb ağrıyan yerinə çəkərdi və bir qədər keçməmiş ağrı dayanardı. Və yaxud ənbərdən ətir kimi istifadə edərdilər.
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Əkbər Hüseynli — Vətən müharibəsi şəhidi. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Məsimov — Vətən müharibəsi şəhidi. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Hüseynov — Vətən müharibəsi şəhidi. Əkbər Tağıyev — Vətən müharibəsi şəhidi. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Mustafayev — Dövlət Sərhəd Xidmətinin Əkbər Quliyev — Vətən müharibəsi şəhidi.