SOUR

adj 1. turş; a ~ apple turş alma, 2. çürümüş (süd haq.), ~ cream xama; 3. narazı, tutqun; kədərli, qaşqabaqlı; ~ looks qaşqabaqlı görkəm

SOUP
SOURCE
OBASTAN VİKİ
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Source 2
Source 2 — Valve tərəfindən hazırlanmış video oyun mühərriki. Mühərrik 2015-ci ildə orijinal Source mühərrikinin sələfi elan edildi və onu istifadə edən ilk oyun Dota 2 oldu. Artifact, Dota Underlords, Half-Life: Alyx və Counter-Strike 2 kimi digər Valve oyunları Source 2 istifadə olunaraq hazırlanmışdır. == Tarixi == Orijinal Source mühərrikinin davamı üçün planlar 2007-ci ildə Half-Life 2: Episode Two buraxıldıqdan sonra başladı. İlk demo 2010-cu ildə Left 4 Dead 2-dəki bir xəritənin yenidən hazırlanması ilə yaradılmışdır. Bunun şəkilləri 2014-cü ilin əvvəlində internetə sızdırıldı. 2014-cü ildə keçirilən Game Developers Conference-də Valve əməkdaşı Sergiy Miqdalskiy Left 4 Dead 2-də istifadə olunan Source 2 fizika sazlama (debugging) alətini nümayiş etdirdi. Source 2 ilk dəfə 2014-cü ildə Dota 2 üçün Steam Workshop alətləri vasitəsilə 2015-ci il Game Developers Conference-də rəsmi olaraq elan edilməmişdən əvvəl təqdim edildi. Valve bunun məzmunun daha səmərəli yaradılmasına imkan vermək üçün olduğunu bildirdi. Valve həmçinin Vulkan qrafika API-ni dəstəkləyəcəyini və üçüncü tərəf Havok alətlərinə olan ehtiyacı əvəz edəcək Rubikon adlı yeni daxili fizika mühərrikindən istifadə edəcəyini bildirdi.