soteriofobiya
souslu
OBASTAN VİKİ
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Pendirli sous
Pendirli sous -Hindistan mətbəxi. Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur. Samosa: Şimali Hind mətbəxinə aiddir.
Ageratina sousae
Ageratina sousae (lat. Ageratina sousae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bolonyeze sousu
Bolonyeze sousu (italyan dilində: Ragù alla bolognese, fransız dilində: Sauce bolognaise) - İtaliya mətbəxinə aid olan və ilk dəfə XVIII əsrdə Boloniya makaron evində meydana çıxan ətli sous. Bolonya sakinləri Bolonyeze sousunu adətən təzə talyatelle (makaron məhsullarından biri olan olan lapşanın bir növü) və tərəvəzdən hazırlanan lazanya ilə birlikdə süfrəyə verirdilər. Bolonyeze sousu kartof püresi ilə birlikdə servis edilməsi hallarına da rast gəlmək mümkündür.
Karla Olivares Sousa
Karla Olivares Sousa (isp. Karla Olivares Souza, 11 dekabr 1985, Mexiko) — meksikalı aktrisa, müğənni və modeldir. ABC-nin "How to Get Away with Murder" (Cinayətdən necə yayınmaq olar?) serialında Lorel Kastillo/Kastiyo (isp. Laurel Castillo) rolunda çəkilərək, məşhurlaşıb. == Həyatı == Karla Sousa Mexiko şəhərində anadan olub. Atası Çilidən, anası isə Meksikadandır. 1993-cü ildə 7 yaşlı Karla "Aspen Extreme" filmində çakilmək üçün dəvət alır. Elə bu filmdən başlayaraq Karlanın sənətə marağı başlayır. Nəticədə valideynləri qızının təhsilini fikirləşərək onu Fransaya və İngilitərəyə göndərirlər. İngiltərədə Kral Mərkəzi Nitq və Dram Məktəbində (Royal Central School of Speech and Drama) təhsil alıb.
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Meyvə sousları
Meyvə sousları hazırladıqda meyvə-giləmeyvə püresinə şəkər az qatılır, azacıq bişirilir, pasterizə edilir və nəticədə çox keyfiyyətli, dadlı, bilavasitə qida üçün yararlı konserv əldə edilir. Meyvə sousları, bir qayda olaraq, zavod şəraitində hazırlanır və kütləvi iaşə müəssisələrində şirin xörəklərin hazırlanmasında və süfrəyə verilməsində istifadə edilir. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qoz sousu
Satsivi və ya Qoz pastası (gürc. საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Aillade sousu
Aillade sousu Cənubi Fransız mətbəxindən olan sarımsaqlı vinaigrettedir (salat bsousu). O, adətən soyuq ət, balıq, kartof və sirkə souslu (vinaigrette) tərkibli yeməklərlə verilir. Sousu hazırlamaq üçün qoz və sarımsaq bərabər əzilir. Mayonez hazırlanırmış kimi əzməyə yavaş-yavaş yağ əlavə edilir. Ona, həmçinin şüyüd, frank cəfərisi, duz, qara bibər və cəfəri kimi ədviyyatlar da əlavə edilə bilər. XVIII əsrdə, M. Duchatın dediklərinə görə, aillade sousu Lanqedokda yoxsul insanlar tərəfindən yedikləri ət xörəkləri üçün hazırladıqları bir sous idi.
Bearnisk sousu
Bearnisk sousu və ya Béarnaise sousu fransız mətbəxindən olan yağlı sousdur. Bəzi mənbələr bu sousun Béarn regionuna mənsub olduğunu iddia edirlər. Bəzi mənbələrdə isə Bearnisk sousunun kərə yağı ilə deyil, zeytun yağı ilə hazırlandığı qeyd edilmişdir. Fransız yemək kitabı olan Larousse Gastronomique kitabında, Bearnisk sousunun Fransız mətbəxinin ən dadlı souslarından biri olduğu iddia edilmişdir. == Hazırlanması == Yumurta sarısı ilə qatılaşdırılmış kərə yağına soğan və ağ şərab sirkəsi əlavə edildikdən sonra ona tərxun da vurulur və bununla da dadı daha da gözəl edilir.
Beşamel sousu
Beşamel sousu (fr. sauce béchamel) - fransız mənşəli ağ yemək sousudur. Xüsusilə lazanya kimi xəmir yeməklərində istifadə olunur. Bu sousdan xüsusilə də digər souslar əlavə ediləcəyi zaman ilk addım kimi istifadə olunur. == Haqqında == Fransız mətbəxinin əsas souslarından biri hesab edilən bu sous un və süd əlavə edilərək əldə edilir. Sousun tutarlılığı un nisbətindən asılı olaraq dəyişiklik nümayiş etdirir. Sousun adı François Pierre La Varenne (1615 - 1678) tərəfindən yaradılmış olan Le Cuisinier François (təsis tarixi: 1651) ilə eynidir.
Sitrus sousu
Sitrus sousu (fr. Sauce bigarade) Fransız mətbəxindən olan və sitrus meyvələrindən hazırlanan sous növüdür. Bu sous xüsusilə ördəklə bərabər verilir. Ördəyin bişirilmə üsulundan asılı olaraq sitrus sousunu hazırlamaq üçün müxtəlif yollar mövcuddur. Ördək öz şirəsində zəif odda bişirildikdə, sirkə və şəkəri kiçik bir qazanda karamelize olana qədər qızdırılır. Daha sonra ördəyin bişirildiyi su əlavə edilib qaynadılır. Sous azaldığı zaman, təzə sıxılmış sitrus meyvələri və limon suyu sousa əlavə edilir. Sous yenidən qaynadılır və süzgəcdən keçirilir. Qızardılmış sitrus və limon qabıqları da sousa əlavə edilir. Ördək yağda qızardıldığı zaman, bişirildiyi tavada ağ şərab, bulyon (ət suyu), karamelize edilmiş sirkə və şəkər qaynadılır.
Tomat sousu
Pomidor sousu və ya tomat sousu əsasən pomidordan hazırlanan və yeməyin bir hissəsi kimi təqdim edilən sousdur. Tomat sousları ət və tərəvəzlər üçün geniş istifadə edilsə də, çox makaron yeməkləri ilə bərabər istehlak edilirlər. İtaliyada ona Napoletana sousu deyirlər.
İspan sousu
İspan sousu və ya Espagnole sousu, qovrulmuş un və yağ qarışığının sümük bulyonuna əlavə edilməsi ilə hazırlanan Fransız mətbəxinin souslarından biridir. Bu sous ənənəvi olaraq demi-glacenin hazırlanması üçün istifadə edilmiş olsa da, lakin müasir demi-glace mal əti bulyonunun qaynadılması və azaldılması ilə hazırlanır.

Значение слова в других словарях