SPA-PROSEDUR

is. \[lat. Sanus per Aquam "sudan gələn sağlamlıq", fr. procedure "proses"\] Müxtəlif növ – mineral, dəniz suyu və şirin su, dəniz yosunları, duzları, müalicəvi palçıqlar və bitkilərdən istifadə edilən, bütövlükdə orqanizmin sağlamlaşdırılmasına yönəldilmiş kompleks prosedurlar.
SÖRFINQ
SPAM
OBASTAN VİKİ
Prosedur
Prosedur — fəaliyyətin ardıcıllığı, məsələn:
SPA
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.
Spa (şəhər)
Spa (fr. Spa, Vallon dilində-Spå) — Belçikanın Lej əyalətində şəhər. Bələdiyyə Arden dağlarında yerləşir və məşhur bir kurort kimi tanınır. Şəhərin yaxınlığında Formula-1 yarışlarının keçirildiyi məşhur Spa-Frankorşam avtodromu yerləşir. Bələdiyyənin sahəsi 39,85 km²-dir. Əhalisi 10 543 nəfərdir. Bəlkə də bu gün Spa daha yaxşı yarış avtodromu ilə tanınır. Ancaq orta əsrlərdə kiçik Spa şəhəri Rusiya imperatoru I Pyotrun və fransız şahzadəsi Lui-Jozef Konde tərəfindən ziyarət edilən müalicəvi suları ilə məşhur idi. İngilis "spa" sözünün mənşəyi Spa şəhəri ilə əlaqələndirilir. Spanın müalicəvi suları qədim Romalılara bəlli idi, ehtimal ki, onlar yerin altından çıxan və hələ də kurort bölgəsini bəzəyən məşhur fontanı - "Spa" adlandırırmışdılar (vallon dilində esra - fontan).
Spa konfransı
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans. Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur. Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi. Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı. Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı. Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər: Könüllü hərbi dəstləri tərksilah etmək, Ayrı-ayrı adamlardan silahları yığmaq, Ordunu könüllülük prinsipi əsasında qurmaq, Hərbi əmlakı təhvil vermək, Müqavilənin digər şərtlərinə əməl etmək.
Basqal Resort & Spa
Qalaaltı Hotel & SPA
"Qalaaltı Hotel & SPA" — Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksi. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub. Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min m² ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı etməsi üçün hazırlanmışdır. Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub.
Qafqaz Yengicə Termal Hotel və SPA
"Qafqaz Yengicə Termal Hotel və SPA" — Azərbaycan Respublikasının Qəbələ rayonunun Yengicə kəndinin ərazisində yerləşən müalicə-istirahət kompleksi. Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstərildiyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksində daimi iş yeri 100 nəfərlikdir. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur. Oteldəki müxtəlif kateqoriyalı nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.