spiritualistik
spiroxet
OBASTAN VİKİ
Spiritualizm
Spiritualizm termini latınca ruh mənasını verən spiritus sözünün sifəti spiritualis sözündən yaranmış olub ruhçuluq mənasında istifadə edilir. Azərbaycan dilində mənəviyyatçıllq olaraq da adlandırılır. Hal-hazırda dini, mistik və fəlsəfi sahələrdə bir çox axın, ekol və qruplar özlərinə spiritualist adını versə də aralarında qanun, görüş və qavrayış baxımından vacib fərqlər vardır. Aralarındakı əsas ortaq nöqtə ruh adlanan mənəvi bir ünsürün varlığını qəbul etmələridir. Lakin bunlardan bir qismi ruhun orijinal və özünə məxsus olduğunu qəbul etməz, bir qismi ruhun davamlı olaraq inkişaf içində olduğuna qarşıdır, bir qismi isə ruhun davamlı olaraq təkrar başqa bədənə girdiyini qəbul edir. Bu səbəbdən bəzi ensiklopediyalarda sprititualizm adlanan ruhçuluq iki hissədə ələ alınır: Fəlsəfi spiritualizm: Qədim dövrdən bəri bir çox filosof ruh adlanan bir cövhərin varlığını müdafiə etməklə birlikdə bunlardan bəziləri ruhların özlərinə məxsus orijinal cövhərlər olduqlarını qəbul etməmişlərdir. Təcrübi spiritualizm: Platon və Pifaqor kimi filosofların dövründən XIX əsrə qədər sistemsiz bir formada dalğalanan, reinkarnasiyanı qəbul edən ruhçuluğun Fransada Allan Kardek tərəfindən yaradılan ilk sistemli formasıdır. Fransa kimi kimi Avropa ölkələrində spiritizm adıyla da tanınır. Latın Amerikası ölkələrində isə yaradıcısına ithafən Kardekizm adını almışdır.Mövzu haqqında yetərli məlumatlı olmayanlar spiritualist sözünün istifadə edildiyi hər axın, ekol və qrubun reinkarnasiyanı qəbul etdiyini düşünürlər. Ancaq bu, ruhun varlığını qəbul edənlərin istifadə etdiyi çox ümumi bir termindir.

Значение слова в других словарях

гарди́нный иммобилиза́ция комма́ндос нейропатологи́ческий обло́мовец разнове́рный раскида́ться сосна́ антрепри́за брави́ссимо заночева́ть киноле́нта микрофильми́рование открыть дверь сужа́ть укру́чиваться шапоклак casting-form hencoop lavabo retiarius water cement даровитость ковбой хитрость