Spiritualizm
Spiritizm (lat. spiritus “can, ruh”) — 19-cu əsrin ortalarında Fransada Allan Kardec tərəfindən işlənmiş dini və fəlsəfi doktrinadır.
Kardek Ruhlar Kitabının girişində bildirdi ki, o, öz doktrinasını təyin etmək üçün yeni “spiritizm” termini təqdim edir, çünki “yeni anlayışlar yeni adlar tələb edir”.
Spiritualizm termini latınca ruh mənasını verən spiritus sözünün sifəti spiritualis sözündən yaranmış olub ruhçuluq mənasında istifadə edilir. Azərbaycan dilində mənəviyyatçıllq olaraq da adlandırılır. Hal-hazırda dini, mistik və fəlsəfi sahələrdə bir çox axın, ekol və qruplar özlərinə spiritualist adını versə də aralarında qanun, görüş və qavrayış baxımından vacib fərqlər vardır. Aralarındakı əsas ortaq nöqtə ruh adlanan mənəvi bir ünsürün varlığını qəbul etmələridir. Lakin bunlardan bir qismi ruhun orijinal və özünə məxsus olduğunu qəbul etməz, bir qismi ruhun davamlı olaraq inkişaf içində olduğuna qarşıdır, bir qismi isə ruhun davamlı olaraq təkrar başqa bədənə girdiyini qəbul edir. Bu səbəbdən bəzi ensiklopediyalarda sprititualizm adlanan ruhçuluq iki hissədə ələ alınır:
Fəlsəfi spiritualizm: Qədim dövrdən bəri bir çox filosof ruh adlanan bir cövhərin varlığını müdafiə etməklə birlikdə bunlardan bəziləri ruhların özlərinə məxsus orijinal cövhərlər olduqlarını qəbul etməmişlərdir.
Təcrübi spiritualizm: Platon və Pifaqor kimi filosofların dövründən XIX əsrə qədər sistemsiz bir formada dalğalanan, reinkarnasiyanı qəbul edən ruhçuluğun Fransada Allan Kardek tərəfindən yaradılan ilk sistemli formasıdır.