SPİRİTUALİZM

\[alm. Spiritualismus; fr. Spiritualisme; ing. Spiritualism; lat. Spiritus – ruh; ər. سٚد خٍّ ; lat. spiritus – ruh\] – bütün reallığın və həqiqətlərin əsasının ruhun təşkil etdiyini, hər bir gerçək olanın ruhi olduğunu və maddi olanın ancaq ruhi reallığın təzahürü olduğunu yaxud da saf bir ideyadan ibarət olduğunu irəli sürən metafizik təlim. Dünyanın mənəvi ilk əsası haqqında idealist təlim. Spiritualistlərin bəzilərinin nəzərində maddi aləm allahın və onun qabiliyyətlərinin təzahür üsuludur, digərlərinə görə insan şüurunun illuziyasıdır.
SPEKÜLATİF
SPİRİTÜALİZM

Значение слова в других словарях