Sreteniye (xristian bayramı)
Sreteniye (rus. сретение; kil. slav. срѣтеніе, hərf. rastlaşma; yun. Ἡ Ὑπαπαντὴ τοῦ Κυρίου; lat. Praesentatio Domini, hərf. Rəbbin təqdim edilməsi) — tarixi kilsələrdə və bəzi protestant məzhəblərində qeyd olunan xristian bayramı. Körpə İsanın valideynləri tərəfindən Yerusəlim məbədinə gətirilməsi miladdan sonra 40-cı gündə baş tutmuşdur. Yerusəlim məbədində Müqəddəs ailəni Simeon qarşılamışdı.
Pravoslavlıqda bu on iki bayramdan biridir. Yerusəlim, Rus, Gürcü, Serb, Polşa pravoslav kilsələri, Köhnə möminlər və bəzi başqaları Sreteniyeni 2 (15) fevral tarixində qeyd edirlər.