Stefan-Bolsman qanunu

ру закон Стефана-Больцмана en Stephan-Boltzmann law de Stephan-Boltzmannsches Gesetz fr loi de Stephan-Boltzmann es ley de Stephan-Boltzmann it legge di Stephan-Boltzmann
stasionar faza
sterilizator
OBASTAN VİKİ
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi. Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir.
Bolsman sabiti
Boltsman sabiti ( k B {\displaystyle k_{\mathrm {B} }} və ya k {\displaystyle k} ) - fundemental fiziki sabitlərdən biri olub, enerji ilə temperatur arasında əlaqə yaradır. Boltsman sabiti R {\displaystyle R} universal qaz sabitinin N A {\displaystyle N_{\mathrm {A} }} Avoqadro sabitinə olan nisbətinə bərabərdir: k B = R N A . {\displaystyle k_{\mathrm {B} }={\frac {R}{N_{\mathrm {A} }}}.} Bu sabitin adı, onun əsas rol oynadığı statistik fizikaya böyük töhfə verən Avstriya fiziki Lüdviq Bolsmanın şərəfinə qoyulmuşdur. Boltsman sabiti, entropiyada olduğu kimi, enerjinin temperatura nisbətinə bərabər olan ölçüyə malikdirr ( [ k B ] = C K ) {\displaystyle \left(\left[k_{\mathrm {B} }\right]={\frac {\mathrm {C} }{\mathrm {K} }}\right)} . BS-də Bollstman sabitininin təcrübi qiyməti aşağıdakı kimidir: k B = 1 . 380 648 52 ( 79 ) × 10 − 23 C K {\displaystyle k_{\mathrm {B} }=1{.}380\,648\,52(79)\times 10^{-23}{\frac {\mathrm {C} }{\mathrm {K} }}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. == Makroskopik fizika ilə mikroskopik fizika arasında körpü == k B {\displaystyle k_{\mathrm {B} }} Boltsman sabiti makroskopik və mikroskopik fizika arasında körpüdür. Makroskopik ideal qaz qanununda deyilir ki, ideal qaz üçün p {\displaystyle p} təzyiqi ilə V {\displaystyle V} həcminin hasili ν {\displaystyle \nu } maddə miqdarının T {\displaystyle T} mütləq temperatura olan hasili ilə mütənasibdir: p V = ν R T , {\displaystyle pV=\nu {RT},} burada R {\displaystyle R} qaz sabitidir( R = 8.3144598 ( 48 ) {\displaystyle R=8.3144598(48)\,} C⋅K−1⋅mol−1). Bu qanunda ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{\mathrm {A} }}}} və R = k N A {\displaystyle R=kN_{\mathrm {A} }} ifadələrindən istifadə etməklə Boltsman sabitinin daxil olduğu ideal qaz qanunun şəkilini aşağıdakı kimi yazmaq olar: p V = N k T , {\displaystyle pV=NkT,} burada N {\displaystyle N} qazdakı molekulların sayı, N A {\displaystyle N_{\mathrm {A} }} isə Avoqadro sabitidir.
Lüdviq Bolsman
Lüdviq Bolsman (alm. Ludwig Eduard Boltzmann‎) (20.2.1844-5.9.1906) — Avstriyalı fizik. Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir.
Stefan
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
I Stefan
I Stefam (gürc. სტეფანოზ I, Step'anoz I; VI əsr – 627) — I Quaramın böyük oğlu idi. Atasının yerinə keçib Sasanilərin marağını müdafiə edən siyasətə yönəlmişdi. Bu bizanslıları əsəbləşdirmiş, I İrakli tərəfindən yandırılaraq edam edilmişdi. Tonq Yabqu xaqan tərəfindən yerinə qohumu I Adarnes təyin olunmuşdu.
Stefan (dəqiqləşdirmə)
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
Stefan Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Stefan Batori
Stefan Batori (mac. Báthory István, pol. Stefan Batory; 27 sentyabr 1533 – 12 dekabr 1586[…], Qrodno, Böyük Litva knyazlığı) — Reç Pospolita kralı (1576-1586-cı illərdə), Transilvaniya voevodası IV İştvanın oğlu. Transilvaniyada şahzadə IV İştvan Batori və Macarıstan vəliəhdi Stefan Teleqdinin qızı Katerina Teleqdinin ailəsində anadan olub. Padua Universitetində oxuyub. 1571-ci ildə qısa bir vətəndaş müharibəsi nəticəsində Transilvaniya şahzadəsi oldu. 1574-cü ildə Valua kralı Henrinin qaçmasından sonra Polşa-Litva Birliyində kralsızlıq dövrü başladı. Pravoslav Qərbi Rus əyanları (aralarında Kşiştof Qrayevski də seçilirdi) Moskva krallığı ilə ittifaq bağlamaq və türklərə və Krım tatarlarına qarşı birgə mübarizə aparmaq üçün çar IV İvanı Polşa tacına namizədlər kimi irəli sürdü. Daha sonra namizəd olaraq, Osmanlı ilə mübarizə kursundan da sadiq qalan və Moskva tərəfindən dəstəklənən, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilian və Maksimiliyanın oğlu, Avstriya arxduke Ernst irəli sürülüb. Osmanlı sultanı II Səlim ağalara məktub göndərərək, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilyanı kral seçməməyi tələb etmiş və Osmanlı İmperiyasının vassalı Transilvaniya şahzadəsi Stefan Batory də iddiaçılardan biri kimi göstərilmişdir.
Stefan Brankoviç
Stefan Brankoviç (1417, təq. 1425 və ya təq. 1426, Belqrad, Serbiya despotluğu – 9 oktyabr 1476 və ya 1476, Udine) — Brankoviç ailəsinin Serbiya tarixindəki üçüncü hökmdarı. Cawley, Charles (15 March 2012), Medieval Lands-A prosopography of medieval European noble and royal families Fine, John Van Antwerp Jr. (1994) [1987].
Stefan Czarniecki
Stefan Çarnetski (pol. Stefan Czarniecki; 1599[…] – 16 fevral 1665) — Polşa zadəganı, general və hərbi komandir. Çarnetski 1648-ci ildə Hmelnitski üsyanında Reç Pospolita tərəfində II. Jan Kazimierz Wazanın yanında tatarlar və kazaklarla mübarizə aparmışdı. 1664-cü ildə Kiyevə ataman təyin edilmişdir. 16 fevral 1665-ci ildə Sokołówkada ölən Stefan Çarnetski həmçinin Odla və qılınclada da təsvir edilmişdir. Çarnetski sülaləsindəndir.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Lambez
Stefan Lambese (fr. Stéphane Lambese; 10 noyabr 1995[…] və ya 10 may 1995, Nojan-sür-Marn) — Pari Sen-Jermen B klubunda müdafiəçi kimi çıxış edən Haiti futbolçusu. Lambese öz karyerasına 2004-cü ildə Olimpik de Sevranda başlamışdır. 2009-ci ilin yay ayında isə Pari Sen-Jermen FK klubunun gənclərdən ibarət yığmasına qoşulmuşdur. 2012-ci ilin yayında PSJ-in ehtiyat komandasından gənclər yığmasına keçmişdir. Öz debütünü isə 20 aprel 2013-cü ildə Çampionat de Frans Amateur liqasında Nansi klubunun ikinci heyəti ilə qarşılaşmada etmişdir. Lambese 2010-cu ildə Fransa U-16 yığmasında 4 oyunda iştirak etmiş və 1 qol vurmuşdur. 2014-cü ildən etibarən Haiti milli futbol komandasını təmsil edir və Haiti U-20 yığmasının bir üzvüdür. Lambese 7 mart 2014-cü ildə Kosovo milli futbol komandasına qarşı qeyri-rəsmi yoldaşlıq oyununda iştirak etmişdir.
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Stefan Nemaniç
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217–1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Stefan Nemanya
I Stefan Nemanya (təq. 1113 və ya 1114 – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi. Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi. Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi. 1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.
Stefan Prvovençani
II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir – 24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanı və Nemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217–1228). O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və Macarıstan və Bizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi. Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.
Stefan Quttenberq
Ştefani Frayfrau fon und tsu Quttenberq (alm. Stephanie Freifrau von und zu Guttenberg‎, əsl soyadı - Ştefani Grefin fon Bismark-Şönhauzen; 24 noyabr 1976, Münxen) — alman aktivisti, uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Bu sahədə bir neçə kitab müəllifidir. Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor tsu Quttenberqin həyat yoldaşıdır. Kansler Otto fon Bismarkın kötücəsi, keçmiş xarici işlər naziri Herbert Bismarkın nəticəsidir. O, həmçinin torpedonun ixtiraçısı Robert Uaythedin və diplomat qraf Oyosun nəslindəndir.
Stefan Sarkotiç
Stefan Sarkotiç fon Lovçen (xorv. Stjepan Sarkotić Lovćenski, alm. Stephan Sarkotić von Lovćen‎; 4 oktyabr 1858 – 16 oktyabr 1939, Vyana) — xorvat mənşəli Avstriya-Macarıstan hərbi və siyasi xadimi, general-polkovnik (1917). Xorvatiyanın Otoçats şəhəri yaxınlığındakı Sinats kəndində, leytenant ailəsində anadan olmuşdur, Terezian Hərbi Akademiyasını və Baş qərargah akademiyasını bitirmişdir. Bosniyada, piyada alayında xidmət etmişdir. Sonra kəşfiyyatda xidmət etdi, Bolqarıstan, Serbiya, Rusiyada olmuşdur. Sonra Sarkotiç Avstriya-Macarıstan ordusunda müxtəlif komandanlıq vəzifələrində xidmət etdi. Birinci Dünya Müharibəsinin başlaması ilə Sarkotiç 42-ci Honduran diviziyasının komandiri təyin edildi və Serbiya cəbhəsinə göndərildi. Ancaq 1914-cü ilin oktyabr ayında Vyanaya çağrıldı. 1914-cü ilin dekabrında Bosniya və Herseqovina və Dalmasiyada komandir təyin edildi.
Stefan Skşıvan
Stefan Skşıvan (pol. Stefan Skrzywan; 22 iyun 1876, Odessa, Xerson quberniyası – 1 oktyabr 1932, Polşa) — Azərbaycan polyaklarından olan məşhur mühəndis. Stefan Skşıvan 22 iyun 1876-cı ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ali təhsilini Sankt-Peterburqda Texnologiya İnstitutda almışdır. 1900-cu ildə Skşıvan ali təhsilini bitirmiş və mühəndis-texnoloq diplomunu almışdıdır.
Stefan Sveyq
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[…], Vyana, Avstriya-Macarıstan – 22 fevral 1942, Petropolis, Rio-de-Janeyro) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb.
Stefan Tomasoviç
Stefan Tomasoviç (təq. 1438 – 25 may 1463, Yaytse, Bosniya və Herseqovina Federasiyası) — Serbiya despotu və Bosniya kralı. Nesbitt, John W., eds.
Stefan Xalturin
Stefan Xalturin (rus. Степан Николаевич Халтурин; 21 dekabr 1856 (2 yanvar 1857) – 22 mart (3 aprel) 1882, Odessa, Xerson quberniyası) — rus inqilabçısı, "Narodnaya volya" təşkilatının üzvü. 1880-cı ildə II Aleksandra qarşı təşkil etdiyi sui-qəsd ilə tanınmışdır.
Stefan Yanev
Stefan Dinçev Yanev (bolq. Стефан Динчев Янев; 1 mart 1960, Popovitsa[d], Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan Ordusu zabiti, briqada generalı. 1 mart 1960-cı ildə Plovdiv şəhərinin Popovitsa kəndində anadan olmuşdur. 1979-cu ildə Plovdiv Elektrik Mühəndisliyi Texniki Liseyini bitirib. Ardınca, Yanev Şümendəki topçu hərbi məktəbini bitirdi və 1983-cü ildə Asenovqradda topçu taqım komandiri təyin edildikdə orduda fəaliyyətinə başladı. Asenovqraddakı Dördüncü Ordu Topçu Alayında raket artilleriya diviziyasının komandiri olub. 1996–1998-ci illərdə Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsində baş mütəxəssisi kimi çalışıb. Belçikada Koordinasiya Qrupunun Planlaşdırması və Proqramlaşdırması şöbəsində çalışmışdır. 2000–2001-ci illərdə Bolqarıstan Ordusu Baş Qərargahının Strateji Planlaşdırma İdarəsində baş rəis köməkçisi olmuşdur. 2001–2002-ci illərdə Müdafiə Nazirliyində Avro-Atlantik İnteqrasiya Direktoratiyasında dövlət mütəxəssisi olub.
Stefan Zelger
Stefan Zelger (9 sentyabr 1995) — İtaliyalı xizək yürüşçüsü. Stefan Zelger İtaliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Stefan Zelger birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Zelger 3:20.18 saniyəlik nəticəsi ilə 80 atlet arasında 41-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.