Stefan Prvovençani

Bu məqalə Serbiya kralı haqqındadır. Digər mənalar üçün Stefan (dəqiqləşdirmə) səhifəsinə baxın.

II Stefan Nemaniç (serb. Стефан Немањић; 1166, bilinmir24 sentyabr 1228, bilinmir), Stefan Prvovençani (serb. Стефан Првовенчани) kimi də tanınır — Raşka dövlətinin böyük jupanıNemaniçlər sülaləsindən olan ilk Serbiya kralı (1217–1228).

Stefan Nemaniç
serb. Стефан Немањић
Mileseva monastırının freskalarında Stefan Prvovençani
Mileseva monastırının freskalarında Stefan Prvovençani
1217 – 1228
Şəxsi məlumatlar
Doğum tarixi 1166
Doğum yeri naməlum
Vəfat tarixi 24 sentyabr 1228
Vəfat yeri naməlum
Dəfn yeri
Fəaliyyəti rəhbər, hərbi lider[d]
Atası Stefan Nemanya[1]
Anası Anna Nemaniç
Həyat yoldaşları Yevdokiya Angelina KomninaAnna Dandolo
Uşaqları II Savva, Komnina Nemaniç, Stefan Radoslav[1], Stefan Vladislav[1]Stefan Uroş[1]
Ailəsi Nemaniçlər
Dini Serb Pravoslav Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Stefan Nemanyanın ikinci oğlu idi. Hökmdarlığının ilk illərində böyük qardaşı Vukan ilə taxt uğrunda mübarizə aparmalı və MacarıstanBizans İmperiyası ilə münasibətlərdə balans saxlayaraq fəal xarici siyasət yürütməli idi. 1217-ci ildə, ölkədə pravoslavlığın dominant rolunu saxlayaraq, Roma papasından tac aldı, iki il sonra isə avtokefal Serb Pravoslav Kilsəsinin yaradılmasına nail oldu. Hakimiyyəti dövründə ölkənin xarici siyasət mövqelərini möhkəmləndirdi, həmçinin daxili inkişafına da töhfə verdi.

Stefan müqəddəslərin həyatından bəhs edən ilk jitiye müəlliflərindən biri idi, onun tərzi daha sonra digər müəlliflər tərəfindən nümunə kimi götürülmüşdür. Onun şərəfinə Serbiya krallarının daşıdığı tac adlandırılmışdır. Serb Pravoslav Kilsəsi tərəfindən övliyalar sırasına keçirilmişdir.

Stefanın dəqiq doğum tarixi və yeri məlum deyil. Ehtimala görə, o, atası Stefan Nemanya Raşka dövlətinin böyük jupanı olduqda anadan olmuşdur, yəni 1166-cı il ətrafında. Ailənin ikinci oğlu idi, böyük qardaşının adı Vukan, kiçiyin isə Rastko idi. Onun həm də Yefimiya və Yelena adlı iki bacısı var idi. Mənbələrdə Stefan haqqında ilk məlumatlar 1190-cı ilə aiddir və onlar serblərlə Bizans arasındakı barışıq ilə əlaqəlidir. Sülh şərtlərindən biri, Stefan ilə Bizans imperatoru III Aleksey Angelosun qızı Yevdokiyanın nikah bağlanması idi, hansı ki təxminən 1191-ci ildə baş tutdu.[2][3][4]

1190-cı illərin əvvəlində, o vaxtı Raşka adlandırılan Serbiya Stefan Nemaniçin diplomatik və hərbi uğurları sayəsində geniş bir əraziyə sahib idi. Ölkənin Şimal sərhədi Morava ilə Qərbi Morava çayları arasındakı torpaqlar idi. Şərq sərhədi Vranye şəhərinin yaxınlığında idi. Cənubda Raşka əraziləri Kosovo və Xvosno (müasir Metohiya) bölgələri və Şkoderdən şimalda olan torpaqlara qədər uzanırdı. Qərbdə Stefan Nemaninin mülklərinə Duklya, TravuniyaZaxumye daxil idi. Beləliklə, serb tarixçisi Jelko Fayfriçin hesablamalarına görə Raşka güclü bir dövlətə çevrilmişdir.[4]

Nemanya hakimiyyəti oğlu Stefana təqdim edir, Anastas Yovanoviçin litoqrafiyası

Bizans şahzadəsi ilə evlənən Stefan sevastokrator titulunu əldə etdi və atası Stefan Nemaninin sarayında əhəmiyyətli dərəcədə təsir bağışlamağa başladı. 1196-cı ildə Nemanya Rasada məclis quraraq, taxtını Stefana təhvil vermək istədiyini bildirdi. Nemanyanın, ortancıl oğlu Stefanı böyük oğlu Vukandan üstün tutmasının səbəbləri dəqiq bilinmir. Ola bilsin ki, bu qərara Vukanın katolik olması təsir göstərmişdir. Bundan əlavə, əsas səbəb kimi Stefanın Yevdokiya ilə evliliyi və bununla da Bizans imperatoru ilə yaxın əlaqənin yaranması irəli sürülür. Nemaninin ən kiçik oğlu Rastko o zamana qədər artıq Afondaki rus monastırında Savva adı altında rahiblik etməyə başlamışdır.[3] Vukan Dukla, Toplitsa, Xvosna və Trebine hökmdarı olaraq qaldı və özünü kral elan etdi.[4][5]

Bir neçə il sonra Vukan Stefan ilə qarşıdurmaya hazırlaşmağa başladı. O, katolisizmi qəbul edən Dukla əhalisinin, eləcə də Duklanin Raşka ilhaqından narazı olanların dəstəyinə güvənirdi. Hakimiyyət Stefana təhvil verildikdən sonra Vukan bilavasitə gözlədi, ancaq 1198-ci ildə taxt-tacı ələ keçirmək üçün ilk addımları atdı. Buna səbəb, qardaşı kral İmre ilə konfliktdə olan Macarıstan şahzadəsi Andraşın Xorvatiya, Dalmasiya və Zaxumye ərazilərinə hücumu oldu. Serb tarixçisi Vladimir Çoroviçin fikrincə, Andraşın hərəkətləri Vukan üçün bir nümunə oldu, beləcə onların aralarında ittifaq bağlandı.[6] Vukan, Roma papasına da müraciət edərək, torpaqlarında katoliksizmin təsirini gücləndirməyə çağırdı.[7][8] Papa Duklaya iki leqat göndərsə də, serblərin daxili işlərinə qarışmaq istəmədi və Stefana da elçilər göndərdi. Özünə qarşı katolik bir ittifaqdan qorxan Stefan öz növbəsində, Papa ilə görüşə razılaşdı və Serbiyaya tac göndərməsini istədi. Romaya sədaqətini sübut etmək üçün 1201-ci ildə Bizansla nümayişkaranə əlaqələrini kəsdi və həyat yoldaşı Yevdokiyanı xəyanətdə günahlandıraraq və onu qotur xəstəliyi olduğunu iddia edərək, geri Konstantinopola göndərdi.[6][8] Konstantinopolda Stefanın bu jestinə siyasi əhəmiyyət verilmədi və sadəcə nikahı ləğv edilmiş kimi qəbul etdilər.[7]

Serbiyanın Prizren şəhərindəki "Bogorodica Ljeviška" kilsəsində freska

Bu zaman Vukan və Macarıstan kralı İmre, Stefanın taxta çıxmasına müqavimət göstərməyə başladılar. Bunun qarşısını almaq üçün Raşkaya hücum etdilər. Sima Çirkoviçə əsasən, bu, 1202-ci ildə baş verdi.[9] Stefanın qoşunları məğlub oldu, özü isə Bolqarıstana qaçdı. Vukan Raşkanın böyük jupanı titulunu aldı və Macarıstan süzerenliyini tanıdı. İmre, Moravadan şərqdə yerləşən bölgəni öz hökmranlığının altında keçirtdi və titullar sırasına "Serbiya kralı" əlavə etdi.[10][9] Lakin növbəti il macarlarla bolqarlar arasında münaqişə baş verdi, nəticədə macarlar Braniçevo da daxil olmaqla son dövrlərdə işğal etdikləri torpaqları tərk etdilər.[8] Macarların məğlubiyyətindən Vukana qarşı mübarizəyə başlayan Stefan istifadə etdi. Bir sıra qələbələrdən sonra, təxminən 1205-ci ildə Stefan yenidən böyük jupan oldu, Vukan isə Duklanın hökümdarı olaraq qaldı.[9] Savva Nemaniç qardaşların sonraki barışmasında mühüm rol oynadı.[6][11][5]

Kral Stefan, Anastas Yovanoviçin litoqrafiyası

Stefanın növbəti bir neçə il ərzində olan hakimiyyəti haqqında az məlumat saxlanılmışdır. Bu dövrdə Vukanın oğlu Georgi Stefana məhəl qoymadan Duklanı idarə edirdi. 1208-ci ilin mart ayında Georgi Venesiya dojuna sadiq olacağına and içdi. 1207-ci ildə bolqar çarı Kaloyanın ölümündən sonra Stefan onun Bolqarıstandan qaçan qohumu Strezə kömək etdi.[12] Serb ordusunun köməyi ilə Strez Vardara qədər Makedoniyanın bir hissəsini tutdu və əzəmətli Prosek qalasını iqamətgahına çevirdi. 1214-cü ildə Bolqarıstan çarı BorilLatın İmperiyasının imperatoru Henri Serbiya ilə müharibəyə başladılar. Stefan, gecə vaxtı düşərgələrinə hücum edərək Niş yaxınlığında onları məğlub edə bildi. İntiqam almaq üçün Boril və Henri Strezanı öz tərəflərinə çəkməyə müvəffəq oldular, ancaq o, Serbiyaya yürüş etməyə hazırlaşarkən 1214-cü ildə öldü. Nəticədə yeni bir döyüş baş vermədi.[6][12]

Strezanın torpaqları Fessaloniki krallığıEpir çarlığı tərəfindən zəbt edildi, Makedoniyanın şimalı Epirə qaldı. Bu, oranın hökmdarı I Mixail Komnin Duka və Stefan Nemaniç arasında münaqişənin yaranmasına səbəb oldu, ancaq müharibəyə qədər böyümədi, çünki Mixail 1215-ci ildə xidmətçilərinin biri tərəfindən öldürüldü. Epirin yeni hökmdarı Feodor Komnin Duka Stefan ilə tez bir zamanda sülh əlaqələri qurdu və bir müddətdən sonra qızı Annanı onun oğlu Radoslava ərə verdi.[6][13][14]

1216-cı ildə İmperator Henri və Macarıstan kralı Andraş Serbiyaya qarşı ittifaq yaratdılar və Stefandan danışıqlar üçün Niş şəhərinə gəlməsini tələb etdilər. Stefan müttəfiqlərin əsas məqsədinin ölkəni ələ keçirmək və onu devirmək olduğuna inanaraq bu ittifaqı dağıtmağa qərar verdi. Uzun müddət Andraş ilə heç bir münaqişədə olmadığından, onunla qardaşı Savva ilə birlikdə müasir Çupriya yaxınlığında görüşdü. Danışıqlardan sonra Andraş müharibə fikrindən imtina edərək, Stefan və İmperator Henri arasında vasitəçi oldu. İmperator sülh müqabilində kiçik bir ərazini tələb etdi, lakin istəyi rədd edildi və Serbiyanı tərk etmək məcburiyyətində qaldı.[6][12]

Təxminən bu ərəfədə Stefan güclü Venesiya doju Enriko Dandolonun nəvəsi Anna Dandolo ilə evləndi.[15][16] Macarıstan və Latın İmperiyası ilə müharibə ehtimalı onda ciddi narahatlığa səbəb oldu və 1217-ci ildə o, yenidən papaya tac istəmək üçün müraciət etdi, xahişi elə həmən il yerinə yetirildi. Bu addım Serbiyanın pravoslav ölkələrə istiqamətlənməsinin faktiki olaraq dayanması demək idi, o ana qədər istər Stefan, istər onun atası bu siyasət yolunu seçmişdilər. Stefanın bu qərarına qarşı çıxanlar arasında zadəganların bir hissəsi və qardaşı Savva var idi; Savva ölkəni tərk edərək Afona yollandı.[6][17] Eyni zamanda, taclandırma sayəsində Stefanın Duklanı öz ərazilərinə əlavə etdi. O andan bəri o, özünü "Bütün Raş torpaqları, Dalmasiya və Travuniya, və Zaxumye kralı" adlandırdı.[16]

Stefanın taclandırılması, Anastas Yovanoviçin litoqrafiyası
Kral Stefan tərəfindən təsis edən Jiça monastırı

Növbəti illərdə Balkan ölkələrində əhəmiyyətli dəyişikliklər baş verdi. Latın İmperiyasının yeni hökmdarı II Pyer de Kurtene Epir ilə müharibəyə başladı, ancaq məğlub oldu və əsirlikdə öldü. Bolqar çarı Boril taxt uğrunda mübarizədə İvan Asenə məğlub oldu və kor edildi. Macar kralı Andraş Beşinci Səlib Yürüşündə iştirak etdi və qayıtdıqdan sonra ölkəsini xaos içində və boş xəzinə ilə gördü. Beləliklə, Balkanlarda sabitlik və güc saxlayan yalnız iki ölkə, Serbiya və Epir qaldı. Belə bir şəraitdə Stefan Nemaniç, pravoslav ölkələri ilə daha yaxın əlaqələrə əsaslanan əvvəlki siyasi xəttinə qayıtmaq qərarına gəldi. O, qardaşı Savva ilə barışdı, hansı ki avtokefal serb kilsəsini yaratmağı təklif etmişdir. O anadək Serbiya kilsələrini Ohrid arxiyepiskopu idarə edirdi. Öz kilsəsini yaratmaq üçün Sava imperator və patriarx tərəfindən isti qarşılandığı Nikeyaya getdi. Ohrid baş yepiskopunun etirazlarına baxmayaraq, Serb Kilsəsi avtokefal statusunu aldı.[18] Kilsənin rəhbəri Savanın özü oldu.[6][19] Serb kilsəsi iyerarxiyası və ibadəti slavyan dilində olan müstəqil kilsə quruldu. Savadlı siyasətçi və təhsilli vaiz olan Savva, xüsusən vlastela (feodallar) nümayəndələri arasında Boqomil bidətinin bir çox tərəfdarlarının pravoslavlığı qəbul etmələrinə nail oldu. Savanın dövründə yeddi yeni yepiskop quruldu[20], arxiyepiskopun mərkəzi isə o dövrdə tikilmiş Jiça monastırı (İbar ilə Qərbi Moravanın qovşağında) idi, hansına ki kral Stefan geniş torpaq sahələri bağışlamışdır.[21]

Səlib yürüşündən qayıtdıqdan sonra Stefanın taclandırılması haqqında öyrənən Macarıstan kralı Andraş qəzəbləndi.[15] Andraş müharibəyə hazırlaşmağa başladı, amma çox keçmədən o, tükənən Macarıstanın buna gücü və resursları çatmayacağını başa düşdü. Savva Nemaniç onun sarayına təşrif buyurdu və danışıqlardan sonra Andraş qonşuluqda başqa bir krallığın meydana gəlməsi faktı ilə barışdı. Növbəti illərdə iki ölkə arasındakı münasibətlər normallaşdı.[6]

Hökmranlığının sonunda, atası və qardaşının yolu ilə gedən Stefan Simon adı altında rahiblik etməyə başladı. O, bundan bir neçə il əvvəl sağlamlığına ciddi xələl gətirən xəstəliklərdən əziyyət çəkirdi.[13] Vladimir Çoroviçin yazılarına əsasən, Stefandan sonra varisi Radoslava qaydaya salınmış daxili quruluşu və qonşuları ilə güclü əlaqələri olan bir dövlət qaldı. Tarixçi Milivoye Payoviçin sözlərinə görə, hakimiyyəti dövründə Stefan Niş və Vranyanın şərqindəki torpaqları, İnoqoşte, Preşevo, Binaçka-Moravu, Qorni-Poloq, Doni-Poloq və Prizreni Serbiyaya ilhaq etdi.[16] Stefan 1227 və ya 1228-ci ildə vəfat etdi. Böyük oğlu Radoslav onun varisi oldu.[6][13][22]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
"Xilandar monastırına fərman"

Stefan Prvovençani Serb orta əsr ədəbiyyatının ən böyük nümayəndələrindən biri oldu. Əsasən hüquq istiqaməti tutan əsərləri emosional dolğunluğu ilə xarakterizə olunur. Kral Stefan aşağıdakı əsərlərin müəllifi olmuşdur.[23]

  • "Xilandar monastırına fərman" (serb. «Хиландарска повеља»). 1200 ilə 1202-ci illər arasında yazılmışdır. Sənəd monastırın Stefan Nemanya və Stefan Prvovençani tərəfindən monastıra bağışlanan torpaqlara sahib olmaq hüququnu təsdiqləyir. Mətn hüquqi aspektlərdən əlavə, Xilandar monastırının poetik təsviri və Stefan Nemaninin həyatından bəzi təfərrüatları da ehtiva edir. "Xilandar monastırına fərman" əsəri sonradan serb orta əsr ədəbiyyatının digər müəllifləri tərəfindən geniş istifadə edilmişdir.[23]
  • "Müqəddəs Simeonun həyatı" (serb. «Живот светог Симеона»). Stefanın bu ədəbi əsərə nə vaxt başladığı bilinmir, lakin mümkün tarix kimi 1208 qeyd olunur. O, 1216-cı ildə tamamlanmışdır. Hekayə Simeon adı altında rahiblik edən kral Stefanın atası Stefan Nemaniyə həsr edilmişdir. Bu əsər onun ətraflı bioqrafiyasından ibarətdir, həmçinin onun bütün həyatından bəhs edən ilk bioqrafik əsərdir. Stefan Prvovençani Stefan Nemaninin serb müqəddəsi kimi məşhurlaşmasını hədəf qoyan ilk müəllif idi.[23]
  • "Dubrovnikə dostluq və ticarət haqqında fərman" (serb. «Повеља Дубровнику о приjатељству и трговини»). 1215 ilə 1217-ci illər arasında yazılmışdır. Orijinal sənəd Dubrovnik şəhərinin Dövlət Arxivində saxlanılır. Bu qısa mətndə Stefan Prvovençani, Dubrovnik sakinlərinə müəyyən şərtlər daxilində azad və təhlükəsiz ticarət hüququnu təmin edir.[23]
  • "Jiça monastırına fərman" (serb. «Повеља Дубровнику о приjатељству и трговини»). Jiça monastırı Stefan və onun sonradan Müqəddəs Sava olmuş qardaşı Rastkonun iştirakı ilə tikilmişdir. Monastır üçün nizamnamə 1219-cu ildə yazıldı, 1224 ilə 1227-ci illər arasındakı aralıqda yenidən nəşr olundu və əhəmiyyətli dərəcədə genişləndirildi. Orijinal sənədlər itsə də, mətnlər monastırın divarlarında həkk olunmuşdur.[23]
  • "Mletadaki Müqqədəs Ana monastırına fərman" (serb. «Повеља манастиру Свете Богородице на Мљету»). Təxminən 1220-ci il ətrafında yazılmışdır. Əsərdə kral Stefan Rəbbin onu atası Stefan Nemaninin varisi olaraq seçdiyini və atasının nümunəsinə tabe olaraq Tanrıya sədaqətlə xidmət etdiyini bəyan edir.[23]

Stefanın iki həyat yoldaşının adı məlumdur — Yevdokiya və Anna. Jelko Fayfriçin güman edir ki, Yevdokiyadan sonra Stefanın adı naməlum qalan daha bir həyat yoldaşı var idi. Ümumilikdə onun dörd oğlu və bir qızı olmaqla beş övladı var idi:[13]

Stefanın üç oğlu Radoslav, Vladislav və Uroş sonradan kral olmuşdular.[13]

  1. 1 2 3 4 Lundy D. R. Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine The Peerage  (ing.)
  2. Tomislav Simić Kalpački. "Gresi prelepe Evdokije". «Вечерње новости» (serb). 24.01.2011. 2017-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-06.
  3. 1 2 Стеван Немања, 1997
  4. 1 2 3 Немања уступа престо сину Стефану, 1998
  5. 1 2 Листая страницы сербской истории, 2014. səh. 26
  6. 1 2 3 4 5 6 7 8 9 10 Латинско Царство и стварање Српске Краљевине, 1997
  7. 1 2 Сукоби међу браћом, 1998
  8. 1 2 3 Пајовић М., 2014. səh. 42
  9. 1 2 3 Чиркович, 2009. səh. 46
  10. Вуканова победа и пораз, 1998
  11. Свети Сава мири браћу, 1998
  12. 1 2 3 Успеси у спољној политици, 1998
  13. 1 2 3 4 5 Смрт краља Стефана Првовенчаног, 1998
  14. Чиркович, 2009. səh. 61
  15. 1 2 Србија као краљевина, 1998
  16. 1 2 3 Пајовић М., 2014. səh. 44
  17. Листая страницы сербской истории, 2014. səh. 17
  18. Чиркович, 2009. səh. 56
  19. Црквена независност, 1998
  20. Чиркович, 2009. səh. 57
  21. История Югославии, 1963. səh. 90
  22. Листая страницы сербской истории, 2014. səh. 27
  23. 1 2 3 4 5 6 Ljiljana Juhas-Georgievska. "Stefan Prvovenčani i njegovo delo". Интернет-библиотека «Растко» (serb). 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]