Su ki girdi qaba - oldu içməli.

After dinner comes the reckoning. После обеда приходится платить.
su ilə od arasında bişmək
su kimi axmaq
OBASTAN VİKİ
İçməli su
İçməli su — içilməsi ya da yeməklərdə istifadəsi təhlükəsiz olan və sağlamlığa zərər vurmayan sulardır. Dünyada insanların 91%-i içməli su tapa bilir. Təxminən 4,2 milyard nəfər kran suyundan istifadə edir. Geri qalan 2,4 milyard nəfər isə quyu sularından istifadə edir. 1,8 milyard nəfər içilməsi təhlükəli olan su mənbələrindən istifadə edir. Bu mənbələrdən istifadə zamanı insanlar müxtəlif infeksiyalara yoluxa bilərlər. Xüsusilə inkişaf etmiş ölkələrdə kran suyu içməli suyun keyfiyyət standartlarına cavab verir. Ancaq qida hazırlanmasında daha az istifadə edilir. Su təmizləmə, ayaqyolu və suvarma kimi sahələrdədə işlədilir. Qlobal olaraq insanların 89%-i təmiz su mənbələrindən istifadə edir.
İçməli su şəbəkəsi
İçməli suyu şəbəkəsi — məskunlaşma vahidlərinin su ehtiyaclarının qarşılanması məqsədilə bir su şəbəkəsi üzərindən son istifadəçiyə qədər çatdırılan suyun paylandığı sistemdir.
Qaba şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
.ki
.ki — Kiribatinin internet kodu.
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.
Olanlar oldu (mahnı)
Kastavey-Ki
Kastavey-Ki (ing. Castaway Cay) — Baham adalarında özəl ada. Adanın keçmiş adı Qorda-Ki olmuşdur. Ada şimaldan cənuba 3.7 kilometr (2.3 mil) uzanır, maksimum eni 2.3 kilometr (1.4 mil), sahəsi təqribən 4 km2 qədərdir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 8 metr (26 ft) hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var. Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər. Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir.
Ki-Uest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Ki-Vest
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Kokucisu-ki
Kokucisu-ki (旭日旗) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur..Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir. Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. .
Ram-Ki
Ram-Ki (ing. Rum Cay — Baham adalarında ada və rayon. 1996-cı ilə qədər ada San Salvador və Ram-Ki rayonunun bir hissəsi idi. San Salvador adasından 32 kilometr (20 mil) cənub-şərqdə yerləşən Ram-Ki adasının səthi əsasən düzdür, hündürlüyü təxminən 37 metr (121 ft) yüksəkliyə qədər olan yumşaq maili təpələrlə örtülmüşdür. Əsas yaşayış yeri kokos bağlarının ortasında yerləşən Port-Nelson kəndidir. Ram-Ki Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Port-Nelson kəndidir. Rayonun sahəsi 78 km2, əhalisi 99 nəfərdir. XIX əsrin ikinci yarısında Ram-Ki adasının əhalisi beş min nəfərə çatmışdır. Adanın iqtisadiyyatında mühüm yer ananasın becərilməsi, duz hasilatı və sisal istehsalı tuturdu, lakin rəqabət və 1926-cı il qasırğası kimi təbii fəlakətlər öz təsirini göstərmişdir.
Sil-Ki
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir. Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir.
Volkers-Ki
Volkers-Ki (ing. Walker’s Cay) — Baham adalarında ada, Abako adalarının bir hissəsidir. Adanın sahəsi 15 km2, uzunluğu 1,3 km, eni 88 ilə 485 m arasında, dəniz səviyyəsindən hündürlüyü 1 metrdir. Volkers-Ki Baham adalarının ən şimalında yerləşən adadır. İnzibati cəhətdən Qrand-Ki rayonuna aiddir. Adada Volkers-Ki-Taun şəhəri yerləşir. Ada idman balıq ovu və dalğıclıq üçün məşhurdur. 2002-ci ildə Volkers-Ki sahillərindəki dəniz ərazisi milli park elan edilmişdir. "Bahamas-Walker's Cay". World Database on Protected Areas.
Çen Ki
Çen Ki (15 aprel 1984) — Çini təmsil edən stolüstü tennisçi. Çen Ki Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub.
Kİ Klaksvik
Klaksvíkar Ítróttarfelag ("Klaksvik İdman Klubu"), ümumi olaraq KÍ və ya KÍ Klaksvik kimi qısaldılmış formada adlandırılan, Klaksvik şəhərində yerləşən Farer adalarının peşəkar futbol klubudur. Klub 1904-cü ildə yaradılıb. Klub 20 dəfə Farer Adaları Premyer Liqasının və 6 dəfə də Farer Adaları Kubokunun qalibi olmaqla Farer adalarının ən uğurlu futbol klublarından biridir. Bundan əlavə KÍ Klaksvik UEFA-nın təşkil etdiyi Avropa yarışlarının qrup mərhələsində daha dəqiq desək UEFA Avropa Konfrans Liqasının hazırkı turnirində(2023-2024) oynayan ilk Farer adaları futbol klubudur. Klub formalarını mavi-ağ rənglərdə geyinir və matçlarını Við Djúpumýrar stadionunda keçirir.
De ki, de ki (mahnı)
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Sonra nə oldu? (veriliş, 2019)
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Ki Bo-Bae
Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.
Ki no Tsurayuki
Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945[…], Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri. Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir.
Kim Hyan-Ki
Kim Hyan-Ki (d. 31 yanvar 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Hyan-Ki Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Ki-Taik
Kim Ki-Taik (3 oktyabr 1962) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Kim Ki-Taik Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medala, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Kim Ki-duk
Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[…], Ponxva[d], Könsan-Pukto[d] – 11 dekabr 2020, Riqa) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə). Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir. 1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır. Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı.
Kim Ki Duk
Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[…], Ponxva[d], Könsan-Pukto[d] – 11 dekabr 2020, Riqa) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə). Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir. 1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır. Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı.