Sucht
suda
OBASTAN VİKİ
Sud Aviasiya
Sud Aviasiya — keçmiş Fransa təyyarə istehsalçısı idi. Şirkət 1 mart 1957-ci ildə SNCASO və SNCASE-nin birləşməsi ilə quruldu və 10 iyul 1970-ci ildə Nord Aviasiya və SERB ilə birləşərək Aérospatiale adını aldı.
Sud Aviation Caravelle
Sud Aviation Caravelle — Sud Aviasiya tərəfindən istehsal olunan Fransa mənşəli regional reaktiv sərnişin təyyarəsidir. Təyyarə ilk uçuşunu 27 may 1955-ci ildə etdi və 26 aprel 1959-cu ildə xidmətə başladı. Caravelle, qısa və orta həcmli bazar üçün hazırlanmış ilk reaktiv təyyarədir. Sərnişin xidmətlərinə başladıqdan bir neçə il sonra, Caravelle Avropanın ən uğurlu ilk nəsil reaktiv sərnişin təyyarələrindən biri oldu. Təyyarə Avropadakı operatorlara əhəmiyyətli satışlar etdi və hətta United Airlines şirkətinin 20 Caravelle sifarişi ilə ABŞ bazarına çıxmağı bacardı.
Cənubi Sudan
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Cənubi Sudan Futbol Federasiyası
Cənubi Sudan Futbol Federasiyası — Cənubi Sudanın futbol təşkilatı. Cənubi Sudan Futbol Federasiyası FİFA tərəfindən rəsmən 2012-ci ildə tanıyıb. Afrika Futbol Konfederasiyasına qəbul olunan yeni ölkə bu təşkilatın 54-cü üzvü olub.
Cənubi Sudan Respublikası
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Cənubi Sudan bayrağı
Cənubi Sudan bayrağı — Cənubi Sudan hökumətinin bayrağı.
Cənubi Sudan funtu
Cənubi Sudan funtu (ISO 4217 : SSP) - Cənubi Sudanda istifadə edilən rəsmî pul vahididir. Cənubi Sudan Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Cənubi Sudan funtu piastreyə bərabərdir. 8 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Cənubi Sudan funtu = 0.164745 ABŞ dolları.
Cənubi Sudan şəhərləri
Cənubi Sudanın şəhərlərinin siyahısı.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Hepatiarius sudarikovi
Hepatiarius sudarikovi (lat. Hepatiarius sudarikovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. Spiral formasında silindrik bədənə malikdir. Bədənin ön hissəsi sormaclar arasında yastı və enlidir, nəinki bədənin qalan hissəsi. Bədənin bu hissəsi güclü yığılmağa malik əzələlərdən təşkil olunmuşdur. Bədənin uzunluğu 10 - 13 mm, eni isə 0,78 – 1,02 mm -dir. Ağız sormacı qarın sormacından 2 dəfə və daha çox böyükdür, ölçüsü 0,120 – 0,180 mm-dir, eni isə 0,240 – 0,300 mm –ə çatır. Qarın sormacı çox balacadır demək olar ki, öz fiksator funksiyasını itirib. Ölçüsü 0,072 – 0,144x0,096 – 0,156 mm. Fariks 0,204 – 0,207x0,198 – 0,388 mm diametrindədir.
Kelişad və Sudərcan
Kilişad və Sudərcan — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,203 nəfər və 6,371 ailədən ibarət idi.
Kilişad və Sudərcan
Kilişad və Sudərcan — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,203 nəfər və 6,371 ailədən ibarət idi.
Penstemon sudans
Penstemon sudans (lat. Penstemon sudans) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Port Sudan
Port Sudan (ərəb. بورتسودان‎ Būr Sūdān) — Sudanın şimal-şərqində yerləşən Qırmızı dənizdə liman şəhəri. Qırmızı dənizin ştatınnı inzibati mərkəzi. Sudanın Xartum aqlomerasiyasından sonra ikinci ən böyük şəhəri. Habelə bu dövlətin yeganə dəniz limanı. Ölkənin ixracatının böyük hissəsi (90%) Port Sudandan keçir: pambıq, mal-qara, yun və dəri, ərəb saqqızı buradan daşınır. Şəhərdə beynəlxalq hava limanı var. Port Sudan 1905–1909-cu illər arasında İngiltərə-Misir və Sudanının rəhbərliyi tərəfindən tikilib. Şəhər 1905-ci ildə Britaniya hakimiyyəti tərəfindən cənubda yerləşən və limanı mərcanlarla örtülmüş qədim Suakin şəhərinin əvəzinə yeni dərin dəniz limanı kimi təsis edilib. 1906-cı ildə Port Sudan-Atbara xətti boyunca dəmir yolu xətti inşa olunub.
Sen-Jan-de-Suden
Sen-Jan-de-Suden (fr. Saint-Jean-de-Soudain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — Tur-dyu-Pen. INSEE kodu — 38401. Kommunanın 1999-cu il üçün əhalisi 980 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Suda-quruda yaşayan ayaqsızlar
Suda-quruda yaşayan ayaqsızlar (lat. Gymnophiona, Apoda) — onurğalı heyvanların Suda-quruda yaşayan sinfinə daxil olan dəstə. Ayaqsızlar suda-quruda yaşayanların cəmi 170 növünü özündə birləşdirən ən kiçik dəstəsidir. Ayaqsızlar (Caeciliidae) fəsiləsi Balıqilanlar (Ichthyophiidae) fəsiləsi Quyruqlu ayaqsızlar (Rhinatrematidae) fəsiləsi Afrika ayaqsızları (Scolecomorphidae) fəsiləsi Uraeotyphlidae fəsiləsi Werner Himstedt: Die Blindwühlen.
Suda-quruda yaşayan quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.
Suda-quruda yaşayanlar
Suda-quruda yaşayanlar (lat. Amphibia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Bura tritonlar, salamandralar, qurbağalar və ayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700 (bəzi hesablamalara görə 4500) Bu sinfin nümayəndələri sürfə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır. Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir.
Suda adası
Suda adası (yun. Σούδα)- Krit adasının şimal-qərbində Suda buxtasının sahilində yerləşən Yunanıstana məxsusdur. Mühüm strateji mövqeyə məxsus olan bu ada Suda buxtası sahillərində yerləşir. XVI əsrdə venesiyalılar burada adada qala inşa etmişdilər. 1669-cu ildə Krit adası Osmanlı İmperiyası tərəfindən işğal edildikdən sonra, 1715-ci ilə kimi 46 il ərzində ada venesiyalılar adada hökmranlıq etmişdirlər. Bu üç qala Venesiyanın mühüm ticarət yollarını qoruyurdu.Həmçinin türklərlə yeni bir müharibə üçün strateji əsaslar kimi xidmət edirdi. Hal-hazırda Suda körfəzinin suları mövcud NATO bazasıdır. Bu adaya turistlərin daxil olması belə qadağan edilmişdir. XVI əsrin Venesiya qalasının qalıqları adada saxlanılır.
Suda yaşayanlar ölkəsində
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır. Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır.
Sudak (şəhər)
Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər. Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir. Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır. Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar. Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir.
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudan (bölgə)
Sudan (ərəb. بلاد السودان‎ — bilâd as-sudan; hərfi mənada "qaralar ölkəsi") — Mərkəzi Afrikanın Saxaradan cənubda 5-co şimal yarımkürəsinin ekvtordan şimala 5-ci paralelinə kimi olan şimal hissəsi. Qərbdən Seneqaldan, Şərqdən Efiopiya, cənubdan Keniya ilə əhatələnib. İqliminin münasib olmasına baxmayaraq e.ə. I minillikdən başlayaraq eramızın I minilliyi də daxil olmaqla bütün Afrika əhalisinin yarısı bu ərazilərdə məskunlaşıb. Shəsi 5 mln. km²-ə yaxındır. Sudan və Saxara arasında sərhəd zona Sahel adlanır.
Sudan Respublikası
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.

Значение слова в других словарях